Icma.az
close
up
RU
COP29: planetimizi necə xilas edək?

COP29: planetimizi necə xilas edək?

Sia Az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, www.kitabxana.net – Mir Cəlal Paşayev adına Milli Virtual-Elektron Kitabxananın təsisçisi, Prezident təqaüdçüsü, yazıçı-kulturoloq Aydın Xan Əbilovun SİA-ya müsahibəsini təqdim edirik:

- Azərbaycan BMT-nin beynəlxalq səviyyəli COP tədbirinə uğurla ev sahibliyi etdi. COP29-dan əsas gözləntiləriniz nələr idi, nəticələr gözləntilərinizi qarşıladımı?

- COP29 həm ekoloji, həm siyasi, həm mədəni, daha geniş mənada götürəndə geokulturoloji hadisə idi. Azərbaycan dövləti bundan 100 yox, 1000% yararlandı və istifadə etdi. Biz beyin mərkəzi olduğumuzu sübut etdik. BMT-nin baş katibindən tutmuş 200-ə yaxın dövlətin dövlət başçılarını, ictimai xadimlərini Azərbaycana dəvət etdik. Bütün dünya mediası bura gəldi. Bir daha dünya üçün maraqlı olan trendləri ortaya qoyduq. Neft ölkəsi olsaq da, yaşıl enerjiyə verdiyimiz önəm, külək, günəş enerjisindən tutmuş bu cür enerjilərlə Azərbaycanın böyük potensialını nümayiş etdirdik. Qonaqlar və öz insanlarımız Azərbaycanın ekologiya ilə bağlı ekoloji və dövlət proqramlarını kəşf etdilər. Azərbaycanda yaşıllaşdırma hərəkatı var, Bakıda ekologiya ilə bağlı problemlər çox aktualdır və yerinə yetirilir. Ağacın budağını kəssəniz, Ekologiya Nazirliyindən gəlib cərimə tətbiq olunur. Dövlət bu nəzarəti getdikcə gücləndirir. COP29-un belə bir ölkədə keçirilməsi normal haldır. Üstəlik də dünyanın Azərbaycana gəlməsi, turizmin inkişafı, iqtisadi imkanlarımızın çoxalması, süni intellekt gəlib, ənənəvi iş yerləri açılır, məcburuq ki, bu sahələri inkişaf etdirək. Qonaqlar Azərbaycan ətindən yemək yeyib tamam başqa dad aldılar, Azərbaycanın gözəlliyini gördülər, Qarabağa getdilər. COP29 bu mənada bizim gözləntilərimizi, hətta gözləmədiyimiz üstünlükləri bizə verdi. Sübut etdik ki, Azərbaycan nəinki COP29, istənilən beynəlxalq tədbiri keçirə bilər. COP29 sübut etdi ki, Azərbaycan dünyanın düşünən beyin mərkəzindən biridir. Həm də ictimai-siyasi arenada öz sözünü deyə biləcək ölkədir. Azərbaycan trendlər verdi ki, gəlin, yaşıl dünyamızı birlikdə qoruyaq. Bu, çox önəmlidir.

- COP29-da qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsində Azərbaycanın əsas çağırışları nələrdir? Ekologiya Nazirliyi bu çağırışların öhdəsindən gəlmək üçün hansı addımları atmağı planlaşdırır?

- COP29-da Azərbaycanın öz diktəsini verməsi, ekologiya ilə bağlı yeniliklərlə çıxış etməsi bir çox ölkələrə xoş gəlmədi. Bizə hücum edənlər Fransa, ABŞ, gəlməyən ölkələrin başçıları idi. Onlar ekologiyanı ən çox pozan iqtisadi cəhətdən inkişaf etmiş ölkələrdir. Çin dünyada ən çox çirklənmiş havaya sahib ölkədir. ABŞ ümumiyyətlə, ekoloji beynəlxalq konvensiyalara qoşulmayıb. Rusiya da neft ölkəsidir deyə, o da həmçinin qoşulmayıb. Biz bunlara fikir verməyib COP29-dan istifadə edib onların maraqlarına böyük zərbə vurduq. Söhbət anti-ekoloji maraqlardan gedir. Azərbaycanla bağlı çox maraqlı layihələrimiz var. Vaxtilə elə layihələr verilmişdi ki, ölkə başçısı analiz etmək üçün vaxt istəmişdi. Bu yaxınlarda Qərb tərəfə Atom Elektrik Stansiyasının tikilməsi üçün təkliflər gəldi. Amma ölkə başçısı bunu rədd etdi. Çünki balaca ölkəyik. Təsəvvür edin ki, Çernobil burada baş versə, nələr baş verər. Bir az gözlədik, böyük Günəş Elektrik Stansiyasını Ələtdə tikdik. Çünki dövlət başçısı həmişə 10 il irəli düşünür. İndi artıq Azərbaycanda içməli su ilə, texniki suyu ayırmaq prosesi başlamalıdır. Çünki eyni su ilə maşın da yuyuruq, eyni zamanda içirik. Dünyanın heç bir yerində belə deyil. Ekologiya Nazirliyi bununla bağlı çox böyük işlər görür. Ağ balıqların çoxaldılması, ovçuluqda müəyyən qadağaların edilməsi, böyük yaşıllaşdırma ilə bağlı proqramların həyata keçirilməsi məhz dövlət başçısı, Heydər Əliyev Fondunun, Mehriban xanım Əliyevanın təklifləri ilə həyata keçirilir. Mən Bakıya təzə gələndə Yasamal və digər yerlər səhralıq idi. İndi isə infrastrukturdan çox ağaclar əkilib, yaşıllaşdırma işləri gedib. Artıq nəqliyyatda sistemləşdirmə var. Elektriklə işləyən yaşıl avtobuslardan istifadə olunur. İnsanlar hibrid, elektrikli maşınlara keçməyə başlayıblar. Düşünürəm ki, bu, daha da genişlənəcək. Burada hər bir insanın qatqısı olmalıdır. Yoxsa, dünyanı qoruya bilməyəcəyik.

- Bəzən biz heyvanlara da ziyan vururuq və onların dərilərindən istifadə edirik. Bu, özümüzü göstərmək üçündür, yoxsa onlara ziyan vurmağa hesablanıb?

- Dünyada tendensiyalar yaranır, onlardan biri də qida ilə bağlıdır. Əgər biz əti süni ətlə əvəzləyə biliriksə, biz nə qədər səmimiyik ki, heyvanları kəsib yeyirik? Biz tendensiyalara cavab verməliyik. Onsuz da, az hərəkət edirik. Yağlı yeməklər yeməliyikmi? Hamı bilir ki, satılan yağların tərkibi təmiz deyil. Axı biz təkamülün ilkin vaxtlarında birbaşa yağlı kabablar yeməmişik. Getdikcə dəyişib ətraf-mühitə uyğunlaşmışıq. Eyni zamanda, biz bəzən düşünürük ki, məsələn, soxulcan, qurdlar nəyə lazımdır? Bunlar hamısı birlikdə kainatla bağlı olan canlılardır. Uşaqlıqda tısbağanı, sərçələri öldürürdük. İndi şəhərdə sərçə görürsünüz? Yenə sağ olsun işbazlarımız ki, müəyyən artımla onu təmin edirlər. Dövlətimiz, Prezidentimiz xüsusilə maraqlanır, balıq artırma ilə, ceyranların qorunması ilə. Digər kapitalizm inkişaf etmiş ölkələrdə dövlət, biznesmenlər bunların marağında deyil. Uzaq başı ölkədən kənarda təşkil edəcək. Azərbaycanda dövlət bunun marağındadır. Mən sevinirəm ki, bizi ağacəkmə aksiyasına çağırırlar. Amma kimsə kafe açan kimi onun qarşısındakı bütün ağacları kəsir. Yasamalda dayanacaqda bir ağac var. Həmin ağacın dəliyində siqaret kötükləri, zir-zibil var. Onun şəkillərini çəkmişəm, etirazımı bildirmişəm. Zibilləri yığırdım və insanlar mənə qəribə baxırdılar.

- Böyük dövlətlər kiçik dövlətləri hər zaman sıxışdırıb, inkişafını əngəlləməyə çalışıb. Lakin iqlim məsələsi onların özünə də ziyan etmirmi?

- Böyük dövlətin biri Amerika Birləşmiş Ştatlarıdır. Bizi okeanlar ayırır. Burada baş verən hər hansı hadisə Amerikaya gedib çatmır. Amma ümumilikdə götürdükdə iqlimdə baş verən dəyişikliklər hər birimizə təsir edir. Eyni vaxtda Amerikada baş verən daşqınlar həm Avropada, həm də Azərbaycanda baş verir. COP-un mahiyyəti odur ki, Parisdə bir qrup ağıllı insanlar toplaşıb düşündülər ki, sürətlə istiləşmə qalxsa, buzlaqlar əriyəcək, okeanlar qalxacaq, ada dövlətləri məhv olacaq, fəlakətlər baş verəcək, fəsillər bilinməyəcək. Sonuncu dəfə üç dövlət həcmində buzlaq ayrıldı, bilinmir ki, gedib haranı dağıdacaq. Bütün bunları nəzərə alsaq, böyük dövlətlərdə də ağıllı insanlar var. Onlar çıxıb dövlətə etirazlarını bildirirlər. Həmin dövlətlərdə insanlar etirazlarını bildirmək üçün paltarlarını soyunub etiraz edirlər, ekologiya üçün SOS çağırırlar. Düzdür, bu, üslub bizim üçün keçərli deyil. Bəzi etiraz formaları var ki, biz bunu bəyənmirik. Amma diqqət çəkmək üçün başqa nə etmək olar? Yaxud da, ekoloji aktivistlər bahalı rəsm əsərini korlayırlar. Bununla da bütün dünya bundan danışır. Biz 10 ilə yaxındır ki, ekoloji məsələlər barədə danışırıq. Bizi dinləmirlər. Elə ki, uşaq pulu məsələsini buna qatdım, aləm bir-birinə dəydi. Əslində mən ekologiya məsələsini orada qaldırırdım.

- İnsanların ekoloji savadlılığı artmalıdır. Başqa cür dünyanı xilas etmək mümkün deyil. Dəniz və okeanların altı plastik tullantılarla örtülüb. İnsan tutduğu budağı kəsir. Eyni zamanda dövlət uşaq pulu vermir. Çoxuşaqlılıq müavinətini ölkə üzrə 3-5 min ailə alır. İstisnasız bütün uşaqlara uşaq pulu verilməlidir.

- Elə ölkələr var ki, orada dilənçiyə pul vermək tərbiyəsizlik sayılır. Yaponiya, Çin, Cənubi Koreya kimi ölkələrdə deyirlər ki, sağlam insandır, əlləri var, niyə işləməməlidir, niyə ona pul verilməlidir? Mən özümdən deyirəm ki, oğlanlarım müavinət almasaydılar, gənc yaşlarından işləyib tənbəl olmazdılar. Mən onları kəndə aparanda bağda işləmək istəmirlər. Çünki komfort bütün insanları məhv edib. Həmin uşaq pulu istəyənlərin böyük əksəriyyəti uşaq pulunu uşağın təhsilinə yönəltməyəcək, onun sağlamlığına, mədəni inkişafına yönəltməyəcək. Təcrübədən görürük ki, ya mobil telefon alırlar, ya da özlərinə sərf edirlər. İnsanları tənbəlləşdirmək olmaz.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:113
embedMənbə:https://sia.az
archiveBu xəbər 23 Dekabr 2024 10:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

UEFA Çempionlar Liqasının formatı dəyişir

03 Oktyabr 2025 23:56see156

Xalq artisti Tünzalə Ağayeva “Best of Aygun” layihəsində VİDEO

03 Oktyabr 2025 19:21see149

Xalq artisti Hacıbaba Bağırovun vəfatından 19 il ötür

04 Oktyabr 2025 09:36see137

Fransa klubunun qapıçısını 20 ilədək həbs gözləyir

04 Oktyabr 2025 04:23see135

ABB və “Azər Türk Bank”la bağlı FƏRMAN

04 Oktyabr 2025 11:57see133

Yaponiya hakim partiyanın yeni sədrini seçəcək

04 Oktyabr 2025 05:22see132

Yeni dövrün manifesti: İlham Əliyevin BMT tribunasından sülh, qələbə və ədalət çağırışı

04 Oktyabr 2025 10:56see132

Polis sinaqoqa hücumda ölənlərdən birini səhvən güllələyib

03 Oktyabr 2025 15:35see131

Bu kimi nailiyyətlər gələcək qələbələr üçün möhkəm zəmin yaradır Rövşən Nəcəf

04 Oktyabr 2025 20:35see131

Türkiyənin energetika naziri: “Rusiya nefti ilə bağlı qərarı şirkətlər özləri verir”

03 Oktyabr 2025 20:50see131

Alzheimerin müalicəsində yeni üsul kəşf olundu

04 Oktyabr 2025 07:07see129

Cabir İmanovun dəfnində bu foto rezonans yaratdı Sirlər açıldı

03 Oktyabr 2025 21:18see129

AXINA QARŞI BİR ÖMÜR SEYİD ƏZİM OLMAQ

04 Oktyabr 2025 10:31see129

Premyer Liqa: “Sumqayıt” “Turan Tovuz”a qarşı

04 Oktyabr 2025 09:45see126

Tiflisdə 3 nəfərlik ailə 22 ci mərtəbədən yıxılaraq ölüb

04 Oktyabr 2025 15:34see124

Atam ağlayırdı, anam keyimişdi, mən isə qəh qəhə atıram

04 Oktyabr 2025 14:52see124

Qan şəkərini tarazlayan təbii qidalar Şəkərə qarşı təsirli üsul

04 Oktyabr 2025 05:06see124

Saatlıda piyadanın vurulması ilə nəticələnən qəza olub

04 Oktyabr 2025 01:33see122

Gürcüstanın ABŞ dakı səfiri Dövlət Departamentinə çağırılıb

04 Oktyabr 2025 21:13see120

Mohave səhrasında naməlum təyyarə görənləri heyrətləndirdi

05 Oktyabr 2025 02:32see119
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri