Icma.az
close
up
RU
Daimi sülh Azərbaycan, Ermənistan və bütün BMT üzvü olan ölkələr üçün vacibdir Jalə Əliyeva

Daimi sülh Azərbaycan, Ermənistan və bütün BMT üzvü olan ölkələr üçün vacibdir Jalə Əliyeva

Icma.az xəbər verir, Redaktor.az saytına əsaslanaraq.

"Azərbaycan Prezidenti İlham Əliyev son bir ay ərzində ikinci dəfə Okeanın o tayına, Amerika Birləşmiş Ştatlarına səfər etdi. İlk səfərin məqsədi məlum idi və bu səfər haqqında, o cümlədən Vaşinqton görüşləri barədə həm Azərbaycan mətbuatı, həm də dünya mətbuatı kifayət qədər məlumat yayıb. Bu səfərin Azərbaycan üçün əhəmiyyəti, onun nəticələrinin ölkəmizin növbəti uğuru olduğu, həmçinin ABŞ rəhbərinin dilindən Azərbaycan və Azərbaycan rəhbəri haqqında ifadə edilən yüksək qiymət, əlbəttə ki, hər birimiz üçün qürur mənbəyidir".

Bu fikirləri Redaktor.az-a açıqlamasında Milli Məclisin deputatı Jalə Əliyeva İlham Əliyevin ABŞ-yə etdiyi son səfərlər haqqında danışarkən bildirdi.

"İlham Əliyevin ABŞ-yə ilk səfəri zamanı görüşdə əldə edilən razılaşmalar, Ermənistan tərəfi ilə razılaşdırılmış məsələlər də Azərbaycanın sabit siyasətini, güclü iradəsini və həyata keçirdiyi uğurlu strategiyanı nümayiş etdirir. Bu günlərdə ölkə Prezidenti İlham Əliyev və Birinci xanım, vitse-prezident Mehriban Əliyeva yenidən ABŞ-yə, bu dəfə Nyu-Yorka, Birləşmiş Millətlər Təşkilatının növbəti toplantısında iştirak etmək üçün yollandılar. Bu səfər çərçivəsində aparılan ikitərəfli görüşlərdə Azərbaycanın dəyişməz, haqlı mövqeyini qoruması və müdafiə etməsi bir daha nümayiş etdirildi. Bu görüşlər diplomatik uğur olaraq qiymətləndirilməli, Azərbaycan üçün yeni dividendlər və gələcək uğurların başlanğıcı kimi qəbul edilməlidir. 44 günlük müharibə zamanı Azərbaycanın həm döyüş meydanında, həm də diplomatiya sahəsində qalib gəldiyi açıq şəkildə müşahidə edildi. Lakin müharibə bitdikdən sonra da danışıqlar davam edir və davam etməlidir. Çünki müharibənin sülhlə sona çatması, zəfər çalmış tərəfin ədalət prizmasından sülh müqaviləsini imzalaması ilə mümkündür. Eyni zamanda bu, Birləşmiş Millətlər Təşkilatının uzun illər ərzində münaqişənin həlli üçün qəbul etdiyi qətnamələrin yerinə yetirilməsi baxımından da əhəmiyyətlidir. Unutmayaq ki, cənab Prezident İlham Əliyev müharibəyə qiymət verərkən qeyd etmişdi ki, BMT-nin Azərbaycanla bağlı, Qarabağ münaqişəsi ilə əlaqədar qəbul etdiyi qətnamələrin heç biri Ermənistan tərəfindən icra olunmayıb. Buna baxmayaraq, Azərbaycan təkbaşına bu qətnamələrə riayət edərək bölgədə müharibəni qazandı və sülhü təmin etdi", - deyə millət vəkili qeyd etdi.

Jalə Əliyeva əlavə etdi ki, Azərbaycanın məqsədi bölgədə qalıcı sülhün təmin edilməsidir:

"Daimi sülh təkcə Azərbaycan və Ermənistan üçün deyil, həmçinin BMT üzvü olan bütün ölkələr və xalqlar üçün vacibdir. Azərbaycan diplomatik addımlarını sülh, sabitlik, əmin-amanlıq, qarşılıqlı anlaşma, inkişaf və dostluq prinsiplərinə əsaslanaraq həyata keçirir və bundan sonra da bu yolda inamla irəliləyəcəyini açıqlamaları və dəyişməz mövqeyi ilə dəfələrlə sübut etmişdir".

Xədicə BAXIŞLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:79
embedMənbə:https://redaktor.az
archiveBu xəbər 24 Sentyabr 2025 19:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see190

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see184

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see150

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see147

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see141

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see129

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri