Icma.az
close
up
RU
D 8 üzrə komissar: Azərbaycanın üzvlüyü ilə biz artıq daha güclüyük

D 8 üzrə komissar: Azərbaycanın üzvlüyü ilə biz artıq daha güclüyük

Icma.az, Apa.az portalına istinadən məlumat yayır.

30 ildir D-8 müxtəlif coğrafiyalardan olan üzv dövlətləri iqtisadi əməkdaşlıq, həmrəylik və dayanıqlı inkişaf kimi ortaq ideallar ətrafında birləşdirən unikal platforma kimi fəaliyyət göstərir.

APA-Economics” xəbər verir ki, bunu “D-8 Yüksək Səviyyəli İqlim və Şəhər Dialoqu” tədbirində Türkiyənin D-8 üzrə komissarı Aylin Sekizkök deyib.

O qeyd edib ki, Azərbaycanın D-8-ə qoşulması ilə təşkilat qlobal mühitin sürətlə dəyişdiyi dövrdə öz aktuallığını bir daha təsdiq edib: “Azərbaycana D-8-dəki güclü fəallığına, eləcə də uğurla təşkil etdiyi D-8 Həftəsi tədbirinə görə xüsusi təşəkkürümü bildirmək istərdim. Bu tədbir Azərbaycanın təşkilata verdiyi əlavə dəyəri və fəal öhdəliyini nümayiş etdirməklə yanaşı, D-8-in yenilənmiş ruhunu da simvolizə edir”.

Sekizkök bildirib ki, D-8-in əsas missiyası üzv dövlətlərdə dayanıqlı, inklüziv və innovativ inkişafı təşviq etməkdir: “Lakin biz qəbul edirik ki, təşkilat müxtəlif sahələrdə konkret irəliləyişlərə nail olsa da, şəhərsalma və iqlim dəyişikliyi sahəsində kifayət qədər addımlar ata bilməyib. Bu sahələrdə D-8 hələ ki layiq olduğu səviyyəyə çatmayıb.

Azərbaycanın təşkilata qoşulması ilə biz artıq daha güclü bir D-8 olaraq bu istiqamətlərdə konkret və qətiyyətli addımlar atmaq imkanına sahibik. Bu baxımdan, Azərbaycanın keçən il uğurla ev sahibliyi etdiyi COP29-dan sonra bu mühüm tədbirə də ev sahibliyi etməsi xüsusi əhəmiyyət kəsb edir. Biz inanırıq ki, COP29-da əldə olunan nəticələr inklüziv, dayanıqlı və iqlimədavamlı şəhər gələcəklərini birgə təşviq etmək imkanlarımızı daha da artıracaq”.

O qeyd edib ki, Azərbaycan artıq D-8-ə bağlı İqlim və Enerji Mərkəzinə ev sahibliyi etməyi təklif edib və Türkiyə bu təşəbbüsü qətiyyətlə dəstəkləyir: “Qlobal ekoloji çağırışların fonunda gələcəyimizi aydın vizion, güclü siyasət və qətiyyətli tədbirlərlə qorumaq məsuliyyətini hamımız bölüşürük.

Buna görə də, hazırkı onillik yol xəritəsi başa çatdıqdan sonra formalaşdırılacaq yeni onillik yol xəritəsində iqlim dəyişikliyi və şəhərsalma ayrıca və prioritet sahə kimi nəzərdə tutulacaq. Biz inanırıq ki, bu səylərin D8-in məqsədləri ilə uzlaşdırılması yalnız ortaq dayanıqlığımızı gücləndirməyəcək, həm də təşkilatımızın inklüziv və dayanıqlı gələcəyin formalaşdırılmasında müasir və qabaqcıl platforma olaraq qalmasını təmin edəcək”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:100
embedMənbə:https://apa.az
archiveBu xəbər 17 Oktyabr 2025 17:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri