Icma.az
close
up
RU
“Qadın 5 uşaq doğmalıdır!” Çörəkləri qadından çıxanlar

“Qadın 5 uşaq doğmalıdır!” Çörəkləri qadından çıxanlar

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Rəna Nevzatın yeni yazısını təqdim edir.

Bu gün ölkəmizdə televiziyanı, yutub kanallarını, feysbuk və tiktok səhifələrini bəzəyən bəzi "mütəxəssislər" var. Adlarının qarşısına "filosof", "psixoloq", "iqtisadçı" kimi titullar yazırlar. Di gəl ki, bu adamlar bir çox halda ya öz sahələri üzrə danışmırlar, ya da ucundan-qulağından 3-4 cümlə deyib tez keçirlər əsas mövzularına. Əsas mövzularını də bilirsiniz də nədir? Təbii ki, qadınlar.

Qadınların geyimi, qadınların danışığı, qadınların tərbiyəsi, qadınların evlənmək ya boşanmaq istəyi, qadınların işləməsi ya evdə oturması... Sanki başqa mövzu yoxdur.

Bu adamlar daha çox məhəllədə bir divara söykənib “astav” siqaret çəkən qaqaşların ritorikasında danışırlar. Nə yalan deyim, yaxşı da tutuzdururlar. Belə deyək, qaqaşların və qaqaşkimilərin o baaapbalaca diqqət mərkəzinə girə bilirlər. Ora girmək də ki, su içməkdən daha asandır. “Hindiki qızdar çox pozuluplar” deyirsən, olursan filosof ya da psixoloq. Seçimi də sənə buraxırlar. İkisindən birini seçə bilərsən. Konfutsinin hara filosofu olduğunu bilirsənsə, məsləhətdir ki, bundan sonra çıxışlarını “filosof” kimi edəsən.

Konfutsi demişkən...

Filosof olduğunu iddia edən Müşfiq Şükürovun fəlsəfi mühakimələri 5-ci sinif məntiqindən uzağa getmir. "Qadın ana olmalıdır", "Qadın tərbiyəli olmalıdır", "Qadın ərinin sözünə qulaq asmalıdır" kimi fikirləri özü üçün aksioma hesab edir. Hara getsə, nədən danışsa, mütləq qadına bağlayır.

İqtisadçı Fərhad Pərvizi isə sanki iqtisadiyyatı unudub. Dünya bazarında neft qiymətlərini yox, qadının ərə getmə yaşını təhlil edir. Ən pis cəhəti də budur: bu adamlar özlərini "mütəxəssis" kimi təqdim etdikləri üçün danışdıqları zərərli fikirlər ictimai təsir doğurur. Onlar təkcə özlərini biabır etmirlər, eyni zamanda, bütöv bir nəslin beynini yuyurlar.

Psixoloq Nizami Orucovun isə psixologiya ilə əlaqəsi sadəcə lüğət səviyyəsindədir. O, insan psixologiyasını anlamaqdan çox, qadının əri üçün necə davranmalı olduğunu izah etməklə məşğuldur. Müalicə etmək əvəzinə, hökm verir.

Ən gülməlisi odur ki, bu adamların hər biri öz təcrübələrinə əsaslanır. Hərə gördüyü bir-iki qadının davranışına baxıb cəmiyyətin qadın modeli haqqında hökmlər verir.

Məsələn, biri deyir:

"Bugünkü qadınlar artıq səbirli deyil".

Haradan bilir? Həyatında neçə qadın tanıyıb ki, bu cür ümumi nəticəyə gəlir?

Digəri deyir:

"Qadınlarımız artıq evliliyə dəyər vermirlər".

Bunu hansı riyazi model, hansı sosial tədqiqat sübut edir? Yoxdur! Varsa da, bizə məlum deyil. Özləri üçün siyahı tərtib eləyiblər, yatanda oxuyub yastıqlarının altına qoyurlar, səhər durub təzədən oxuyurlar. İstəyirlər ki, biz də oxuyaq və onların dedikləri kimi yaşayaq. Məsələn, deyək ki, "qadınlar azı 5 uşaq doğmalıdır".

Bu, sadəcə savadsızlıq deyil, həm də intellektual məsuliyyətsizlikdir. Elm adamı özünü və fikirlərini yoxlamalı, qarşı tərəfə hörmətlə yanaşmalıdır. Amma bunlar qadını yalnız ya tənqid edəcək obyekt, ya da "tərbiyələndirməli" subyekt kimi görür. Nəticə? İctimai zəhərlənmə. Cəmiyyətin qadına baxışı dardırsa, bunun səbəbkarları həm də bu adamlardır. Çünki bu adamlar cəmiyyətə “intellektual”, “filosof”, “psixoloq” və s. kimi sırınır. Adamlar da baxır ki, hə də, adam filosofdu, bir bildiyi var.

Onlar efirə çıxır, bəzən universitet auditoriyalarında danışırlar, sosial şəbəkələrdə viral olurlar. Amma bunlar nə filosofdurlar, nə psixoloq, nə də iqtisadçı. Bunlar sadəcə qadın mövzularından çörəkpulunu qazanan adamlardır.

Əslində, bu adamların qadınla problemi qadını başa düşməməkdən başlayır. Onlar qadının azad seçimindən, sərbəst fikrindən, öz həyatını özü müəyyən etməsindən qorxurlar. Bu qorxu isə özlərinin zəifliyindən, nəzarəti itirmək qorxusundan doğur. Qadını yalnız xidmət göstərən, itaət edən varlıq kimi görməyə öyrəşmiş beyinlər üçün 21-ci əsrin qadını əlbəttə ki, anlaşılmaz və təhlükəli görünür. Bu səbəbdən də onları susdurmaq, "tərbiyələndirmək", "yola gətirmək" üçün bir səlib yürüşünə çıxıblar. Və üzlərinə filosof, psixoloq, iqtisadçı maskası taxıblar.

Niyə bu adamların başqa mövzusu yoxdur? Çünki onlar yalnız qadın haqqında danışmağı bacarırlar. Çünki bu mövzu onları sadə auditoriya qarşısında “maraq dairəsində” saxlayır. Elmdən danışmağa gəldikdə isə susurlar.

Gülməli odur ki, bu kişilər hər gün qadınlar haqqında danışa-danışa, əslində, qadınları yox, özlərini ifşa edirlər. Məsələn, biri deyir: "Qadınlar kişiləri istismar edir". Əslində, bu cümlə onun öz həyatında yaşadığı bir-iki münasibənin nəticəsidir. Bir qadından qarşılıq görməyib və bu təcrübəsini bütöv cəmiyyətə şamil edir. Əgər bu adamlar şəxsi problemlərini psixoloqa yox, efirə daşıyırsa, bu, artıq şəxsi faciənin ictimai problemə çevrilməsi deməkdir.

Bu adamları tənqid edənlər, adətən, şifahi şəkildə edirlər. Ancaq yox, onlar haqqında yazmaq lazımdır, özü də necə lazımdır. Düzdü, onlar yenə də qadından və qadın mövzularından əl çəkməyəcəklər, çünki, dediyim ki, çörəkləri bundan çıxır, ancaq burda məqsəd onları yox, onlara olan münasibəti dəyişməkdir. Səd heyif ki, bu adamları az qala “dahi” hesab eləyənlər də var. Bizdə ən asan şey elə dahi olmaqdır.

Əgər sabah bir qız uşağı, bu adamların dediklərini eşidərək evlənməkdən, işləməkdən, özünü ifadə etməkdən imtina edəcəksə, bu, artıq fərdi fikir yox, sosial bəladır.

Təklif eləyirəm ki, gələcəkdə bu adamlar üçün ayrıca bir televiziya kanalı açılsın. Adı da belə olsun: "Qadın TV: Hər Şey Qadından". Burada günün 24 saatı qadınları necə idarə etməyin yolları danışılacaq, qadınların hansı yaşda evlənməsi, neçə uşaq doğması, hansı rəng paltar geyinməsi, hansı çəkidə olmasının müzakirəsi aparılacaq. Beləcə, bu "mütəxəssislər" öz aralarında o qədər danışacaqlar ki, bir gün ya susacaqlar, ya da nəhayət, başa düşəcəklər: qadın həyatın bir hissəsidir, amma həyat təkcə qadınlardan ibarət deyil.

Filosof olmaq qadın tənqidçisi olmaq deyil. Psixoloq olmaq qadına hökm etmək deyil. İqtisadçı olmaq qadınların sosial rolunu müəyyənləşdirmək deyil. Əgər bu adamların tək müzakirə mövzusu qadınlardırsa, o zaman onların vəzifələrini dəyişmək lazımdır. Məsələn, qadınşünas.

Və bir gün gələcək, bu cür adamlara güləcəyik. Amma bu gülüşdən əvvəl onların susmasına, cəmiyyətin onları ifşa etməsinə ehtiyac var.

Məşhur aktyor həbs oluna bilər Rusbaşların menyusunu yox, başını dəyişmək lazımdır "Sən kimsən ki..." - Səidə Quliyevanın ölüm xəbərini kim yayıb?
Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:317
embedMənbə:https://kulis.az
archiveBu xəbər 18 İyul 2025 11:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri