ÇinQırğızıstanÖzbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin cənub qolunda yük axınının artmasına səbəb olacaq EKSKLÜZİV
Report.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi Orta Dəhlizin cənub qolunda yük axınının artmasına səbəb olacaq.
Bu barədə “Report”a açıqlamasında Qırğızıstan nəqliyyat və kommunikasiya nazirinin müavini Bekjan Rısmendeyev bildirib.
"Qırğızıstan ərazisindən Orta Dəhlizin cənub qolu keçir. Ona, həmçinin Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu da deyilir. Biz, Orta Dəhliz çərçivəsində hazırda yaxın vaxtlarda Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun tikintisi layihəsini həyata keçirməyi planlaşdırırıq. Bu, Qırğızıstanın və bütövlükdə regionun tranzit potensialını artıracaq çox böyük bir layihədir", - B. Rısmendeyev qeyd edib.
Qeyd edək ki, Çin-Qırğızıstan-Özbəkistan dəmir yolunun uzunluğu 454 km olacaq. O, Çin və Özbəkistan dəmir yollarını Qırğızıstan ərazisi vasitəsilə birləşdirəcək və daha sonra Türkmənistan, İran və Türkiyədən keçəcək. Dəmir yolunun tikintisinin 5 il çəkəcəyi planlaşdırılır. Çin onun tikintisinə 2,35 milyard ABŞ dolları ayırır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:132
Bu xəbər 20 Noyabr 2024 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















