Icma.az
close
up
RU
Çirkin kampaniyaya ilk növbədə YAP cavab verməlidir Deputatlar bir cür, partiya lideri isə fərqli mövqe ortaya qoydu

Çirkin kampaniyaya ilk növbədə YAP cavab verməlidir Deputatlar bir cür, partiya lideri isə fərqli mövqe ortaya qoydu

Icma.az, Mia.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Rusiya ilə Azərbaycan arasında soyuq küləklər əsir. İş o yerə çatıb ki, Dövlət Dumasının Turizm komitəsinin sədrinin birinci müavini Nikolay Valuyev sərsəmləyib. Rəsmi Bkaı isə onun Azərbaycana girişinə qadağa qoyulması ilə yanaşı, Bakıda Rus evinin qapadılmasına qərar verib.

Mia.az-ın məlumatına görə, XİN-in rəsmi Ayxan Hacızadə bildirib ki, Nikolay Valuyevin Azərbaycan dövləti və xalqının əleyhinə işlətdiyi təhqiramiz ifadələr, təhdid xarakterli fikirlər tamamilə qəbuledilməzdir. Qeyd edilən deputatın Azərbaycan əleyhinə fikirləri ilə bağlı onun adı Azərbaycan Respublikasına girişi qadağan edilmiş şəxslərin siyahısına daxil edilib və ölkəyə girişinə qadağa qoyulub.
A.Hacızadə diqqətə çatdırıb ki, Azərbaycana qarşı fəaliyyət göstərən bütün bu deputatlar məhz Rusiyanın hakim “Vahid Rusiya” (Yedinaya Rossiya) partiyasının üzvləridir: “Ölkəmizin suverenliyinə, ərazi bütövlüyünə, Azərbaycan xalqına qarşı fəaliyyət göstərən bu kimi şəxslərə qarşı ölkəmizin qanunvericiliyi çərçivəsində bundan sonra da müvafiq addımlar atılacaq”.
Maraqlıdır ki, bu qalmaqallara iqtidardakı partoya - YAP hələ də vahid mövqeyini açıqlamayıb. Yalnız ayrı-ayrı fərdlər məsələ ilə bağlı açıqlamalar veriblər.

Mia.az-ın məlumatına görə, bu və ya digər məqamlarla bağlı YAP-ın Mərkəzi Aparatı ilə Milli Məclisdə təmsil olunan deputat qrupu arasında əlaqələndirici, millət vəkili Hikmət Babaoğlu “Yeni Müsavat”a bildirdi ki, Milli Məclisdə parlamentlərarası işçi qrupları mövcuddur və onlar çox səmərəli fəaliyyət göstərirlər: "Rusiyada da Azərbaycanla parlamentlərarası işçi qrupu var. Hazırkı mərhələdə heç şübhəsiz ki, Rusiya ilə Azərbaycan arasında yaradılmağa cəhd göstərilən bu süni gərginliklə bağlı müəyyən parlamentarilərimiz öz fikirlərini səsləndidirlər, etiraz edirlər. Təəssüf ki, Rusiyada buna məhəl qoymayan deputatlar var. Azərbaycan parlamentariləri də buna çox qətiyyətli cavablar verirlər. Əgər belə davam edərsə, Milli Məclisdəki Rusiya ilə parlamentlərarası işçi qrupu da bəyanat yaya bilər. Ona görə düşünürəm ki, qarşılıqlı münasibətlərdə Azərbaycan tərəfinin mövqeyi daha da gərginlik yaratmaq deyil, sadəcə, Rusiya tərəfindən yaradılan problem dostcasına həll etməkdən ibarətdir. Hazırkı mərhələdə Rusiyanın ali siyasi dairələrinin cavabını gözləmək lazımdır. Əgər yenidən Azərbaycana qarşı amiranə tərz davam edəcəksə, yenidən Azərbaycana qarşı dezinformasiya müharibəsi davam edəcəksə əlbəttə Azərbaycan tərəfdən növbəti addımlar atıla bilər. Biz cəbbəxanamızın hamısını birdən-birə boşalda bilmərik. Məsələ ilə bağlı lazımi məqam çatanda İşçi qrupunun da, siyasi partiyaların da ayrılıqda və ya birlikdə mövqeyi ola bilər".
Yeni Azərbaycan Partiyasının deputatı Elman Nəsirov isə dedi ki, Rusiya-Azərbaycan arasında münasibətlərdə gərginliyin məsuliyyəti qarşı tərəfin üzərinə düşür: “Rusiya mediasında, telekanallarında gecə-gündüz dövlətimiz, xalqımız əleyhinə dezinformasiyalar yayılır. Bir çox hallarda Azərbaycana qarşı təhqirlərə yol verilir. Ən acınacaqlı odur ki, bu ritorikanı daha çox Dövlət Dumasının deputatları sərgiləyirlər. Daha dəhşətlisi odur ki, bunu hakim "Vahid Rusiya"nın deputatları söyləyirlər. Məsələn, Valuyev onların içərisində seçilənlərdəndir. Görünür, boksçu karyerasında Valuyevin başına o qədər zərbələr dəyib ki, zədə alıb və bir çox hallarda nə danışdığını bilmir. Azərbaycan xalqına qarşı təhqiramiz ifadələr bağışlanmazdır. Azərbaycan XİN haqlı olaraq Valuyevi arzuolunmaz şəxs siyahısına daxil edib. “Vahid Rusiya” Partiyasının digər deputatları da Azərbaycana və azərbaycanlılara qarşı bağışlanmaz mövqe nümayiş etdirirlər, təhdid dili ilə danışırlar. Əvvəllər də buna oxşar hadisələr olub. O zaman da Azərbaycan Milli Məclisinin deputatları, Yeni Azərbaycan Partiyasının nümayəndələri də parlament tribunasından haqsızlığa qarşı öz səsini ucaldıb, mediada mövqelərini ifadə eləyib. Bu gün də biz mövqeyimizi bu şəkildə ifadə edirik. Rusiya tərəfinin ikitərəfli münasibətlərə xələl gətirən davranışına qiymət veririk, bunların qəbuledilməz olduğunu söyləyirik. Milli Məclis adından Dövlət Dumasına məktubun göndərilməsi isə Milli Məclis rəhbərliyinin səlahiyyətində olan məsələdir. Etiraz məktubunu göndərmək qərarını Milli Məclisin rəhbərliyi verə bilər. Biz deputatlar öz tənqidi mövqeyimizi bildiririk, qarşı tərəfi ikitərəfli münasibətləri ciddi zərbə vuran davranışdan çəkinməyə dəvət edirik. Dumaya etiraz məktubunun göndərilməsi müzakirə predmeti ola bilər".
Azad Vətən Partiyasının sədri Akif Nağı bildirdi ki, Rusiyadan Azərbaycana qarşı çirkin kampaniyaya ilk növbədə hakimiyyətdə olan YAP cavab verməlidir: “Burada bir neçə məqam var. Biri ondan ibarətdir ki, ola bilsin, Yeni Azərbaycan Partiyası hesab edir dövlətin müvafiq qurumları, Milli Məclisin üzvləri səviyyəsində Rusiyanın məlum siyasətinə münasibət bildirilir, reaksiya verilir, onların əksəriyyəti YAP-ın üzvləridir, ona görə partiya olaraq mövqe ortaya qoymağa lüzum yoxdur. Ola bilsin, düşünürlər ki, verilən reaksiyalar elə həm də YAP-ın reaksiyası sayılır. Yeni Azərbaycan Partiyasının partiya olaraq məsələyə münasibət bildirməməsində ola bilər ki, bu arqument rol oynayır. Digər məqam odur ki, Azərbaycana qarşı Rusiyada aparılan kampaniyada əsasən Dumanın deputatları iştirak edir və onlar partiya adından çıxış etmirlər. Yəni hakim "Vahid Rusiya" partiya olaraq Azərbaycana qarşı açıqlama, bəyanat verməyib. Ola bilər ki, buna görə YAP da bunu nəzərə alaraq partiya olaraq etiraz bəyanatı, yaxud məktubu ünvanlamır. Amma istənilən halda, YAP bu məsələyə bildirməlidir. Eyni zamanda digər siyasi partiyalar da münasibət bildirməlidir. Azərbaycana qarşı qərəzli mövqelərə cavab olaraq ortaya mövqe qoyulmalıdır".

MİA.AZ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:91
embedMənbə:https://mia.az
archiveBu xəbər 12 Fevral 2025 13:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see282

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see254

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see233

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see166

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see160

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see153

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see145

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see141

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see141

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see138

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see136

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see133

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see132

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see132

ABŞ və Rusiya Avropaya qarşı birləşir: Türkiyə isə NATO nun taleyini həll edir

16 Yanvar 2026 21:27see132

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see131

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see130

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see130

Türk Dünyası Mediatorlar Birliyinin Azərbaycan üzrə rəhbəri vəzifəsi Nadir Adilova həvalə edilib

16 Yanvar 2026 22:26see129

“Subway Surfers” 14 il sonra qayıdır

16 Yanvar 2026 21:34see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri