Icma.az
close
up
RU
Daha bir əfsanə karyerasını başa vurdu

Daha bir əfsanə karyerasını başa vurdu

22 qat “Böyük Dəbilqə” çempionu, ispaniyalı tennisçi Rafael Nadal karyerasını başa vurub.

Globalinfo.az Axar.az-a istinadən xəbər verir ki, hələ oktyabrın 10-da Nadal “Devis Kuboku-2024″ün final mərhələsi oyunlarından sonra karyerasını başa vuracağını açıqlamışdı.

Son görüşündə Botik van de Zandşulpa 1/4 finalda 0:2 (4:6, 4:6) hesabı ilə məğlub olan Rafael Nadal daha sonra karyerasını başa vurduğunu bildirib.

“İş bu nöqtəyə çatanda heç kimin xoşuna gəlməyəcək. Tennis oynamaqdan yorulmuram. Lakin bədənim daha tennis oynamaq istəmir”, – deyə R.Nadal bildirib.

Qeyd edək ki, Nadal karyerası ərzində “Böyük Dəbilqə” turnirlərindən iki dəfə Uimbldon və Avstraliya Açıq (Melburn) turnirinin, dörd dəfə ABŞ Açıq (Nyu-York) turnirinin və 14 dəfə (mütləq rekord) isə Fransa Açıq (Paris, Rolan Qarros) turnirinin qalibi olub. Ümumilikdə, o, təkbaşına 92 ​​titul qazanıb.

seeBaxış sayı:21
embedMənbə:https://globalinfo.az
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri