Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Çiyin ağrısını yorğunluq saymayın SN nin mütəxəssisindən XƏBƏRDARLIQ

Çiyin ağrısını yorğunluq saymayın SN nin mütəxəssisindən XƏBƏRDARLIQ

Adelet.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Çiyin nahiyəsində yaranan ağrı və hərəkət məhdudiyyəti gündəlik həyat keyfiyyətini əhəmiyyətli dərəcədə azalda bilər. Xüsusilə yaş artdıqca bazu oynağının vətərlərində baş verən dəyişikliklər bəzən heç bir əlamət verməsə də, bəzi hallarda ciddi narahatlıqlara səbəb olur.

Bəs hissəvi rotator manjet yırtığı nədir, hansı əlamətlərlə özünü göstərir, necə diaqnoz qoyulur və hansı hallarda cərrahi müdaxilə tələb olunur?

Adalet.az xəbər verir ki, bu sualları Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun travmatoloq-ortopedi Samir Abbasov cavablandırıb.

- Bazu oynağı vətərlərinin zədələnməsi nədir?

- Bazu oynağının rotator manjeti 4 əzələnin vətərinin kompleksi (birləşməsi) olub, bazu sümüyünün böyük qabarına bağlanır. Əzələlərin hər biri ayrılıqda bazunun müəyyən hərəkətinə cavabdeh olub, birlikdə son nəticədə bazu başının oynaqda saxlanmasına, hərəkətlər zamanı stabilləşməsinə və bazunun fırlanma hərəkətlərinə xidmət edir. Rotator manjeti dörd əzələdən və müvafiq olaraq dörd vətərdən ibarətdir. Vətərlər təxminən 1 santimetr qalınlığında və 2–3 santimetr enindədir. Onlar oynağın yaxınlığında, yuxarı hissədə, bazu sümüyünə yapışır və çiyin hərəkətinə kömək edir. Bu əzələlərdən ən azı birinin zədələnməsi bazu oynağında ağrılar və hərəkət məhdudiyyətinə gətirib çıxarır.

- Bazu oynağı vətərlərinin zədələnməsi yaşla bağlı necə baş verir?

- Bazu oynağının vətərlərində onları zəiflədən dəyişikliklər təxminən 30 yaşlarında başlayır və sonradan artır. Bir çox insan bu dəyişikliklərdən xəbərsizdir, çünki onlar həmişə ağrıya səbəb olmur. Bu dəyişikliklər əvvəlcə mikroskop olmadan görünmür, lakin bəzən MRT müayinəsində aşkar edilə bilər. MRT müayinəsinin nəticələri radioloq tərəfindən şərh olunur və o bu erkən dəyişiklikləri «tendinoz» adlandırır. Tendinozun yaratdığı dəyişikliklər yaşlanma prosesinin təbii bir hissəsidir və adətən ağrıya səbəb olmadıqca müalicə tələb etmir.

- Niyə bazu oynağı vətərlərinin zədələnmələri baş verir?

- Bazu oynağının vətərlərinin yırtılmasının səbəbləri tam məlum deyil, lakin yaşla əlaqəli degenerativ proseslər (zamanla əzələlərin zəifləməsi), yıxılmalar və ağır yük qaldırma yırtıqlara səbəb ola bilər. 60 yaşında bir insanda qismən və ya tam rotator manjet yırtıqlarının inkişaf riski olduqca yüksəkdir. Ümumi nəzəriyyələrdən biri vətərin sümük çıxıntısına (mahmızına) dəyməsi idi, lakin indi bu ehtimal azdır. Bu dəyişikliklərin necə baş verməsindən asılı olmayaraq, yırtıqlar bütün həyat sahələrindən baş verir. Nəticədə bazu oynağında yaşla bağlı dəyişikliklərin qocalma prosesinin bir hissəsi olduğu ümumiyyətlə qəbul edilir. Nadir hallarda 35 yaşdan kiçik xəstələrdə qismən rotator manjet yırtıqları baş verir. Bu yırtıqlar travma ilə əlaqəli ola bilər. Hissəvi bazu oynağı vətərlərinin yırtıqları yuxarı qolun və çiyin oynağının yuxarıya doğru qaldırıldığı (gərildiyi) idman növləri ilə məşğul olan idmançılarda yayğındır. Peşəkar idmançılarda hissəvi bazu oynağı vətərlərinin yırtıqları yaşlı insanlardakı yırtıqlarla eyni şəkildə müalicə olunur.

- Bazu oynağı vətərinin hissəvi və tam yırtılması arasındakı fərq nədir?

- Hissəvi yırtılma vətərin yalnız bir hissəsinə təsir edir. Adətən uzunluğu, eni və ya digər ölçüləri göstərilmədən yırtığın dərinliyi ilə təsvir edilir. Tam yırtılma isə aşınmanın vətərin bütün qalınlığına yayıldığı bir yırtıqdır. Hissəvi yırtıqlar 1 millimetr dərinliyə qədər (vətərin təxminən 10%-i) və ya 50% və ya daha çox dərinliyə qədər ola bilər. MRT müayinəsi zamanı radioloq rotator manjet dəyişikliklərinin növünü müəyyən etməlidir. O bu dəyişikliklərin tendinoz, qismən cırılma (yırtıq) və ya tam cırılmanı təmsil edib-etmədiyini müəyyən etməlidir. Bəzən tendinozla qismən cırılma, yaxud qismən cırılma ilə tam cırılma arasında fərq qoymaq mümkün olmur. Bazu oynağı vətərlərinin MRT görüntülərini oxumaq təcrübə tələb edir.

- Bazu oynağı vətərlərinin hissəvi yırtılmasının simptomları hansılardır?

- Hissəvi bazu oynağı vətərlərinin yırtığı olan bütün xəstələrdə simptomlar müşahidə olunmur. Lakin bu hal tez-tez gecələr (xüsusən də yan üstə uzanarkən) sızıldayan ağrı, qolu qaldırarkən məhdud hərəkət diapazonu (xüsusən də bucaq altında) və “tutulma” hissi ilə xarakterizə olunur. Tam yırtıqdan fərqli olaraq qismən yırtıq, ağrılı olsa da, qolu hərəkət etdirməyə imkan verir. Adətən qismən rotator manjet yırtığı zamanı ən ağrılı hərəkət çiyin səviyyəsindən yuxarı və ya bədəndən əhəmiyyətli məsafədə olan əşyaları qaldırmaqdır. Bu tip ağırlıq qaldırma çiyin nahiyəsinə çox yük salır. Qaçış, velosiped sürmə, üzgüçülük, ağırlıq qaldırma və s. daxil olmaqla bir çox fəaliyyət növü ağrıya səbəb olmaya bilər. Ağrı hiss edirsinizsə, məşq və ya fəaliyyət intensivliyini azaltmağa çalışa bilərsiniz, lakin bu fəaliyyətlərin davam etdirilməsinin yırtığı daha da pisləşdirəcəyi (dərinləşdirəcəyi) barədə heç bir sübut yoxdur.

- Hissəvi bazu oynağı vətərlərinin yırtıqlarının diaqnozu necə qoyulur?

- MRT ən çox qismən rotator manjet yırtıqlarını diaqnostika etmək üçün istifadə olunur. Lakin MRT-də yırtığın aşkarlanması mütləq onun çiyin ağrısının səbəbi olduğu anlamına gəlmir. Hissəvi bazu oynağı vətərlərinin yırtığını təqlid edən ən çox yayılmış vəziyyət çiyin sərtliyi və ya «donmuş çiyin» sindromudur. Bu vəziyyət məhdud hərəkət diapazonu ilə xarakterizə olunur – çiyin, ağrı yaranana qədər yalnız müəyyən bir məsafəyə hərəkət edə bilər. Xəstədə heç bir görünən zədə olmadan çiyin sərtliyi və ağrının inkişaf etməsi qeyri-adi deyil. Radioloq MRT tapıntılarını tendinoz və ya qismən rotator manjet yırtığı kimi şərh edə bilər. Bu tapıntılar dəqiq ola bilsə də, həmişə ağrının mənbəyi ilə əlaqəli olmur. MRT-də aşkar edilən qismən rotator manjet yırtıqları yalnız xəstənin simptomları və müayinə tapıntıları bu diaqnozla uyğun gəldikdə əhəmiyyətlidir. MRT tapıntıları xəstənin problemi ilə əlaqəli deyilsə, bu, təsadüfi tapıntı adlanır.

- Hissəvi bazu oynağı vətərlərinin yırtıqları necə müalicə olunur?

- Ağrı yoxdursa, hissəvi bazu oynağı vətərlərinin yırtığı müalicə tələb etmir. Lakin çiyin ağrılıdırsa, bir neçə müalicə variantı mövcuddur. Hissəvi bazu oynağı vətərlərinin yırtıqları adətən ilkin mərhələdə cərrahi yolla müalicə olunmur. Müalicə hərəkət diapazonunu qorumağa və çiyin sərtliyinin qarşısını almağa yönəlir. Sərtliyin qarşısını almaq üçün hər gün 5 dəqiqə uzatma hərəkətləri tövsiyə olunur. Ağrını aradan qaldırmaq üçün ehtiyac olduqda hər 2 saatdan bir 20–30 dəqiqə ərzində soyuq kompres (buz paketləri) tətbiq edilir, müvafiq dərmanlar qəbul edilir. Qismən yırtıq şiddətli ağrıya səbəb olarsa və bu müalicələr təsirsiz olarsa, fizioterapiya faydalı ola bilər. Fizioterapiyanın məqsədi ağrını azaltmaq, əzələ və vətərləri gücləndirməkdir. Fizioterapiya həmçinin çiyin hərəkətliliyini artırmağa kömək edə bilər, çünki bəzən ağrının səbəbi vətər deyil, sərtlikdir. Məşqlər ağrılı olmamalı və düzgün şəkildə yerinə yetirilməlidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:130
embedMənbə:https://adalet.az
archiveBu xəbər 21 Avqust 2026 11:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see379

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see303

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see291

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see262

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see262

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see246

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see243

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see238

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see230

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see229

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see213

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see212

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see210

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see208

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see208

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see207

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see201

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see198

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see195

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri