D 8 Azərbaycanın təşkilatın inkişafına fəal töhfə verəcəyinə ümid edir
Icma.az xəbər verir, Missiya.az saytına əsaslanaraq.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv dövlətlər arasında ticarət, nəqliyyat, enerji, turizm, kənd təsərrüfatı və gənclər siyasəti də daxil olmaqla strateji əhəmiyyətli sahələrdə əməkdaşlığın inkişafına mühüm töhfə verəcəyinə əminliyini ifadə edir.
Missiya.Az xəbər verir ki, bu barədə D-8-in “X” sosial şəbəkəsindəki hesabında təşkilatın baş katibi İsiak Əbdülqadir İmamla Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov arasında keçirilən görüşün yekunlarına dair paylaşım edilib.
Qeyd olunub ki, görüşdə XİN başçısı bir daha təsdiqləyib ki, Azərbaycan D-8-in məqsədlərinə nail olması üçün işinə töhfə verməyə sadiqdir.
"Nazir enerji, iqlim, nəqliyyat, gənclər və KİV sektorlarında dərhal həyata keçirilə biləcək bir neçə mühüm istiqamət müəyyən edib. D-8 ailəsinə yeni üzvün qəbulu ümidverici başlanğıcdır", - məlumatda qeyd edilib.
Following the Meeting with H.E. President Ilham Aliyev of Azerbaijan, the @D8SecGen, Ambassador Isiaka Abdulqadir Imam met with H.E. Jeyhun Bayramov, @Bayramov_Jeyhun, the Minister of Foreign Affairs of Azerbaijan, at an Iftar Dinner hosted by the Minister last night (4-Mar). The… pic.twitter.com/uDXd2B48qU
— Developing-8 (D-8) (@D8org) March 5, 2025
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:137
Bu xəbər 05 Mart 2025 10:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















