Icma.az
close
up
RU

COP29 çərçivəsində ali audit orqanlarının iqlim fəaliyyətindəki rolu müzakirə edilib

Apa.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.

COP29 çərçivəsində Azərbaycan Hesablama Palatası və Ali Audit Orqanlarının Beynəlxalq Təşkilatı olan INTOSAI-ın təşkilatçılığı ilə "Hökumətlər iqlim sahəsində fəaliyyətlərində hansı mərhələdədirlər? - İqlim Skaneri qiymətləndirməsinin nəticələri" adlı tədbir keçirilib.

APA xəbər verir ki, tədbirdə Braziliya, Finlandiya, Kanada və s. ölkələrin Ali Audit Orqanlarının (AAO) VƏ Avropa Auditorlar Məhkəməsinin nümayəndələri ilə yanaşı, bir sıra nüfuzlu beynəlxalq təşkilatların, o cümlədən BMT-nin İnkişaf Proqramı, BMT-nin Əhali Fondu, Dünya Bankı, Asiya İnkişaf Bankı və s. qurumların təmsilçiləri, habelə dövlət orqanlarının rəhbər şəxsləri iştirak ediblər.

Hesablama Palatasının sədri Vüqar Gülməmmədov qeyd edib ki, iqlim dəyişikliklərinin təsirlərinin azaldılması və bu təsirlərə uyğunlaşma üçün fəaliyyətlərin icrası əhəmiyyətli maliyyə, o cümlədən dövlət vəsaitlərin ayrılmasını tələb edir. Bu isə həmin vəsaitlərin məqsədyönlü istifadəsinin, həmçinin şəffaflıq və hesabatlılığın təmin edilməsində AAO-ların iştirakını vacib edir. Sədr iqlim fəaliyyəti sahəsində aparılan auditlər zamanı ortaya çıxan çağırışlara toxunub.

Braziliya Federal Hesablama Məhkəməsinin nümayəndəsi Hüqo Çudison isə İqlim Skaneri alətinin ilkin qlobal nəticələrini açıqlayıb. O bildirib ki, milli hökumətlərin iqlim ilə bağlı gördüyü tədbirləri qiymətləndirmək üçün 240 yoxlayıcıya bu sahədə təlimlər keçirilib. Qeyd olunub ki, indiyə qədər öz hökumətlərinin kənar auditoru qismində fəaliyyət göstərən 141 AAO İqlim Skaneri təşəbbüsünə cəlb edilib və 61-i qiymətləndirməni hazırkı tarixə yekunlaşdırıb.

Daha sonra Mozambik AAO-nun nümayəndəsi tərəfindən İqlim Skaneri qiymətləndirilməsinin real təcrübəsi (Mozambik AAO-nun fəaliyyəti timsalında) təqdim edilib.

Tədbir Kanada, Hindistan, Maldiv AAO-nun və Avropa Auditorlar Məhkəməsinin nümayəndələrinin iştirakı ilə keçirilən panel müzakirələr ilə davam edib. Panel müzakirələrdə AAO-ların təcrübələri və qiymətləndirmə alətindən öyrəndikləri dərslər, eləcə də milli səviyyədə effektiv iqlim idarəçiliyinin və hesabatlılığın təkmilləşdirilməsi imkanları barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:66
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Noyabr 2024 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see266

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see192

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see184

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see159

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see156

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see153

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see152

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see151

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see145

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see144

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see140

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see139

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see139

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see136

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see134

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see133

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see130

MDU yeni akademik inkişaf mərhələsinə qədəm qoyur

17 Yanvar 2026 14:03see127

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri