“Daily Mail”: Tramp və Kral III Çarlzın uzaq qohum olduqları ehtimal edilir
Azertag saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
London, 29 aprel, AZƏRTAC
“Daily Mail” qəzetində dərc olunan araşdırmaya görə, ABŞ Prezidenti Donald Tramp və Kral III Çarlzın eyni şotland zadəganı Lennoksun 3-cü qrafı vasitəsilə qohum olduqları ehtimal edilir.
AZƏRTAC xəbər verir ki, tədqiqatda bu ortaq nəsil bağının onların təxminən 15 nəsil uzaqlıqda çox uzaq qohum sayılmasına səbəb ola biləcəyi qeyd edilir.
Məlumata münasibət bildirən Tramp bunu maraqlı xəbər kimi dəyərləndirib. O, “Truth Social” səhifəsində paylaşım edərək “Buckingham” sarayında yaşamaq istədiyini zarafatla ifadə edib: “Həmişə “Buckingham” sarayında yaşamaq istəmişəm! Bir azdan bu barədə Kral və Kraliça ilə danışacağam”,- deyə o yazıb.
Aytən Abbaslı
AZƏRTAC-ın xüsusi müxbiri
London
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 29 Aprel 2026 01:13 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















