Icma.az
close
up
RU
Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib

Dahi Üzeyir Hacıbəylinin 140 illik yubileyi münasibətilə çap edilmiş yeni kitabların təqdimatı keçirilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 23 dekabr, AZƏRTAC

Azərbaycan Bəstəkarlar İttifaqında dahi Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyi münasibətilə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Memarlıq və İncəsənət İnstitutunun “Musiqi tarixi və nəzəriyyəsi” şöbəsinin yeni nəşrlərinin təqdimatı keçirilib.

Bu barədə AZƏRTAC-a Bəstəkarlar İttifaqından məlumat verilib.

Bildirilib ki, tədbirdə yeni çap olunmuş Zemfira Səfərovanın “Патриарх азербайджанской музыки Узеира Гаджибейли” (“Azərbaycan musiqisinin patriarxı Üzeyir Hacıbəyli”) və “Üzeyir Hajibeyli Life and Creative Career” ( “Üzeyir Hacıbəyli. Həyatı və yaradıcılıq fəaliyyəti”), Ülkər Talıbzadə “Akademik Zemfira Səfərova”, Lalə Kazımova “Füzuli qəzəlləri Azərbaycan musiqisində”, Sehranə Kasimi “Azərbaycan musiqisinin inkişafı: mədəni tarixi kontekstdə təhlil” kitablarının təqdimatı olub.

Qeyd edilib ki, bu kitabların hər birinin işıq üzü görməsində Üzeyirşünas alim AMEA-nın həqiqi üzvü, Əməkdar incəsənət xadimi, Əməkdar elm xadimi, sənətşünaslıq elmlər doktoru, professor Zemfira Səfərovanın böyük rolu var. Məhz buna istinad edərək Azərbaycan Bəstəkarlar İttifaqının sədri, AMEA-nın müxbir üzvü, Xalq artisti, professor Firəngiz Əlizadə Zemfira Səfərovanın kitablarının Azərbaycan musiqişünaslıq elminin inkişafı sahəsində xüsusi xidmətlərini qeyd edib. Təqdim olunan kitabların milli musiqişünaslıq elminə böyük töhfə olduğunu vurğulayıb.

Təqdimatda AMEA-nın prezidenti akademik İsa Həbibbəyli, AMEA-nın Memarlıq və İncəsənət İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Ərtegin Salamzadə çıxış edərək yeni nəşirlərin məziyyətlərindən danışıblar.

Sonra sənətşünaslıq üzrə elmlər doktoru, professor Nailə Rəhimbəyli “Zemfira Səfərovanın “Üzeyir Hajibeyli Life and Creative Career” kitabı haqqında”, Əməkdar mədəniyyət işçisi, sənətşünaslıq üzrə fəlsəfə doktoru Ülkər Talıbzadə “Akademik Zemfira Səfərovanın rəhbərliyi ilə Musiqi tarixi və nəzəriyyəsi şöbəsinin 2025-ci il elmi nəticələri və 5 yeni nəşri”, sənətşünaslıq üzrə elmlər doktoru, professor İradə Köçərli “Ülkər Talıbzadənin “Akademik Zemfira Səfərova” kitabı haqqında”, musiqişünas Raya Abbasova “Zemfira Səfərovanın “Патриарх азербайджанской музыки Узеира Гаджибейли” kitabı haqqında” məruzələr dinlənilib.

Bədii hissədə bəstəkar Sevda Məmmədli Üzeyir Hacıbəylinin “Arşın mal alan” operettasının mövzuları əsasında “Fantaziya”sını ifa edib.

Bu maraqlı ifadan sonra akademik Zemfira Səfərova çıxış edərək Üzeyir musiqisindən təsirləndiyini və daim bu musiqidən xüsusi ilham aldığını belə ifadə edib: “20 il bundan öncə Bəstəkarlar İttifaqında Üzeyir bəyə həsr olunan kitabımın təqdimatı idi. O zaman Xalq artistləri Xuraman Qasımova və Azər Zeynalov Üzeyir bəyin “Arşın mal alan” operettasından “Elə bənd oldum” duetini ifa etdikdən sonra mən də dedim ki, Üzeyir bəy irsinə elə bənd olmuşam ki, 40 ildir onun cazibəsindən çıxa bilmirəm. Bu gün həmin fikrin üstünə 20 il də əlavə edilib. Bəli, 60 ildir ki, Üzeyir bəy musiqisinin cazibəsi məni özünə ram edib”.

Üzeyir bəylə bağlı öz tədqiqatlarından danışan Zemfira xanım digər müəllifləri də yeni kitabların işıq üzü görməsi münasibətilə təbrik edib və tədbirin təşkilində iştirakı olan və eləcə də təqdimat mərasimində çıxış edən hər kəsə öz təşəkkürünü bildirib.

Görkəmli Xalq yazıçısı Anar müəllim də tədbirin təşkilində əməyi olan hər kəsə minnətdarlığını bildirib.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:29
embedMənbə:https://azertag.az
archiveBu xəbər 23 Dekabr 2025 13:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see201

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see187

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see182

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see168

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see162

iPhone 18 in təqdimat tarixi açıqlanıb

22 Dekabr 2025 22:29see151

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see150

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see149

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see146

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see144

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see143

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see138

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see136

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Gürcüstanın Baş naziri İrakli Kobaxidze İlham Əliyevi təbrik edib

22 Dekabr 2025 21:55see133

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri