Icma.az
close
up
RU
Çörəyi belə saxlayın Səhhətinizi poza bilər

Çörəyi belə saxlayın Səhhətinizi poza bilər

Icma.az, Saglamolun portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Yeməkləri uzun müddət daha sağlam saxlamaq üçün soyuducuda saxlamaq hər kəsin istifadə etdiyi bir üsuldur. Lakin mütəxəssislər tərəfindən aparılan araşdırmalar hər yeməyi soyuducuda saxlamağın sağlam olmadığını ortaya çıxarıb.

Sağlamolun.az xəbər verir ki,  bəzi qidaların soyuducuda saxlanması onların daha tez çürüməsinə səbəb olur.

Soyuducuda saxlanmaması lazım olan qidaları təqdim edirik:

Çörək:  Çörək üçün ən uyğun saxlama yeri sərin və quru mühitlərdir. Soyuducuda rütubətə məruz qalan çörək daha tez qəliblənməyə başlayacaq.  

Soğan:  Soğanı olduğu kimi soyuducuya qoymaq onların yumşalmasına və kif əmələ gəlməsin səbəb olur. Nəmə çox həssas olan soğanı soyuducuda saxlamaq istəyirsinizsə, hava keçirməyən qab tapıb soğanı soyduqdan sonra saxlamaq lazımdır. Digər tərəfdən, ən sağlam üsul onu sərin və quru yerlərdə saxlamaqdır.

Banan:  Otaq temperaturunda bananın yetişmə prosesi daha sürətli gedəcəyi üçün bananın soyuducuda saxlanması onun kifayət qədər yetişməməsinə səbəb olacaq. Bu o deməkdir ki, banan qida dəyərini itirir.

Bal: Bal soyuducuya qoyulduqda soyuğun təsirindən rəngi qaralmağa və kristallaşmağa başlayır. Bu balın dadına təsir edir. Bunun əvəzinə onu sıx bağlaya və otaq temperaturunda buraxa bilərsiniz. 

Pomidor:  Banan kimi pomidor da yetişmə prosesindən keçən qidadır. Pomidorlara dad verən onların yetişməsidir. Lakin soyuducuda yetişmə prosesi daha uzun sürəcəyi üçün soyuducudan çıxardığınız pomidorun dadı tam dadlı olmayacaq və qida dəyəri azalıb yox olacaq. Bunun əvəzinə pomidorları sərin, quru yerdə saxlaya bilərsiniz. 

Ananas: Yetişmə prosesindən keçən digər meyvə də ananasdır. Ananas da soyuducuda saxlanılmamalıdır. Əgər soyuducuda saxlansa, yetişməyəcək, dadsız, quru və xırdalanmış halda qalacaq. 

Kartof:  Nişasta soyuq mühitlərdə daha sürətli şəkərə çevrilir. Tərkibində yüksək miqdarda nişasta olan kartof bu səbəbdən soyuducuda deyil, sərin və quru yerdə saxlanmalıdır. Bundan əlavə, soyuducuda qalan kartof yumşalmağa və dadını itirməyə başlayır.

Şokolad:  Tərkibində şəkər və yağ olan şokoladı soyuducuda saxlamaq şokoladın dadını pozar. Bunun əvəzinə sərin və quru mühitləri seçə bilərsiniz. 

Qəhvə: Keskin qoxusu və dominant dadı ilə sevilən qəhvəni soyuducuda saxlasanız, qısa müddətdə həm qoxusu, həm dadı itməyə başlayacaq və qəhvə bayatlaşacaq. Qəhvəni sərin, quru mühitdə möhkəm bağlayın. 

Sarımsaq:  Sarımsağı soyuducuda saxlamaq onun qısa müddətdə kiflənməsinə və yumşalmasına səbəb olar. Buna görə quru və sərin mühitləri seçmək daha yaxşı olar.

Saglamolun.Az


Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:119
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 14 Oktyabr 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropanın Azərbaycana marağının artması son illərdə formalaşan yeni geosiyasi və iqtisadi reallıqların nəticəsidir

27 Noyabr 2026 20:01see661

Cənubi Qafqazda sülh perspektivi regional iqtisadi əməkdaşlığın genişləndirilməsi üçün yeni imkanlar yaradır

27 Noyabr 2026 20:07see514

Tolerantlıq həm də qarşılıqlı etimadın bərpası deməkdir

27 Noyabr 2026 14:34see514

Psixoloji gərginliyin artmasının əsas səbəbləri nələrdir? PSİXOLOQ AÇIQLADI

27 Noyabr 2026 12:12see330

Duş qəbul etmək üçün ən doğru vaxt hansıdır? Mütəxəssis AÇIQLADI

27 Noyabr 2026 11:31see319

Mərkəzi Gömrük Hospitalı tərəfindən Gəncə şəhərində genişmiqyaslı tibbi sosial tədbirlər keçirilib

27 Noyabr 2026 13:35see312

Silikon qablar nə zaman təhlükəli olur? MÜTƏXƏSSİS AÇIQLADI

27 Noyabr 2026 11:07see311

Azərbaycanda fabrik direktoru vəfat etdi

27 Noyabr 2026 17:38see307

Kardioloq qəhvənin ürəyə zərərli olması fikrinə qarşı ÇIXIB

27 Noyabr 2026 23:45see300

Mədəaltı vəzi xərçənginə qarşı yeni həbb

27 Noyabr 2026 11:13see292

Daha bir tarixi abidəyə müdaxilə İcra hakimiyyəti işə qarışdı

27 Noyabr 2026 18:15see267

Neftçalada yerləşən balıqçılıq təsərrüfatı müəssisəsi özəlləşdirilib

27 Noyabr 2026 18:43see266

Keçənlərdən kiçik bir epizod... FOTO

27 Noyabr 2026 17:40see263

Bağırsaqda yara hansı xəstəliklərin əlaməti ola bilər? VİDEO

27 Noyabr 2026 15:20see259

Valeh Ağayev vəfat etdi

27 Noyabr 2026 18:29see258

Robotlar dünya iqtisadiyyatını dəyişəcək: İlk humanoid köməkçilər 15 ilə evlərə daxil ola bilər

27 Noyabr 2026 16:24see258

Özcan Deniz və Deniz Çakırın narkotik test nəticələri məlum oldu

27 Noyabr 2026 21:57see255

Söz içində... Sözümüz...

27 Noyabr 2026 17:30see253

Bu müəllimlərin diqqətinə!

27 Noyabr 2026 20:20see253

Qanda şəkəri salmağın ən asan yolu...

28 Noyabr 2026 02:01see229
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri