Icma.az
close
up
RU
COP29da QHTlər birgə iqlim təşəbbüslərini müzakirə ediblər

COP29da QHTlər birgə iqlim təşəbbüslərini müzakirə ediblər

Icma.az, Sia Az portalına istinadən məlumatı açıqlayır.

COP29-da türk dövlətlərini təmsil edən QHT-lərinin birgə iqlim təşəbbüslərinə dair forum baş tutub. SİA xəbər verir ki, noyabrın 18-də COP29 çərçivəsində Yaşıl Zonada Türk Dövlətləri Təşkilatına (TDT) üzv və bu təşkilatda müşahidəçi statusa malik səkkiz ölkədən olan QHT-lər birgə iqlim təşəbbüslərinə dair forum keçirib.

Azərbaycan, Türkiyə, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Macarıstan, Şimali Kipr Türk Cümhuriyyəti və Türkmənistandan olan vətəndaş cəmiyyəti təsisatlarından nümayəndələr foruma qatılıb.

İnsan kapitalına dair türk ölkələrinin iqlim təşəbbüsü Forumu Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə baş tutub.

COP29 Təşkilat Komitəsinin üzvü, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva bildirib ki, ilk dəfədir, türk dövlətlərinin QHT-ləri ümumi məqsəd uğrunda bu səviyyədə təşkilatmağa başlayıb.

Deputatlar Ramil Həsən, Gülşən Paşayeva çıxışlarında birgə fəaliyyətin əhəmiyyətini vurğulayıblar.

Qazaxıstanın Mədəniyyət və İnformasiya Nazirliyinin Vətəndaş Cəmiyyəti Məsələləri Komitəsinin sədri Gülbarə Sultanova Azərbaycanın COP29-a uğurla ev sahibliyi etməsinin bütün türk dünyası üçün önəmli olduğunu qeyd edib, bu prosesdə QHT-lər çərçivəsində də əməkdaşlığın genişləndirilməsini mühüm hadisə adlandırıb.

Özbəkistan Qeyri-Hökumət Təşkilatları Milli Assosiasiyası İdarə Heyətinin sədri Kamoliddin İşanxocayev bildirib ki, 2024-cü ilin dekabrında Özbəkistan-Azərbaycan QHT-lərinin II Əməkdaşlıq Forumu olacaq və bu dərinləşən əlaqələrin növbəti təzahürüdür.

Daha sonra forum panel müzakirələrlə davam edib.

“Ortaq Dəyərlər” İctimai Birliyinin sədri Aqil Camalın moderatorluğu ilə keçirilən “İqlim dəyişmələri və insan kapitalı: türk dövlətlərinin vətəndaş cəmiyyəti təsisatlarının rolu” adlı ilk paneldə Şimali Kipr Türk Respublikası Prezident Administrasiyasının QHT-lərlə iş üzrə məsul nümayəndəsi Latif Akça, Türkiyənin Siyasi, İqtisadi, Sosial Araşdırmalar Mərkəzinin (SETA-nın) təmsilçisi Mustafa Caner, Özbəkistanın “Qadınlar və Qızlar Assosiasiyası”nın sədri Nəsibə Miradilova, Özbəkistandan ekoloq Bunyod Abdullayev mövzu ətrafında məruzələrlə çıxış ediblər.

“Türk dövlətlərində gənclərin iqlim məsələlərinə cəlbində vətəndaş cəmiyyətinin rolu” adlı ikinci paneldə Türkiyənin “Yeşilay” Cəmiyyətinin sədr müavini Sümeyya Ceylan, Qırğızıstanın Gənclər Parlamenti layihəsini həyata keçirən “Vətəndaş İdeyaları Fondu”nun təsisçisi Elnurə İsabəyova, Türk Dövlətləri Təşkilatının Macarıstan nümayəndəliyinin üzvü David Biro, Özbəkistanın Könüllülər Birliyinin rəhbəri Şirin Abidova müxtəlif təqdimatlar ediblər.

Türk dövlətlərinindən olan nümayəndələr sonda bir daha Azərbaycanı Türk dünyasında ilk dəfə COP tədbirini təşkil etməyə nail olmuş ölkə kimi təbrik ediblər, bundan fərəh hissi keçirdiklərini bildiriblər. Qeyd olunub ki, çox qısa müddətdə yüksək səviyyəli təşkilatçılıq işlərinin görülməsi Azərbaycan dövlətinin qüdrətinin daha bir nümayişinə çevrilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://sia.az
archiveBu xəbər 18 Noyabr 2024 15:49 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see333

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see324

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see323

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see321

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see317

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see312

Azərbaycanlı iş adamı üç ölkənin sanksiya siyahısına salınıb ÖZƏL ARAŞDIRMA

02 Noyabr 2026 10:27see309

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see307

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see298

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see255

Sumqayıt Şəhər Polis İdarəsinə yeni rəis təyin olundu

01 Noyabr 2026 23:41see254

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see249

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see248

Şəkərdən daha təhlükəli olan əvəzedicilər...

01 Noyabr 2026 02:00see228

“Azərxalça” ASC Samirə Allahverdiyeva və Səma Məmmədlinin “Meyvələr” kolleksiyasını təqdim edir (Foto)

31 Oktyabr 2026 18:57see220

Azərbaycanda bəzi kolleclər ləğv olunur?

01 Noyabr 2026 12:12see217

Qeyri neft iqtisadiyyatının büdcədə çəkisi artır

31 Oktyabr 2026 15:23see212

Fərdi seçilmiş musiqi stress hormonunun səviyyəsini iki dəfədən çox azalda bilər

01 Noyabr 2026 21:00see202

Baş idarə rəisinə yeni rütbə verildi

01 Noyabr 2026 08:15see198

Aqrar sektor xammal bolluğuna və ərzaq təhlükəsizliyinə xidmət edir

31 Oktyabr 2026 15:19see195
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri