Icma.az
close
up
RU
COP29da turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün innovativ həllər və gələcək addımlar müzakirə olunub AZƏRTAC

COP29da turizmdə iqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün innovativ həllər və gələcək addımlar müzakirə olunub AZƏRTAC

Icma.az, Azertag saytına istinadən bildirir.

Bakı, 20 noyabr, AZƏRTAC

COP29 çərçivəsində “İqlim fəaliyyətinin təkmilləşdirilməsi üçün innovativ həllər və gələcək addımlar” mövzusunda dəyirmi masa keçirilib.

AZƏRTAC xəbər verir ki, dəyirmi masanı COP29 Sədrliyi Azərbaycan Turizm Agentliyi ilə birgə təşkil edib.

BMT-nin Ümumdünya Turizm Təşkilatının davamlı turizm və dayanıqlılıq üzrə proqram koordinatoru Vircinia Fernandez-Trapanın moderatorluğu ilə keçirilən panel müzakirəsində diqqət iqlim fəaliyyətini sürətləndirmək üçün innovativ və praktik həll yollarına, eləcə də Turizm Günü ilə bağlı gələcək planlara yönəlib.

Qeyd edilib ki, “Turizm Sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə COP29 Bəyannaməsi”ni 50-dən çox ölkə təsdiqləyib. Bu isə turizm sektorunun aşağı karbonlu və iqlimə davamlı inkişaf istiqamətində transformasiyanı həyata keçirməsi üçün yüksək səviyyəli siyasi öhdəliyi əks etdirir.

Dövlət Turizm Agentliyinin Turizm siyasəti və strategiyası şöbəsinin müdiri Günay Bayramova bildirib ki, COP29-un Azərbaycanda keçirilməsi ölkə üçün mühüm fürsətdir: “Azərbaycanı iqlim fəaliyyətində və turizm sektorunda mühüm iştirakçılardan biri kimi təqdim etmək, bu prosesə liderlik etmək və turizmi COP-un tematik gündəminə inteqrasiya etmək böyük addımdır. İnanıram ki, bu, uzun yolun başlanğıcıdır”.

G.Bayramova qeyd edib ki, COP çərçivəsində turizmə diqqət yetirmək dayanıqlı inkişafın hərəkətverici qüvvəsi kimi turizmə yeni təsəvvür və baxışlarla yanaşmağa imkan verir.

“Səyahət Korporasiyası”nın (“The Travel Corporation”) dayanıqlılıq üzrə direktoru Şannon Gihan təklif olunan turizm paketlərində dekarbonizasiya və karbon izinin azaldılmasını əsas hədəf götürdüklərini bildirib. Qeyd edilib ki, Avropaya səhayətlərin 60 faizi məhz dekarbonizasiya proqramı çərçivəsində həyata keçirilir. Belə ki, gecələmə, qidalanma, mobillik və digər parametrlər üzrə kiçik və orta sahibkarlıq subyektlərinə fond vəsaitləri ayrılır.

“Iberostar Group” şirkətinin qlobal dayanıqlılıq üzrə direktoru Erika Harms çıxışında təmsil etdiyi şirkətin turizm fəaliyyətində iqlimə uyğun proseslərin təşkilinə səy göstərdiyini diqqətə çatdırıb. Qeyd edilib ki, otellər zəncirini özündə birləşdirən şirkət alimlərdən ibarət bir qrupla turizm fəaliyyətində iqlimə təsir risklərinin müəyyən edilməsi, bu analizlərin ekosistemlərə inteqrasiya olunması və müvafiq adaptasiya işlərinin aparılması üçün tədqiqatlar aparılır. Bu yanaşma risklərin azaldılmasına və turizm biznesinin dayağı olan sahillərin qorunmasına kömək edir.

Amerikalararası İnkişaf Bankının iqlim dəyişmələri əməliyyatları üzrə baş mütəxəssisi Emi Levis turizm sektorunun bir sıra digər sahələrlə üzvi surətdə əlaqəli olduğunu vurğulayıb, iqlim maliyyələşdirilməsinin müəyyənləşdirilməsinin çətinliklərindən bəhs edib. O, eyni zamanda, turizmin müxtəlif infrastruktur sistemlərindən asılı olduğunu, bu səbəbdən turizmə xas iqlim maliyyələşməsinin müəyyən edilməsində və sərmayə qoyulmasında yaranan çağırışlardan danışıb.

Braziliyanın Turizm Nazirliyinin Beynəlxalq əlaqələr departamentinin rəhbəri Heitor Kadri bildirib ki, COP29-da əldə edilən nəticələr Braziliyada keçiriləcək COP30-dək konkret addımların atılacağına nikbin ümidlər doğurur. O, ölkəsində turizm sahəsində qəbul olunan yeni qanunda bu sektor üçün bir sıra yenilik və üstünlüklərin gətirildiyini diqqətə çatdırıb. Nazir turizm sektorunda nəqliyyat, dövlət və özəl sektor arasında münasibətlər, istehlakçıların hüquqları, sərmayələrlə bağlı yeni yanaşmalar və xüsusilə yaşıl keçidlə bağlı mühüm məqamların yer aldığını vurğulayıb.

Turizm Agentliyinin aparat rəhbəri Kənan Qasımov və Dünya Turizm Təşkilatının icraçı direktoru Zoritsa Urosevic COP29 çərçivəsində turizmlə bağlı görüşlər, çıxışlar, qəbul olunan Bakı Bəyannaməsi və perspektivlər barədə fikirlərini bölüşüb, COP30-da bu proseslərin davam etdiriləcəyinə ümidvarlıqlarını bildiriblər.

Sonda gün ərzində aparılan müzakirələr ümumiləşdirilib və turizm sektorunda iqlim fəaliyyətini sürətləndirə biləcək praktiki və innovativ həllərə diqqət yönəldilib, iqlimə davamlı turizmin gələcəyi üçün kollektiv baxışlardan bəhs edilib.

Panel müzakirələri turizmin iqlim dəyişiklikləri ilə qarşılıqlı əlaqəsi mövzusunda sualların cavablandırılması ilə yekunlaşıb.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://azertag.az
archiveBu xəbər 20 Noyabr 2024 18:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see258

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see253

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see199

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see161

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see156

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see151

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see148

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see148

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see144

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see142

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see138

Bankların mənfəəti tarixi rekorda çatsa da...

17 Yanvar 2026 12:30see138

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see135

Luiş Fiqu Xabi Alonsonun qovulmasından sonra “Real”ın vəziyyətini dəyərləndirib

17 Yanvar 2026 06:22see135

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see134

“Böyük bir məyusluq və xəyal qırıqlığı var” İranda etirazlar səngiyir, Tramp isə... + VİDEO

17 Yanvar 2026 12:45see134

Rəcəb Babaşov qazinin müalicəsini öz üzərinə götürdü (FOTO)

17 Yanvar 2026 13:02see132

Səbəbi bilinməyən yıxılmalar insultdan xəbər verə bilər

17 Yanvar 2026 17:45see131

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see128

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri