Baş katib: Azərbaycanın D 8 təşkilatında iştirakı qurumun inkişaf etməsinə töhfə verəcək
Apa.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının Baş katibi İsiaka Abdulqadir İmam Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi təbrik edib.
APA-nın xəbərinə görə, təbrikdə deyilir:
“Azərbaycanın Müstəqillik Gününün ildönümü münasibətilə Zati-alinizə, Azərbaycan Respublikasının Hökumətinə və xalqına D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının adından və öz adımdan ən səmimi təbriklərimi çatdırıram.
Azərbaycan, şübhəsiz ki, Zati-alinizin müdrik rəhbərliyi ilə sosial-iqtisadi inkişaf istiqamətində möhtəşəm uğurlar əldə edib və bununla da həm regional, həm də qlobal məsələlərdə rolunu daha da artırıb.
D-8 ailəsinin ən yeni üzvü kimi Azərbaycan təşkilatımıza özü ilə zəngin təcrübə, dinamizm və inkişaf etməkdə olan ölkələr arasında əməkdaşlığa möhkəm sadiqlik gətirib. Biz Azərbaycanın çoxtərəfliliyə və inklüziv inkişafa davamlı dəstəyini yüksək qiymətləndiririk. Əminəm ki, Azərbaycanın D-8 təşkilatında fəal iştirakı qarşılıqlı fayda naminə qurumun daha da inkişaf etməsinə mühüm töhfə verəcək.
Möhtərəm Prezident, Sizi Müstəqillik Gününüzün ildönümü münasibətilə bir daha təbrik edir, Azərbaycan Respublikasına qarşıdakı illərdə davamlı sülh, tərəqqi, birlik və sabitlik arzulayıram.
Zati-aliləri, Sizə olan ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 30 May 2025 19:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















