Icma.az
close
up
RU
Menu

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

A Seriyası: 19 illik rekord təkrarlandı

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

Uşaqda insultu necə tanımalı?

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

Səhiyyə Nazirliyində yeni təyinat

5 dövlət şirkəti ləğv olundu QƏRAR

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

“Cürdək”, “hörünc”, “ismarıc” Unudulan sözlər geri dönür? AÇIQLAMA

“Cürdək”, “hörünc”, “ismarıc” Unudulan sözlər geri dönür? AÇIQLAMA

Icma.az, Modern.az saytına istinadən bildirir.

Son dövrlər sosial şəbəkələrdə bəzi gündəlik sözlərin yəni, daha çox milli, dialekt əsaslı formalarının təbliğ edildiyi müşahidə olunur. Məsələn, “cürdək”, “yağmurluq”, “qoşqac”, “hörünc”, “yalınayaq” sözlərinin istifadəsinin daha düzgün olduğu iddia edilir. Bu tendensiya cəmiyyət tərəfindən maraqla qarşılanmaqla yanaşı, eləcə də bir sıra müzakirələrə səbəb olur.

Modern.az adıçəkilən sözlərin ümumişləklik səviyyəsini nəzərə alaraq məsələyə aydınlıq gətirmək üçün AMEA Nəsimi adına Dilçilik İnstitutunun baş direktoru, professor Nadir Məmmədli ilə əlaqə saxlayıb.

Professor qeyd edib ki, dilçilikdə belə bir sistem mövcuddur: yeni sözlərin dilə daxil olması təkcə onların kiminsə tərəfindən yaradılması ilə deyil, həm də işləkliyə malik olub-olmaması ilə bağlıdır.

"Hazırda biz Orfoqrafiya lüğəti üzərində işləyirik və burada əsas meyarlardan biri də budur – əgər yeni sözlər cəmiyyət tərəfindən qəbul edilərsə, onlar lüğətə daxil ola bilər. Məsələn, “sayrışmaq” və digər bunun kimi sözlər yaradılıb və artıq müəyyən istifadə dairəsi qazanıb. Amma bu proses inzibati yolla – nə qanunla, nə sərəncamla tənzimlənə bilməz". 

O bildirib ki, əslində bu gün təklif olunan bir çox alternativ ifadələr bizim öz dilimizin içindən gələn sözlərdir:

"Məsələn, “cürdək” sözü tarixi baxımdan Azərbaycan dilində mövcud olub və indi də bəzi bölgələrdə istifadə edilir. Bu söz butulka formasına uyğun olaraq, “ağzı incə su qabı” mənasında deyilir və bu da tamamilə məqbul və funksional qarşılıqdır. Hətta deyə bilərik ki, bu tip sözlərə yanaşmada dialektoloji lüğətlərə də müraciət olunmalıdır. Çünki müxtəlif bölgələrdə işlənən, amma unudulmuş və ya ümumişlək olmayan sözlər içərisində ədəbi dil üçün potensial daşıyan çoxlu ifadələr var.

Məsələn, “mesaj” sözünün əvəzinə bizim dilimizdə “ismarıc” kimi tam qarşılığı olan söz var. Bu kimi sözləri üzə çıxarmaq lazımdır. Beləliklə, süni və yad görünən yeni sözlər düzəltməkdənsə, dilin daxili imkanlarını – xüsusən də dialektlərini araşdırmaq daha faydalıdır. Çünki dialektlər hər zaman ədəbi dilin zənginləşməsi üçün baza rolu oynayıb".

N.Məmmədli eyni zamanda vurğulayıb ki, bu isə o demək deyil ki, bütün dialekt sözlərini sorğusuz-sualsız ədəbi dilə daxil etmək lazımdır:

"Burada müəyyən dilçilik qanunauyğunluqları var. Azərbaycan dilində dialektlərlə bağlı dörd əsas sistem mövcuddur və əgər bir söz bu sistemlərin üçünə uyğun gəlirsə, onun ədəbi dilə keçidi mümkündür. Məsələn, "Qərbi" sözü vaxtilə ümumişlək deyildi, lakin Qərbi Azərbaycan məsələsi gündəmə gəldikdən sonra geniş yayıldı. Eyni şəkildə “Qənbər” sözü əvvəlcə Bakı dialektində daha çox istifadə olunurdu, lakin indi həm ad, həm soyad kimi cəmiyyət tərəfindən qəbul olunub".

Professor onu da əlavə edib ki, bütün bunlar göstərir ki, bizdə bu proses bir qədər ləng getsə də, yeni sözlərin əksəriyyəti dialekt bazasında formalaşır:

"Bu da sübut edir ki, dialektlər ədəbi dilin əsas qaynaqlarından biridir və bundan sonra da belə olacaq. Ona görə də bu potensialdan faydalanmaq və düzgün istifadə etmək vacibdir",- deyə N.Məmmədli bildirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:154
embedMənbə:https://modern.az
archiveBu xəbər 04 Sentyabr 2025 18:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see505

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see477

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see286

Mərkəzi Gömrük Hospitalında qadın sağlamlığı sahəsində yeni əməkdaşlıq imkanları müzakirə olunub

29 Oktyabr 2026 10:33see267

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see260

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see259

İnfeksiyaya nəzarət tədbirləri xüsusi diqqət mərkəzindədir

29 Oktyabr 2026 12:05see250

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see248

Sahibkarların iştirakı ilə “44” bədii filminin xüsusi nümayişi keçirildi FOTOLAR

29 Oktyabr 2026 15:36see247

Qadınların kişilərdən az maaş almasının səbəbi budur AÇIQLAMA

29 Oktyabr 2026 15:36see243

Mədinə Gülgünün ölməz misraları səhnədə yenidən canlandı 100 illik yubiley gecəsi (Foto)

29 Oktyabr 2026 22:41see238

Uşaqda insultu necə tanımalı?

29 Oktyabr 2026 17:48see226

MİDA bu obyektlərini hərraca çıxarır: Qiymətlər 1 milyon manatdan başlayır

29 Oktyabr 2026 20:15see225

2026 cı ildə səhiyyəyə 2 milyard manat ayrılacaq

29 Oktyabr 2026 18:21see224

“Tamstore” müştəriləri aldatdığına görə ən çox cərimələnən şəbəkə olub

29 Oktyabr 2026 15:28see216

QARDAŞLIQ MÜNASİBƏTLƏRİ BELƏ QORUNUR... Bakı və Ankara arasında qarşılıqlı anlayışın diplomatik nümunələri

29 Oktyabr 2026 19:38see214

Maşın ailə büdcəsindən nə qədər pul aparır? Avtomobilin bilinməyən XƏRCLƏRİ

29 Oktyabr 2026 21:42see203

Səhiyyə Nazirliyində yeni təyinat

29 Oktyabr 2026 12:25see200

5 dövlət şirkəti ləğv olundu QƏRAR

29 Oktyabr 2026 22:21see197

Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın

29 Oktyabr 2026 21:36see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri