Icma.az
close
up
RU
Çöldə başlayan müəmmalı hekayə elmi qarışdırdı: Bu dəfə sirr açıldımı?

Çöldə başlayan müəmmalı hekayə elmi qarışdırdı: Bu dəfə sirr açıldımı?

Icma.az, Qaynarinfo portalına istinadən məlumat verir.

Perunun quraq Nazka səhrası bir daha dünya ictimaiyyətinin diqqətini cəlb edib. Jurnalist və UNO tədqiqatçısı Xayme Maussan tərəfindən kəşf olunan və "kosmik mumiyalar" adlandırılan müəmmalı qalıqlar üzərindəki müzakirələr yeni elmi tapıntılarla yenidən alovlanıb.

Qaynarinfo xəbər verir ki, Nazka səhrasının qızılı rəngli torpaqlarında aşkar edilən bu miniatür cəsədlər qeyri-adi morfoloji xüsusiyyətləri ilə diqqət çəkir. Üç barmaqlı əl və ayaqlar, uzunsov kəllə quruluşu və qoruyucu pozada mumiyalanmış cəsədlər bu varlıqların dünya xarici həyat formalarına aid ola biləcəyi yönündə fərziyyələrə səbəb olub.

Genişlənən tədqiqatlar bu mumiyaların mənşəyi və təbiəti ilə bağlı daha çox məlumat ortaya çıxarsa da, elmi ictimaiyyətdə dərin fikir ayrılığı yaranıb.

Gerçəkmi, yoxsa ustalıqla qurulmuş bir illuziya?

İlk tapıntılar ictimaiyyətə təqdim edildikdə böyük həyəcan yaratdı. Xayme Maussan bu cəsədlərin yalnız arxeoloji kəşf deyil, bəşəriyyətin tarixini yenidən yaza biləcək potensiala sahib olduğunu iddia edib. Lakin kəşfdən dərhal sonra bir sıra alimlər cəsədlərin saxta olduğunu bildirərək elmi ictimaiyyəti iki yerə ayırıb.

Ən maraqlısı Antonio adlı mumiya

Hazırda ən çox diqqət çəkən nümunələrdən biri Antonio adlandırılan mumiyadır. Meksika Hərbi Dəniz Qüvvələrinin Tibbi Departamentinin sabiq rəhbəri doktor Xose Zalce tərəfindən ətraflı şəkildə tədqiq edilib.

Antonionun kəlləsində üç simmetrik boşluq aşkarlanıb. Bu quruluşlar insan anatomiyasına bənzəsə də, fərqli cəhətləri ilə də seçilir. Kəllədə qurumuş toxuma qalığı, müəyyən olunmuş diş quruluşu və yaxşı qorunmuş azı dişləri Antonionun bioloji bir orqanizm ola biləcəyinə dair ipucları verir.

Lakin əsas səs-küylü tapıntı Antonionun əllərində aşkarlanan metal implantdır. Bu implant alüminium, mis, gümüş, kadmium və nadir rast gəlinən osmium elementindən ibarət mürəkkəb bir ərintidən hazırlanıb. Alimlər bu tip ərintinin müasir texnologiya ilə belə hazırlanmasının yüksək səviyyədə texniki bilik və bacarıq tələb etdiyini bildirirlər. Dr. Zalce-yə görə, bu implant "inkişaf etmiş bir sivilizasiyanın mühəndislik məhsulu ola bilər".


Antonioda qaraciyəri deşib parçalamış bir bıçaq zərbəsi var

Peru Həkimlər Birliyinin sabiq rəhbəri doktor David Ruiz Vela da Antonionu araşdıran mütəxəssislərdən biridir. Dr. Vela bu canlının beyin quruluşunun və görünən orqanlarının insanabənzər olduğunu qeyd edir.

O, həmçinin Antonionun sinəsində bıçaq yarası, sınıq qabırğalar və deşilmiş orqanlar olduğunu iddia edib. "Sol döş qəfəsinin qabırğalarını sındıran, sinəsini, qarnını və qaraciyərini deşərək içəridən tamamilə parçalayan bir bıçaq zərbəsi var", deyə o bildirib.

İki yeni mumiya: Maria və Montserrat daha da mürəkkəb mənzərə yaradır

Maria və Montserrat isə yaş, cinsiyyət və ölüm şəraiti baxımından daha mürəkkəb bir mənzərə təqdim edir. Rəqəmsal və morfoloji analizlər nəticəsində Marianın 35-45, Montserratın isə 16-25 yaş aralığında olduğu müəyyən edilib. Hər iki cəsədin uzun kəlləsi, üç barmaqlı ətrafları və daxili orqan qalıqları onları adi arxeoloji nümunələrdən fərqləndirir.

Marianın çanaq nahiyəsində dərin kəsik və göyərmə izləri var

Dr. David Ruiz Velanın rəhbərliyi ilə aparılan məhkəmə-tibbi analizlər mumiyaların təbii yolla ölmədiyini üzə çıxarıb. Xüsusilə Marianın çanaq nahiyəsində dərin kəsik, dəri altı göyərmə izləri və caynaqvari cırılma izləri aşkarlanıb.

Onurğa sümüyündə qırıq, dəri altı piy toxumasının isə kəsilərək çıxarıldığı müəyyən edilib. Bu, cəsədə müdaxilə olunduğunu göstərir. Montserratın KT görüntülərində isə çiyin və qabırğa sümüklərində çoxsaylı sınıqlar müşahidə olunub. Onun ölüm anında dik vəziyyətdə olduğu və arxasını sərt bir səthə dayadığı ehtimal edilir.

Bu travmatik xəsarətlərin hamısının qısa zaman ərzində və ya ölüm anından dərhal sonra baş verdiyi düşünülür. Bu isə hadisənin rituallaşdırılmış və ya məqsədli hücum ola biləcəyi ehtimalını artırır.


"Bizim araşdırdığımız nümunələr onlardan fərqlidir"

Bütün bu iddialara baxmayaraq, əks mövqedə olan alimlər də susmur. Arxeoloq Flavio Estrada nümunələri analiz edən müstəqil bir mütəxəssisdir. 2024-cü ildə verdiyi açıqlamada mumiyaların heyvan sümüklərinin müasir yapışqanlarla birləşdirilərək hazırlandığını və bu səbəbdən "arxeoloji deyil, uydurma" olduqlarını bildirib.

"Bunlar yadplanetli deyil, ustalıqla hazırlanmış oyuncaqlardır", deyən Estrada nümunələrin yaxın zamanda birləşdirildiyinə diqqət çəkib. Lakin bu açıqlamalar araşdırmaçı və Koloradodan olan sabiq prokuror Coşua Makdauell tərəfindən qətiyyətlə təkzib olunub.

Makdauell bildirib: "Estradanın araşdırdığı mumiyalar bizim nümunələrlə üst-üstə düşmür. Biz bir zamanlar yaşamış real orqanizmləri analiz etdik"

Siyasi qurumlar da hərəkətə keçdi

Maussanın kəşfi yalnız elmi dairələri deyil, siyasi qurumları da hərəkətə gətirib. Yaxın zamanda Meksika Konqresində keçirilən iki iclasda mumiyalar nümayiş etdirilib və mütəxəssislər tərəfindən müdafiə olunub. Maussan iclaslarda bu nümunələrin "bəşəriyyətin kainatla münasibətində yeni bir dövr başlada biləcəyini" bildirib.

Cəsədlər qoruma məqsədilə ağ tozla örtülmüşdü və iclas zamanı onların mikroskopik, anatomik və metallurji analizləri paylaşılıb. Lakin bu sənədlərin müstəqil elmi yoxlamadan keçməməsi bir çox qurumların prosesə ehtiyatla yanaşmasına səbəb olub.


Müzakirələr səngimir

Əldə edilən məlumatların hələlik nüfuzlu, rəyli elmi jurnallarda yayımlanmadığı və müstəqil araşdırmaçılar tərəfindən təsdiqlənmədiyi qeyd olunmalıdır. Yəni mövcud iddialar güclü olsa da, elmi baxımdan hələ təsdiqlənməyib.

Perunun quraq torpaqlarında başlayan bu qeyri-adi hekayə bəşəriyyətin ən qədim suallarından birini - "kainatda yalnızıqmı?" - yenidən gündəmə gətirib. Bir tərəfdə fiziki tapıntılar, mürəkkəb metal ərintilər və insanabənzər toxuma quruluşları… Digər tərəfdə isə mütəxəssislər arasında davam edən fikir ayrılığı, uyğunsuz hesabatlar və saxtakarlıq iddiaları...

Hazırda tək reallıq budur ki, bu mumiyalar həm elmi, həm də ictimai müzakirələrin mərkəzində yer alır. Qəti nəticəyə gələ bilmək üçün daha çox müstəqil analiz, beynəlxalq əməkdaşlıq və şəffaf elmi hesabatlara ehtiyac var.

Aydın

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:234
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 28 May 2025 22:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Sevdiyiniz musiqi ağrını azalda bilər

30 Oktyabr 2026 18:15see364

Məryəm Uzerli ilk dəfə Bakıya gəlir

30 Oktyabr 2026 18:21see344

Cəmi 1 saat gec yatmaq bu ölümcül xəstəlik riskini artırır

30 Oktyabr 2026 20:10see344

Alla Puqaçovanın malikanəsinə hücum edildi Video

30 Oktyabr 2026 22:01see340

Hansı göstəricidən etibarən təzyiq xəstəsi hesab olunursuz?

30 Oktyabr 2026 20:20see296

Hücumlar nəticəsində yoxa çıxan kəndimiz Video

30 Oktyabr 2026 23:21see275

Maaş və pensiyalar NƏ QƏDƏR ARTACAQ? Deputatdan yeni açıqlama

30 Oktyabr 2026 19:00see273

“Binance”a Haker hücumu: Mask günahlandırıldı

30 Oktyabr 2026 23:38see267

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see266

Bu rayonda 300 metrlik bənd yenidən qurulur 3.2 milyon manat ayrıldı

30 Oktyabr 2026 20:03see246

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see228

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see225

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see219

Baş ağrılarına fərqli müalicə: “Homeosiniatriya” üsulu nədir?

30 Oktyabr 2026 18:58see218

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see208

Başı ağrıyan kişinin gözündən bitki toxumu çıxarıldı

30 Oktyabr 2026 21:37see205

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see205

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see204

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see192

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri