Icma.az
close
up
RU
COP29: Liverpulun nümayəndəsi strateji dayanıqlılıq mövzusunda seminar keçib AZƏRTAC

COP29: Liverpulun nümayəndəsi strateji dayanıqlılıq mövzusunda seminar keçib AZƏRTAC

Azertag portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Bakı, 18 noyabr, AZƏRTAC

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Meydandan kənar: "Liverpul" Futbol Klubundan 5 Strateji Dayanıqlılıq Dərsi" mövzusunda seminar keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə "Liverpul"un İctimai təsir üzrə direktoru Rişi Jain iştirakçılara inqilabi "The Red Way" strategiyası vasitəsilə idman və dayanıqlılıq sahəsində lider olmağın yollarını izah edib. O, klubun dayanıqlılıq yolundakı beş əsas dərsini iştirakçılarla bölüşüb.

Bildirilib ki, bu dərslərə başlanğıc addımları atmaq, dəyişikliyin həyata keçirilməsi və tərəqqinin izlənməsi, ünsiyyət, həmkarları və azarkeşləri cəlb etmək, həm təsir yaradan, həm də kommersiya baxımından böyüməni təşviq edən tərəfdaşlıqlar qurmaq, davamlı liderlik nümayiş etdirmək kimi əsas strategiyalar daxildir.

İqlimlə bağlı mövzularda daim həssas davranan, inkişaf edən və hazırda dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul”un meydandan kənarda dəyişikliyi necə irəli sürdüyü, yalnız idman deyil, sosial məsuliyyət sahəsində də müxtəlif layihələr həyata keçirdiyi vurğulanıb. Dünyanın ən çox izlənən futbol komandasının davamlılıq, bərabərlik, müxtəliflik və inklüzivliyin inkişafında əsas fiquru hesab edilən R.Jain bu layihələrin həm yerli, həm də qlobal icmaların rifahını yaxşılaşdırmaq baxımından əhəmiyyətindən danışıb.

Nəticədə iştirakçılar interaktiv seminarda praktik məlumatlara yiyələnib, öz təşkilatlarında tətbiq edə biləcəkləri konkret addımlar barədə informasiya əldə ediblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:199
embedMənbə:https://azertag.az
archiveBu xəbər 18 Noyabr 2024 12:01 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see276

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see265

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see255

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see252

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see249

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see235

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see235

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see234

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see229

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see226

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see217

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see215

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see214

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see213

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see208

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see208

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see203

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see202

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see196

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri