Icma.az
close
up
RU
COP 29: Azərbaycan düşmənlərinin daha bir iflası, ölkəmiz və dünya adına uğur! ŞƏRH

COP 29: Azərbaycan düşmənlərinin daha bir iflası, ölkəmiz və dünya adına uğur! ŞƏRH

Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.


Azərbaycan müstəqillik tarixinin daha bir qürurlu günlərini yaşayırıq. Azərbaycanın ilin ən əlamətdar hadisələrindən birinə – BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi etməsi heç şübhəsiz dövlətçilik tariximizdə mühüm bir hadisə olaraq xatırlanacaq.
Bakının bu mötəbər tədbirə hazırlaşması üçün cəmi 11 ay vaxtı olmasına baxmayaraq, hökumət öz vəzifələrinin öhdəsindən layiqincə gəldi. Ölkə on minlərlə qonağı, o cümlədən ekspertləri, hökumət strukturlarının nümayəndələrini və dövlət başçılarını yüksək səviyyədə qəbul etdi.
Onu da qeyd edək ki, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsi ilə əlaqədar yekdil qərarın verilməsi həm də, beynəlxalq ictimaiyyət tərəfindən Azərbaycana böyük hörmət və etimadın, eləcə də ölkəmizin milli, regional və qlobal səviyyədə ətraf mühitin qorunması, iqlim dəyişmələrinin qarşısının alınması işinə töhfəsinin təqdir olunmasının bariz nümunəsidir.
Bu tədbir Azərbaycan dostlarını nə qədər sevindirdisə düşmənlərimizi də o qədər xar etdi. Vətən torpaqlarının bürövləşməsi, beynəlxalq hüquqla Azərbaycanın haqqı olan Zəfərimizi gözü götürməyənlər bu tədbirə qarşı da hər cür məkrli planlar və təbliğarlar hazırlamışdı.
COP29 ərəfəsində başlayan bu şər böhtan kampaniyasında iki iddia ana xətt olaraq seçilmişdi. Bunlardan birincisi neft-qaz ölkəsində iqlim tədbirinin keçirilə bilməməzliyidi. Bunlardan hər ikisi də məntiqsiz və əsassızdır. Birincisi, COP-un bu vaxtadək keçirildiyi ölkələr arasında iqtisadiyyatı və ixracatı əsasən neft-qazdan ibarət olanların sayı yetərincədir və onlara qarşı belə iddialar səslənməyib.
COP-a ev sahibliyi edən ölkələrin əksəriyyətində neft-qaz sənayesi miqyasından asılı olmayaraq mövcuddur. Bu kontekstdə Azərbaycana qarşı “neft-qaz ölkəsi” ittihamını irəli sürmək absurd yanaşmadır. Bu, ya “Tanrının hədiyyəsindən” məhrum olan ölkələrin təbii sərvətlərə malik olan ölkələri həzm edə bilməməsindən, ya da anti-təbiğat kampaniyasının gerçək hədəflərini “neft-qaz faktoru” ilə pərdələmək istəyindən irəli gəlir.
Digər tərəfdən COP29 üzərindən Bakıya hücum kampaniyası Qərb mediası və QHT-ləri tərəfindən həyata keçirilir. Halbuki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində mühüm payçılardan biridir. Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində rol oynayanda etibarlı tərəfdaş hesab olunur, qlobal iqlim problemlərinin müzakirəsinə ev sahibliyi edəndə “neft-qaz ölkəsi”?!
COP29 üzərindən Azərbaycana qarşı aparılan kampaniyada ən ziddiyyətli ittiham isə “insan haqlarının pozulması”, yaxud “siyasi məhbuslar”la bağlı iddialardır. COP29 fonunda kampaniyanın motivi kimi bu amilin seçilməsi gülünc görünür. Təkcə ona görə yox ki, Azərbaycana qarşı bu ittihamların artıq klassikləşmiş təzyiq aləti olduğu sirr deyil, həm də qlobal iqlim problemləri və insan haqları məsələsinin bir-biri ilə bu və ya digər formada bağlılığı yoxdur. Bu amil kampaniya müəlliflərinin məqsədinin qlobal iqlim problemləri, insan haqları olmadığını açıq şəkildə göstərir.
Azərbaycan öz diölomatik gedişləri və qlobal arenadakı nüfuzu ilə bütün bu qarayaxmaları üstələdi və Bakı möhtəşəm tədbirə ev sahibliyi edir. Bu ölkəmiz üçün bir çox baxımdan faydalı bir hadisədir. COP29 Azərbaycanda “yaşıl” iqtisadiyyatın inkişafı üçün katalizator ola bilər.
Konfransda müzakirə olunan məsələlərin əhəmiyyətini nəzərə alaraq, Azərbaycan bu tədbirdən yararlanaraq bərpaolunan enerji, təmiz texnologiyalar və sənayenin modernləşdirilməsi ilə bağlı layihələrə investisiya yatırmaq imkanı qazanar. Bütün bunlarla yanaşı, Bakı konfrans günlərində turist axınından, eləcə də mehmanxana, restoran və nəqliyyat sektorlarına artan tələbatdan iqtisadi cəhətdən faydalana biləcək. Belə beynəlxalq tədbirlər işgüzar dairələrin diqqətini tez-tez cəlb edir və bu da uzunmüddətli investisiyalar üçün əlavə imkanlar yaradır.
Dünyada tanınmış və təsdiq edilmiş nüfuz sahibi olan ölkədə belə tədbirin keçirilməsi ancaq məqsədəuyğun ola bilərdi ki, bunun üçün də Azərbaycan seçilib.Ümumiyyətlə, Azərbaycanın həm beynəlxalq aləmdəki nüfuzu, həm də ölkə daxilindəki stabil siyasəti, əminamanlıq, demokratik dəyərlərə verilən qiymət beynəlxalq təşkilatların ölkəmizə olan marağını və istəyini də artırmaqdadır. Planet üçün irəliyə doğru ilk addım məhz Bakıda atılıb.Dünya üçün Yaşıl işıq Bakıda, Azərbaycanda BMT-nin konfransının birinci günündə erkən razılaşma ilə yandırıldı.

Tənzilə Rüstəmxanlı,
Milli Məclisin deputatı
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:67
embedMənbə:https://newscenter.az
archiveBu xəbər 13 Noyabr 2024 12:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see213

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see196

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see179

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see166

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see155

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see153

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see152

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see152

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see147

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see143

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see141

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see140

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see134

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see131

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see131

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see130

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see130

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see127

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri