Icma.az
close
up
RU
COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb AZƏRTAC

COP29 çərçivəsində “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Anlaşma Memorandumu imzalanıb AZƏRTAC

Bakı, 19 noyabr, AZƏRTAC

COP29 çərçivəsində noyabrın 19-da “SOCAR Green” və “PowerChina” şirkətləri arasında Azərbaycanda bərpa olunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədilə Anlaşma Memorandumu imzalanıb.

SOCAR-dan AZƏRTAC-a bildiriblər ki, tərəflər arasında strateji tərəfdaşlıq Azərbaycanda bərpa olunan enerji mənbələrinin inkişafı hədəflərinə töhfə vermək məqsədi daşıyır.

Memorandum günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş ağıllı enerji sistemləri, yaşıl hidrogen istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.

seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri