Icma.az
close
up
RU
Dağıdıcı qlobal savaş tezliklə başlayacaq: Avropada əhaliyə niyə üç günlük ərzaq ehtiyatı və nəğd para təlimatı verildi

Dağıdıcı qlobal savaş tezliklə başlayacaq: Avropada əhaliyə niyə üç günlük ərzaq ehtiyatı və nəğd para təlimatı verildi

Icma.az, Olke.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

NATO ölkələri Ukrayna savaşının ardınca, onun necə nəticələnməsindən asılı olmayaraq, Rusiya ilə müharibənin qaçılmaz xarakter daşıdığı qənaətinə gəliblər... Hazırda xüsusilə də, NATO üzvü olan Avropa ölkələri böyük sürətlə savaşa hazırlaşırlar, əhali arasında müharibə təbliğatı aparılır, Rusiyanın qlobal savaş potensialının mövcudluğu etiraf olunur...

 Ölkə.az "Yeni Müsavat"a istinadən bildirir ki, dünyada qlobal qarşıdurma dərinləşməkdə davam edir. Belə ki, Ukrayna savaşı ətrafında yaranmış vəziyyət hələlik qlobal müharibəsi ilə bağlı mövcud təhlükəni aktual saxlayır. Üstəlik, qlobal qüvvələr nisbəti qarşıduran tərəflərdən heç birisinə mütləq üstünlüyü təmin etmir. Hər halda, qarşıduran tərəflərdən heç birisi qalib gələcəyinə tam əmin deyil. Və belə vəziyyət hər iki tərəfi maksimum səviyyədə hərbi-siyasi gərginliyə məhkum buraxır.

Onu da qeyd etmək lazımdır ki, son vaxtlara qədər Qərb siyasi dairələri üçün Rusiyanın Ukrayna savaşında öz hərbi potensialını böyük ölçüdə xərclədiyi barədə qənaətlər daha ön plandaydı. Belə hesab olunurdu ki, Rusiya bir neçə illik "savaş bataqlığı"nda ciddi şəkildə zəifləyib. Bu baxımdan, indi Kremlə Qərbin əsas hərbi-siyasi narrativlərini diqtə etmək mümkündür. Və Rusiya istəməsə belə, həmin narrativlərlə barışmaq məcburiyyətində qala bilər.

Ancaq bu qənaətlərə alternativ iddialar da mövcuddur. Belə ki, Qərbdə Rusiyanın savaş potensialı barədə yanlış təsəvvürlərin yaradıldığını düşünənlər də olmamış deyil. Onların fikrincə, Rusiya ilə bağlı yanlış təsəvvürlər yaxın gələcəkdə kollektiv Qərb üçün faciəvi nəticələr də doğura bilər. Bunun baş verməməsi üçün isə ilk növbədə Rusiya barədə qənaətlərin daha dəqiq məlumatlar üzərindən formalaşdırılması olduqca vacibdir. Və bu, kollektiv Qərbi yanlış qərarlardan yayındıra bilər.

Maraqlıdır ki, ABŞ kəşfiyyatının adının çəkilməsini istəməyən keçmiş peşəkar əməkdaşı da Qərb siyasi dairələrini məyus edə biləcək iddialarla çıxış edib. Onun fikrincə, Qərbdə Rusiyanın hərbi potensialı barədə reallıqdan uzaq dəyərləndirmələr mövcuddur. ABŞ kəşfiyyatçısı iddia edir ki, Ukrayna savaşı Rusiyanı düşünüldüyü kimi zəiflətməyib: "Rusiya Ukrayna ilə savaşda öz hərbi potensialının çox az bir hissəsindən istifadə edib. Əgər, Rusiya bütün potensialını işə salsa, Ukraynanı ən uzağı bir ay ərzində tamamilə işğal edə bilər. Ona görə də, Qərb dövlətləri Rusiya ilə bağlı atdıqları addımlarda daha ehtiyatlı davranmağa çalışmalıdırlar".

Göründüyü kimi, Rusiya ilə bağlı qənaətlər kifayət qədər ziddiyyətli xarakter daşıyır. Digər tərəfdən, Kreml təmsilçiləri də hər imkanda kollektiv Qərbi Rusiyanın hərbi potensialı ilə təhdid etməyə çalışır. Prezident Vladimir Putin hətta Rusiya ordusunun döyüş hazırlığı baxımından, hazırda dünyada ən yüksək səviyyədə olduğunu iddia edib. Kreml sahibi vurğulayıb ki, Rusiyanın bütün tarixi ərazilərini bərpa etmək üçün kifayət qədər hərbi gücü və vasitələri var. Və bu, Ukraynaya dəstək verən Qərb ölkələrinə yönəlik açıq təhdiddir.

Məsələ ondadır ki, prezident Vladimir Putin dolayısı ilə Rusiyanın öz qlobal düşmənlərinə qarşı daha genişmiqyaslı müharibəyə tab gətirə biləcəyini qabartmağa çalışır. Belə anlaşılır ki, Kreml sahibi Qərb dövlətlərinə qlobal savaş başlayacağı təqdirdə, Rusiya ordusunun qalib gələcəyinə əmin olduğu barədə mesaj verir. Üstəlik, Rusiyanın tarixi ərazilərini bərpa etmək gücündən danışarkən, ilk növbədə Qərb dövlətlərinin dəstəklədiyi Ukraynanı işğal etmə potensialına eyham vurmuş olur. Və bu, müəyyən mənada, Kremlin Qərb dövlətlərini nə vaxtsa, Rusiya ilə qlobal savaşa yol aça biləcək addımların atılmasından çəkindirmək cəhdi kimi də qəbul oluna bilər.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampla istənilən vaxt görüşüb, müzakirələr aparmağa hazır olduğunu vurğulayan Kreml sahibi Rusiyanın üzləşdiyi qəliz situasiyanı da gündəmə gətirməyi unutmur. Belə ki, prezident Vladimir Putin Rusiya ilə demək olar ki, bütün NATO ölkələrinin müharibə apardığını iddia edib. Yəni, Kreml sahibi dolayısı ilə demək istəyir ki, Rusiya bütün qlobal düşmənlərinin öhdəsindən gələ biləcək gücə malikdir. Və bununla da NATO ölkələrini dolayısı təhdidlərlə qorxutmağa çalışır.

Əslində, prezident Vladimir Putin Rusiyanın NATO ilə birbaşa savaş ehtimalını istisna etmədiyini də qətiyyən göstərmir. Belə ki, bir müddət öncə Kreml sahibi NATO ölkələrinin Rusiyanın "qırmızı cizgilər"inə kobud müdaxilə etdiyini vurğulamışdı. Eyni zamanda, onu da bildirmişdi ki, Kteml bütün bunlara uzun müddət müşahidəçi qala bilməz. Və belə davam edərsə, Rusiya NATO ölkələrinin davranışlarına adekvat reaksiya vermək məcburiyyətində qala bilər.

Təbii ki, bu, Rusiyanın yaxın gələcəkdə NATO ölkələri ilə müharibəyə hazırlaşdığını da dolayısıyla biruzə vermiş olur. Eyni zamanda, Qərb ölkələri də Ukrayna savaşının hər an Rusiya ilə qlobal xarakterli müharibəyə çevrilə biləcəyini istisna etmirlər. Hətta bəzi NATO ölkələri Ukrayna savaşından sonra, onun necə nəticələnməsindən asılı olmayaraq, Rusiya ilə müharibənin qaçılmaz xarakter daşıdığı qənaətinə daha yaxındırlar. Və hazırda xüsusilə də, NATO üzvü olan Avropa ölkələri böyük sürətlə Rusiya ilə savaşa hazırlaşırlar.

Onu da qeyd etmək lazımdır ki, Avropa Birliyi ölkələri qlobal savaşın başlayacağı vaxtın o qədər də uzaq olmadığına əmin görünürlər. Belə ki, hazırda Avropa Birliyi ölkələri öz hərbi potensiallarını artırmaq üçün tələsik addımlar atmağa başlayıblar. Avropa ölkələri hərbi büdcələrin bir neçə dəfə artırılması barədə qərar qəbul ediblər. Silah-sursat və hərbi texnika istehsalı sürətləndirilib. Və bu, Avropa məkanında savaş əhval-ruhiyyəsinin ön planda olduğunu göstərir.

Digər tərəfdən, Avropa Birliyi ölkələri Rusiyanı əsas düşmən kimi göstərməklə, öz vətəndaşları arasında müharibə təbliğatını da başlayıblar. Belə ki, Almaniya hökuməti ölkə vətəndaşlarını hər ailə üçün üç günlük ərzaq ehtiyatının mütləq yığılmasına çağırıb. Rəsmi Berlin xəbərdarlıq edib ki, Almaniya vətəndaşlarının tezliklə buna ehtiyacı ola bilər. Hollandiya hökuməti isə ölkə vətəndaşlarına evlərində nəğd pul saxlamağı məsləhət görüb. Və bu, Qərbdə savaş təhlükəsinin olduqca ciddi narahatlıq yaratdığını göstərir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Dekabr 2024 23:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see291

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see193

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see175

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see162

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see153

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see146

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see141

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see140

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see139

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see136

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see136

Hökumə Əliyevaya həsr edilən film yenə təxirə düşdü SƏBƏB

24 Dekabr 2025 12:09see134

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see133

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see131

10 dəqiqəyə hazır: Ən sadə tava börəyi resepti

24 Dekabr 2025 07:15see129

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri