Icma.az
close
up
RU
Menu

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

2027 ci ildən Bakıya köç daha da artacaq?

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

Dişlər yaddaş kartımızdır?

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

Daha çox pul qazanmaq üçün nə etmək lazımdır? TƏKLİFLƏR

Daha çox pul qazanmaq üçün nə etmək lazımdır? TƏKLİFLƏR

Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.

Sərmayə üçün pulları necə yerləşdirmək lazımdır? Bir çox investorlar bazarı hər gün izləmək və aktivlərini tez-tez satıb almaq əvəzinə, uzun müddətə sərmayə qoymağı üstün tuturlar. Bu, bir neçə ildən onilliklərə qədər davam edə bilər. Belə investisiyalar gəlir gətirməyə daha uzun zaman tələb edir, amma sonradan yaxşı nəticə verə bilər. İnvestorlar sərmayələrini nə qədər müddət saxlayacaqlarına görə fərqli strategiyalar seçirlər.

Qısamüddətli investisiyalar tez gəlir əldə etməyə yönəlib. Bu zaman investorlar bazarı izləyərək sürətlə səhmləri alıb-satırlar. Uzunmüddətli investisiyalarda isə məqsəd aktivləri uzun müddətə alıb saxlamaqdır. Bu bir ildən çox müddət davam edə bilər. Bu cür investisiyalar səbirli olmağı tələb edir, çünki dərhal gəlir əldə etməyə bilərsiniz. Amma doğru seçilmiş aktivlər zamanla çox böyük qazanc gətirə bilər.

İnvestisiya məqsədləri

Əgər məqsədiniz pensiya üçün pul yığmaqdırsa bu zaman ayda nə qədər pul yığmağınız lazım olduğunu müəyyənləşdirməlisiniz. Məsələn, 30 il sonra normal pul götürmək istəyirsinizsə, buna uyğun məbləği əvvəlcədən hesablamaq lazımdır.

Ev və obyekt almaq və ya digər böyük məqsədlər üçün də investisiya etmək mümkündür. Bu halda da hədəf məbləğindən asılı olaraq ilkin sərmayə miqdarı dəyişəcək.

Uzunmüddətli investisiya portfeli yaradarkən səhmlər, istiqrazlar, əmlak və qiymətli metallar kimi müxtəlif aktivlərə investisiya etmək faydalıdır. Aktivlərin şaxələndirilməsi riskləri azaldır və gəliri artırır.

İlk dəfə investisiya etmək istədikdə daha kiçik məbləğlə başlaya bilərsiniz. Məsələn, ayda 100-200 manatla başlamaq olar. Zaman keçdikcə və gəlirləriniz artdıqca daha böyük məbləğlərə keçə bilərsiniz.

Yatırımlarınızı artırmaq üçün hər ay müəyyən bir məbləğ əlavə etməlisiniz. Bu, uzunmüddətli dövrdə daha böyük gəlirlər əldə etməyə kömək edəcək.

Uzunmüddətli investisiyalar üçün aktivlər

Səhmlər: Yüksək gəlir potensialı olsa da səhmlərin qiyməti dəyişkəndir. Böyük və təcrübəli şirkətlərin səhmləri daha sabit olur. Amma bəzən kiçik şirkətlərin səhmləri də daha çox qazanc gətirə bilər. Səhmlər ümumiyyətlə illik 7-10 faiz arasında gəlir gətirir. Əgər siz 10 min manat sərmayə qoysanız və hər il 8 faiz gəlir əldə etsəniz, 10 il sonra bu sərmayə 21589 manata yüksələr. Bu halda sərmayəniz müddətin sonuunda 2 dəfədən çox artacaq.

İstiqrazlar: İstiqrazlar sabit gəlir gətirən aktivlərdir. İnvestorlar bu aktivlərdən daha az risklə faydalana bilərlər. Məsələn, 5 faiz illik gəlir əldə edən istiqrazlarla 10 min manat sərmayə qoysanız, müddətin sonunda gəlirləriniz 16288 manat olacaq. Təxminən 63 faiz artım.

Qızıl və zinyət əşyaları: Qızıl və digər qiymətli metallar bütün dövrlərin ən yaxşı sərmayəsi sayılır. Qızılın illik qiymət artımı təxminən 7 faizdir. Məsələn 15 min manat ilə qızıl alırsınız və illik 7 faiz artım əldə edirsinizsə, 10 ildən sonra qızılın dəyəri 29463 manat olacaq. Bu halda qızılın dəyəri 10 il ərzində iki dəfədən çox artar. Amma son dövrlərin təcrübəsi göstərir ki. Qızıl il ərzində daha çox bahalaşır. Təkcə son bir ildə artım 30 faizdən çox olub.

Əmlak: Əmlak alıb icarəyə vermək də uzunmüddətli sərmayə üçün yaxşı bir seçim ola bilər. Bu, illər ərzində gəlir əldə etməyə imkan verir. Azərbaycanda əmlakın illik qiymət artımı təxminən 7-10 faiz arasındadır. Əgər siz 50 min ilə əmlak alırsınızsa və qiymət ildə 8 faiz artarsa, 10 ildən sonra bu əmlakın qiyməti 107 min 374 manat olacaq.

Uzunmüddətli investisiyaların riskləri

Uzunmüddətli investisiyaların sabit gəlir və yüksək qazanc potensialı olsa da bunların da özünə məxsus riskləri və çatışmazlıqları mövcuddur. Bu riskləri və çatışmazlıqları anlamadan sərmayə qoymaq investorları istənilən vaxt gözlənilməz maliyyə itkiləri ilə qarşılaşdıra bilər.

Uzunmüddətli investisiyalar bir çox hallarda bazar dalğalanmalarından təsirlənir. Məsələn, səhmlər və qiymətli metallar kimi aktivlər bazar dəyişikliklərinə çox həssas ola bilər. Bu aktivlərin qiymətləri, qlobal iqtisadi vəziyyət, siyasi qərarlar, texnoloji dəyişikliklər və təbii fəlakətlərdən təsirlənə bilər.

Ümumi iqtisadi böhranlar, inflyasiya, deflyasiya və ya iqtisadi tənəzzül kimi hallarda uzunmüddətli investisiyaların dəyəri azala bilər. Məsələn, iqtisadi böhran zamanı səhmlərin və əmlakın qiymətləri kəskin şəkildə düşə bilər. Belə hallarda investisiyalarınızın əvvəlki dəyərini bərpa etməsi uzun illər çəkə bilər. Bazarın yenidən yüksəlməsi, bəzən illər çəkə bilər və bu, investorun gözlədiyi gəlirin təxirə salınmasına səbəb olur.

Səhmlərin qiymətləri qısa müddət ərzində əhəmiyyətli şəkildə düşə bilər, bu da investisiya portfelinizin dəyərini azalda bilər. Uzunmüddətli sərmayə qoyan bir investor bu enmələrdən qorunmaq və ya zamanla bərpa olunacağını gözləmək məcburiyyətində qalır. Bazarın yenidən yüksəlməsi, bəzən illər çəkə bilər və bu, investorun gözlədiyi gəlirin təxirə salınmasına səbəb olur.

Likvidlik problemləri

Likvidlik bir aktivin nağd pula çevrilmə sürətini və asanlığını ifadə edir. Bəzi yatırımlarım nağd pula çevrilməsi çətinliklər yaradır.

Əmlakın satılması xüsusilə bazar dalğalanmalarının olduğu dövrlərdə uzun zaman ala bilər. Sərmayə qoyan şəxsin dərhal pula ehtiyacı olduqda onu dəyər dətməzinə satmalı olur ki, bu zaman yataırmından gözlədiyi nəticəni ala bilmir.

Qızıl və digər qiymətli metallar da uzunmüddətli sərmayə növləri kimi yaxşı seçim olsa da, onların likvidliyi bəzən problemlidir. Qızılın qiymətinin artması müəyyən dövrlərdə yaxşı nəticələr verə bilər, lakin onu satmaq müəyyən çətinliklərlə üzləşə bilər.

Uzunmüddətli investisiyalar zamanı inflyasiya real gəliri azaldan ciddi bir faktordur. İnflyasiya, qiymətlərin artması ilə nəticələnir və bu, investorların gəlirlərini əhəmiyyətli dərəcədə azaldar. Məsələn, əgər investisiyanız illik 7 faizlik gəlir gətirirsə və inflyasiya 5 faiz təşkil edirsə, real gəliriniz 2 fazi olacaq.

Uzunmüddətli investisiyaların ən böyük çatışmazlıqlarından biri investorun səbirli olma zərurətidir. Sərmayənin dəyərinin artması çox yavaş olur və investorların gözlədikləri böyük qazanc yalnız bir neçə il sonra baş verir. Bu müddət ərzində investorlar səbirlə gözləməli və bazar şəraitinin dəyişməsini qəbul etməlidirlər.

Bütün qeyd olunanlar nəzərə alınaraq mütəxəssislər vəsaitlərin müxtəlif alətlərə yatırılmasını məsləhət görür. Bu strategiya diversifikasiya adlanır və investorun risklərini əhəmiyyətli dərəcədə azaldır. Diversifikasiya, riskin yeganə bir aktivə və ya sektor üzərində toplanmaması üçün portfelin müxtəlif aktivlərə bölünməsi deməkdir. Bu yanaşma investorların bazarın qeyri-müəyyənliyinə qarşı daha dayanıqlı olmasına kömək edir. /modern.az/

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:252
embedMənbə:https://www.turkustan.az
archiveBu xəbər 29 Noyabr 2024 10:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

PR də strateji planlaşdırma: uğurlu kommunikasiya necə qurulur?

17 Noyabr 2026 09:13see417

Deklan Rays “Arsenal”la beşillik müqavilə barədə razılığa gəldi

17 Noyabr 2026 01:11see340

Uorren Baffet 5,5 milyard dollarlıq səhmlərini xeyriyyə fondlarına bağışlayıb

17 Noyabr 2026 04:19see316

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

17 Noyabr 2026 05:32see311

Xəzər dənizinin Azərbaycan sahillərinin dövlət idarəçiliyi

17 Noyabr 2026 23:52see293

Ayxan Abbasov: “Ən aşağı pilləyə düşmüşdük, indi yavaş yavaş yüksəlməliyik”

17 Noyabr 2026 01:42see289

Qışı sərt keçən rayonlarda qaz və işıq limitləri dəyişəcək? VACİB AÇIQLAMA

17 Noyabr 2026 13:59see285

Mərkəzi Gömrük Hospitalında “Blue Code sisteminin tətbiqi və təkmilləşdirilməsi” mövzusunda maarifləndirici tədbir keçirilib

17 Noyabr 2026 09:14see270

® Vüqar Eyvazov “AmCham Azərbaycan”ın yeni yaradılmış Səhiyyə Komitəsinin sədri təyin edilib

18 Noyabr 2026 01:28see270

2027 ci ildən Bakıya köç daha da artacaq?

17 Noyabr 2026 23:20see260

Təcili yardım stansiyasının müdiri işçilərdən rüşvət alır? YENİLƏNİB

17 Noyabr 2026 14:53see244

Faiq Qarayev beynəlxalq turnirdə iştirak edəcək Azərbaycanın voleybol millisinin üzvləri ilə görüşüb FOTO

17 Noyabr 2026 14:52see228

Dişlər yaddaş kartımızdır?

17 Noyabr 2026 13:42see224

Yuxu ilə böyümə hormonu arasında yeni neyron əlaqəsi aşkar edilib

17 Noyabr 2026 12:44see203

Diş əti qanaması hansı daxili xəstəliklərin əlamətidir?

17 Noyabr 2026 23:18see202

Bu hərəkətlər davam edərsə.. SEPAH generalı Bəhreyn hökümətini HƏDƏLƏDİ

18 Noyabr 2026 02:03see192

45 min dollardan Walmart rəflərinə: Bir qadının qəhvə alternativi biznesi

17 Noyabr 2026 14:53see183

Bossların bossu” vəfat etdi Pablo Eskobarla əməkdaşlıq edib

18 Noyabr 2026 01:52see177

Braziliya millisindən darmadağın: Vinisius het trik etdi

18 Noyabr 2026 00:46see175

Azerbaijan’s macro economy 2025 2026 and future prospects

17 Noyabr 2026 13:48see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri