Icma.az
close
up
RU
“Çoxsaylı oyuncaqlarından biri deyiləm!..” Patriarxat nə vaxt qadınlara “öz yerini” göstərməyə başladı?

“Çoxsaylı oyuncaqlarından biri deyiləm!..” Patriarxat nə vaxt qadınlara “öz yerini” göstərməyə başladı?

Kulis.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Kulis.az Gülər Qasımovanın “Sahibim deyilsən” yazısını təqdim edir.

Sahibim deyilsən,
Çoxsaylı oyuncaqlarından biri deyiləm!
Sahibim deyilsən,
Elə bilmə, başqa oğlanlarla gedə bilmərəm.

1963-cü ilin dekabrında 17 yaşlı Lesli Qor qadın bədəninin obyektləşdirilməsinə açıq şəkildə qarşı çıxır, sadəcə sevgi münasibətində deyil, ümumiyyətlə, həyatda “mülkiyyət” münasibətini rədd edirdi.

Gəncəm və gənc olmağı sevirəm,
Azadam və azad olmağı sevirəm,
Həyatımı istədiyim kimi yaşamağı,
İstədiyimi deməyi və etməyi sevirəm…

Bu, gənc bir qadının azadlıq manifesti idi. Qor sonralar müsahibələrindən birində qeyd edirdi ki, bu mahnı qadına yalnız qadın kimi yox, həm də insan kimi baxılmasından bəhs edir.

Elə həmin il ilk qadın kosmonavt Valentina Tereşkovanın fəzaya uçuşu baş tutdu. Həmin illərdə heykəltəraş Fuad Əbdürrəhmanov da Cəfər Cabbarlının “Sevil” pyesindən ilhamlanaraq “Azad qadın” heykəlini ucaltdı.

Bəs bu dövrü yeni feminizm dalğası üçün bu qədər əlamətdar edən nə idi? Niyə İkinci Dünya müharibəsindən sonra qadınların rolu dünyada görünməmiş şəkildə gücləndi?

Qadınlar tarix boyu “müharibə kişi işidir” eşidərək böyümüşdülər; müharibəyə gedən kişi sədaqətlə gözlənilməli idi. Geri qayıtdıqda qadın onu qeyd-şərtsiz itaətlə qarşılamalı idi. Lakin ard-arda baş verən iki dünya müharibəsi gender rollarına da zərbə vurdu.

Kişilər yalnız cəbhədə vuruşmur, həm də kütləvi şəkildə ölür, sayca azalırdılar. Sovet dövrü propaqandası kişi gücü və onu qidalandıran "ana-həyat yoldaşı" idealını yayarkən çətinliyə düşmüş, qadınların kişilərin işlərini görməsinə ehtiyac yaranmışdı.

Simona de Bovuara görə, müharibə qadınları kişi dünyasından ayıran divarları yıxdı. Ərlərindən ayrı qalmaq, yalnız sağ qalmaq və məhsul istehsalı üçün yaşamaq qadınları yalnız həyat yoldaşı və ana olmaq rolundan çıxardı. Çoxları öz həyatını qazanmağın, lazımlı olmağın, iqtisadi azad olmağın qürurunu kəşf etdilər. Onlar artıq azadlığın dadına baxmışdılar. Bilirdilər ki, kişilərlə eyni işləri görməyə qabildirlər (Simona de Bovuar, “İkinci cins” 1949).

Tarixçi Vendi Z. Qoldman qeyd edir ki, belə vəziyyətdə Sovet hakimiyyətinin qadınlara müraciət etməkdən başqa çarəsi qalmırdı. Milyonlarla ölü və şikəst kişinin olduğu şəraitdə qadın əməyi təkcə müvəqqəti çıxış yolu deyil, həyatda qalmağın yeganə dayağına çevrilirdi (Vendi Z. Qoldman, “Qadınlar qapıda”, 2002, s. 207).

Hətta İkinci Dünya müharibəsi illərində “ideal həyat yoldaşı” anlayışını və kişiyə tam itaəti təbliğ edən nasist Almaniyasında belə vəziyyət dəyişmişdi. Bir vaxtların məğrur əsgər xanımları ya dul qalmış, ya da məğlub ər taleyi ilə barışmaq məcburiyyətində idilər.

Sovet dövründə də sanki de-fakto matriarxat yaranmışdı: qadınlar əkin-biçinlə məşğul olur, kollektivləri və evləri idarə edir, kişilərin yoxluğunda uşaqların və yaşlıların qayğısına qalır, o cümlədən orduya, əsgərlərə yardım göndərirdilər. Azərbaycanda həmin dövrdə qadın fəallığının gücləndiyini görürük. “Tütək səsi”, “Telefonçu qız”, “Alma-almaya bənzər” kimi filmlərdə qadın obrazları daha müstəqil danışır, traktor sürür, çöldə işləyirdilər. Qadınlar dövlət qanunları və təzyiqi ilə deyil, kişilərdən qalan boşluğu doldurmaq zərurətindən həkim, mühəndis, kollektiv rəhbəri olmuşdular.

Yerini tanı

…Və mənə nə edəcəyimi demə
Mənə nə danışacağımı demə
Xahiş edirəm, birgə harasa gedəndə
Məni heç kəsə nümayiş etdirmə.

Dünya İkinci Dünya Müharibəsindən yenicə özünə gəlmişdi ki, patriarxat qadınlara “öz yerini” göstərməyə başladı. Müharibədən sonra bütün dünyada qadının müharibə zamanı göstərdiyi rolun müvəqqəti olduğu, yenidən evdarlığa qayıtmalı olduğu təbliğat dalğası başlandı.

Xüsusilə də müharibənin özündə iştirak etmiş əsgər, qadın snayperlər üçün vəziyyət daha da acınacaqlı idi.

2015-ci il ədəbiyyat üzrə Nobel laureatı Svetlana Aleksieviç “Müharibənin qadın olmayan üzü” adlı, Sovet dövrü qadın müharibə veteranlarının müsahibələrindən ibarət kitabında qadınların müharibədəki qəhrəmanlıq rolunun sistematik olaraq yaddaşlardan silindiyindən, üzləşdikləri təhqirlərdən danışır. Yüksək vəzifə və peşələrdə qadınların sayı azaldılırdı (Svetlana Aleksieviç, “Müharibənin qadın olmayan üzü”).

Sanki patriarxat yenidən məhrum olduğu üstünlükləri geri qaytarmağa çalışır, onları ərə itaətkar, evdar qadın roluna qaytarmağa cəhd edirdi.

Dəmiryolçular Birliyinin 1950-ci il hesabatında qadın işçi Vinoqradovanın belə bir ifadəsi yer alır: “Hər dəfə həmkarlar və rəsmilər qarşısında qadınların nəqliyyatda işə düzəlməsi ilə bağlı məsələ qaldıranda onlar qadın istəmədiklərini deyirlər. Biz kişilərlə bu sahədə eyni bacarıqlara malikik və işləyə bilərik. Bu, onu göstərir ki, hələ də biz köhnə həyat stili ilə yaşayırıq və kişilərin qadınları istismarı dövrü bitməyib” (Vendi Z. Qoldman, “Qadınlar qapıda”, 2002, s. 207).

Azadlığın dadı

Hanna Arendtin “İnsani vəziyyət” əsərində yazdığı kimi, azadlıq ancaq başqaları ilə birlikdə, ictimai sferada hərəkət edərək formalaşır. Əmək yaşamaq üçündürsə, iş istehsal üçündür. Hərəkət isə reallığın formalaşdırdığı ən ali ifadə formasıdır. (Hanna Arendt, “İnsani vəziyyət”) Müharibə illərində qadınların kolxozlarda, neft mədənlərində, uçuş məktəblərində görünməsi onların yalnız iqtisadi yox, həm də ictimai mövqeyini gücləndirdi.

Arendtin fikrincə, bir insan ictimai aləmdə hərəkət edərək öz izini qoyduqdan sonra onu bu varlıq halından məhrum etmək mümkün deyil. Elə buna görə də müharibə dövründə qadınların qazandığı mövqe, patriarxatın bütün təbliğatına baxmayaraq, tarixdən silinmədi.

Valentina Tereşkovanın 1963-cü ildə kosmosa qalxdığı gün, yer üzündə minlərlə Azərbaycan qadını kolxoz tarlalarında, Bakı neft mədənlərində və uçuş məktəblərində öz seçdikləri azadlıqları yaşayırdılar. Tereşkovanın “Vostok-6” kapsulu ulduzlara doğru yüksələrkən, həm də Yerdə qadınların inqilabı baş verirdi.

Azərbaycanda müharibəyə — ikisi Sovet İttifaqı Qəhrəmanı adına layiq görülən, yüzlərlə desantçı, 4 min paraşütçü hazırlayan — Leyla Məmmədbəyova kimi qadınlar müharibədən sonra belə uçuş məktəblərində təlim keçirdilər.

Onlar üçün “Sahibim deyilsən” sadəcə mahnı sözləri deyil, həyat manifesti idi: “Mənə nə edəcəyimi demə / Mənə nə danışacağımı demə...”

Bu sözlər əslində 1940-cı illərdə traktor sürən, 1960-cı illərdə isə kosmos üçün raket dizayn edən qadınların manifesti kimi Fuad Əbdürrəhmanovun “Azad qadın” heykəlinə kök salmışdı…

Urartu dövrünə aid qədim məbədlər aşkarlandı Danimarka mütaliə böhranına görə vergini ləğv edir Bəşərin dil ağacının şah budağı dilim mənim!.. - Günün şeiri
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:85
embedMənbə:https://kulis.az
archiveBu xəbər 27 Avqust 2025 12:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri