Icma.az
close
up
RU
Çinli iş adamları Azərbaycana yeni investisiyalar yatırmaq niyyətindədir

Çinli iş adamları Azərbaycana yeni investisiyalar yatırmaq niyyətindədir

Icma.az bildirir, Apa.az portalına istinadən.

Çinli iş adamları Azərbaycana yeni investisiyalar yatırmaq niyyətindədir və bu istiqamətdə danışıqlar yekunlaşmaq üzrədir.

APA-Economics” xəbər verir ki, bunu jurnalistlərə Azərbaycanın Çindəki Ticarət nümayəndəsi Teymur Nadiroğlu deyib.

“Azərbaycanın Pekin şəhərində yerləşən ticarət evi Çinin altı şəhərində yerləşən yeddi ticarət evindən yalnız biridir. Ticarət evləri, ümumiyyətlə, bizim Azərbaycan məhsullarını təşviq etməl, ölkəmizə investisiyanın cəlb edilməsi üçün turizm potensialımızı nümayiş etdirilməsi üçün istifadə etdiyimiz alətlərdən yalnız biridir. Amma bu, çox effektiv bir alətdir. Biz ilin 12 ayı ərzində mütəmadi olaraq Azərbaycan məhsullarını burada nümayiş etdirə bilirik. Bir çox bu məkanda dequstasiya tədbirləri baş tutur. Bir çox Azərbaycan məhsullarına maraq göstərən çinli iş adam Pekin şəhərində buranı ziyarət edir, məhsullarla tanış olur. Amma əsas məqsədlərindən biri də ölkəmizə investisiyanın cəlb edilməsidir”, - Teymur Nadiroğlu qeyd edib.

Onun sözlərinə görə, Azərbaycanın Pekin və digər şəhərlərdə fəaliyyət göstərən ticarət evlərinə çinli tərəfdaşlar tərəfindən investisiya yatırılıb və operatorluğunu da onlar həyata keçirirlər.

“Bİzim üçün də çox önəmlidir ki, Çinin böyük şirkətləri bu ticarət evlərinin operatorluğunu həyata keçirərək həm Azərbaycan məhsullarının Çində müxtəlif şəhərlərdə satış kanallarının genişləndirilməsi üçün böyük səylər göstərirlər, həmçinin də ölkəmizə investisiya cəlb edilməsi istiqamətində böyük işlər görürlər”, - Teymur Nadiroğlu bildirib.

O vurğulayıb ki, bu ticarət evlərindən cəlb olunan iş adamlarından ibarət nümayəndə heyəti Azərbaycanı ziyarət edib. Artıq bu gün Azərbaycanı keçən ilin sonlarında ziyarət edən həmin iş adamları hazırda ölkəmizə yeni investisiyalar yatırmaq niyyətindədirlər və bu danışıqlar artıq yekunlaşmaq üzrədir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:127
embedMənbə:https://apa.az
archiveBu xəbər 23 Aprel 2025 11:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş həbsxana rəisinin iylənmiş meyiti tapıldı YENİLƏNİB

02 Fevral 2026 19:40see354

Vəlizar həbs olundu

02 Fevral 2026 19:20see224

Bakıda 15 yaşlı qız atasını bıçaqladı

03 Fevral 2026 01:51see209

Kənd təsərrüfatında süni zəkadan istifadə olunacaq

04 Fevral 2026 01:51see208

Məğlubedilməz BÜRCLƏR: onların ən yaxşı saatı fevralda başlayacaq

04 Fevral 2026 00:13see206

Natiq Cəfərli: “Gürcüstanda benzin ucuzlaşır, çünki dövlətdən yox, bazardan asılıdır”

03 Fevral 2026 13:42see202

Azərbaycanda yüzlərlə uşaq necə yoxa çıxıb?

03 Fevral 2026 04:57see191

Azərbaycan gəncliyi dövlətin strateji investisiyasıdır Millət vəkili

02 Fevral 2026 23:24see184

Əliyevlə Paşinyan Əbu Dabidə görüşdü Video

04 Fevral 2026 09:23see183

Türkiyə İranın parçalanmasına qarşı açıq və prinsipial mövqe sərgiləyir

03 Fevral 2026 09:46see174

Tahir Salahovun ev muzeyində START layihəsi çərçivəsində sərgi keçirilib

03 Fevral 2026 02:50see172

Hökumət yanacağın qiymətini endirir Litri nə qədər olacaq?

03 Fevral 2026 02:35see170

Maşınını satmaq istədi; diaqnostikada nəticəni öyrənib xəstəxanalıq oldu VİDEO

02 Fevral 2026 21:01see169

Azərbaycanın Körfəz strategiyası: səssiz, amma dərin... TƏHLİL

04 Fevral 2026 09:38see164

Merz Melonini Makrondan üstün tutur

02 Fevral 2026 22:15see162

m10 platforması ilə bağlı VACİB MƏLUMAT

03 Fevral 2026 16:53see147

Rusiyada dəhşətli hadisə: qadın 2 övladı ilə özünü eyvandan atdı

04 Fevral 2026 01:38see145

Qara və yaşıl zeytun: Fərqləri nədir və hansı daha faydalıdır?

03 Fevral 2026 05:57see142

A Seriyası: “Milan” 3 xalı 3 qolla qazandı

04 Fevral 2026 01:53see138

“ABŞ nin vurduğu PUA qanuni kəşfiyyat missiyası həyata keçirirdi”

04 Fevral 2026 03:04see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri