Icma.az
close
up
RU
COP29 çərçivəsində Milli Uyğunlaşma Planlarına həsr olunmuş konfrans keçirilib

COP29 çərçivəsində Milli Uyğunlaşma Planlarına həsr olunmuş konfrans keçirilib

Bizimyol portalından verilən məlumata əsasən, Icma.az bildirir.

COP29 çərçivəsində “COP29-da Uyğunlaşma Fəaliyyətinin Sürətləndirilməsi: Milli Uyğunlaşma Planlarının (MUP) formalaşdırılması və həyata keçirilməsinin sürətləndirilməsi” mövzusunda konfrans keçirilib.

Milli Uyğunlaşma Planı Qlobal Şəbəkəsi Katibliyinin rəhbəri Orvil Qreyin moderatorluğu ilə keçirilən tədbirdə açılış nitqi ilə çıxış edən COP29-un baş danışıqçısı, Azərbaycan xarici işlər nazirinin müavini Yalçın Rəfiyev bildirib ki, iqlim dəyişiklikləri artıq baş verir və onun təsirləri dəniz səviyyəsinin qalxması, fövqəladə hava hadisələri, quraqlıq və daşqınlarla hiss olunur. Onun sözlərinə görə, dünya ölkələri hərəkət etməli və qlobal miqyasda uyğunlaşma səylərini təcili sürətləndirməlidir. “Azərbaycan bu ayın əvvəlində özünün Milli Uyğunlaşma Planını təqdim edib. Biz ölkələri 2025-ci ilə qədər öz MUP-larını təqdim etməyə çağırırıq. “Bu, bizə 2030-cu ilə kimi onların həyata keçirilməsində irəliləyişə nail olmağa imkan verəcək. Bu planlar ən yaxşı təcrübəni necə paylaşdığımıza, texnologiyanın ötürülməsinə və bir-birimizin ambisiyalarına necə dəstək olacağımıza yol göstərəcək”, - deyə nazir müavini qeyd edib.

Daha sonra çıxış edən BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının nümayəndəsi Daniel Violetti bildirib ki, iqlim ildən-ilə daha şiddətli, gözlənilməz və ölümcül olur. O bildirib ki, təkcə bu il fəlakətlər ABŞ-a 95 milyard dollardan çox ziyan vurub. Nümayəndənin sözlərinə görə, dünya buna uyğunlaşmalıdır və uyğunlaşma ilə maliyyə arasında uçurum artır. “İnkişaf etməkdə olan ölkələrdə xərclər 2030-cu ilə qədər ildə üç dəfə, yəni ildə 40 milyard artacaq. Bu rəqəmlərin artacağına dair real risk var və indi hərəkətə keçmək lazımdır”, - deyə Daniel Violetti əlavə edib.

ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə elçisinin müavini Sue Biniaz isə deyib ki, 2010-cu ildə Kankun Çərçivəsindən başlayan Milli Uyğunlaşma Planı qlobal uyğunlaşma səylərinin təməl daşına çevrilib. O bildirib ki, Paris Sazişinin yeddinci maddəsində də bu aydın şəkildə qeyd olunur. “MUP-lara uyğunlaşmanın planlaşdırılması və həyata keçirilməsi üçün əsas vasitə kimi baxılır. Yaşıl İqlim Fondu bütün inkişaf etməkdə olan ölkələrə MUP-ləri formalaşdırmaqda dəstək olmaq üçün xüsusi maliyyələşdirmə pəncərəsi yaradıb”, - deyə o bildirib.

Daha sonra İtaliya Xarici İşlər Nazirliyinin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Françesko Karvaro, Tonqanın Kənd Təsərrüfatı, Qida və Meşə təsərrüfatı üzrə baş direktoru Viliami Manu, Liberiyanın Ətraf Mühitin Mühafizəsi Agentliyinin icraçı direktoru Emanuel Kinq Urey Yarkpavolo ölkələrinin MUP-ları təqdim etmələri istiqamətində gördüyü işlərdən danışıblar.(azərtac)

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 19 Noyabr 2024 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see278

İsrail onlarla humanitar təşkilata lisenziya verməkdən imtina edib

22 Yanvar 2026 12:46see258

Yuventus növbəti türkiyəli futbolçunu transfer etdi

22 Yanvar 2026 21:55see232

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see207

Azərbaycan regionu iki dəfə qabaqlayır Rəqəmlər nə deyir?

22 Yanvar 2026 16:11see199

Gürcüstan növbədənkənar seçkilərə gedir? Açıqlama

23 Yanvar 2026 01:54see177

Qalmaqallı serial efirə qayıdır Bu kanalda yayımlanacaq

22 Yanvar 2026 14:47see174

Qala Pirallahı yolunda PƏRAKƏNDƏ NİŞAN TƏLƏBİ: Sürəti hansına uyğun seçək?

22 Yanvar 2026 19:06see169

UEFA Avropa Liqası: “Fənərbaxça Aston Villa ya məğlub olub

22 Yanvar 2026 23:58see162

Davos 2026: Azərbaycanın nüfuzlu aktor kimi dünyanın diqqət mərkəzində

22 Yanvar 2026 17:09see162

Xırdalanda su niyə gəlmir? Rəsmi AÇIQLAMA

22 Yanvar 2026 21:17see156

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see148

Qusarın iki kəndinin problemləri dinlənildi, tapşırıqlar verildi FOTO

22 Yanvar 2026 19:30see148

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see145

Merz: “Yalnız gücün hökm sürdüyü dünya hamı üçün təhlükəli reallıqdır”

22 Yanvar 2026 16:08see145

2025 ci il Bank Respublika üçün necə keçib? MALİYYƏ VƏZİYYƏTİNİN TƏHLİLİ

23 Yanvar 2026 01:22see144

İranda ŞOK hadisə Öldü bilinən ağır yaralı plastik torbada 3 gün sağ qaldı

22 Yanvar 2026 17:55see143

Prezident Ümumdünya İqtisadi Forumunun İllik toplantısında keçirdiyi görüşlərlə bağlı paylaşım ETDİ

22 Yanvar 2026 21:20see142

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see141

Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsi hesabat verib

22 Yanvar 2026 19:05see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri