Daniel Eshmatov: Qırğızıstanda iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün bir sıra layihələr üzərində müzakirələr aparılır AZƏRTAC
Azertag portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Bakı, 15 noyabr, AZƏRTAC
Qırğızıstanda iqlim dəyişikliyinin təsirlərini azaltmaq üçün bir sıra layihələr üzərində müzakirələr aparılır. Biz elektron sənəd yaradırıq. Çalışırıq ki, ölkəmizdə kağız tullantıları azalsın. Araşdırmaya görə, bu il kağızdan istifadə zamanı 11 milyon dollara qənaət etmişik. Bu, həqiqətən də yaxşı rəqəmdir. Güman edirəm ki, gələcəkdə bu rəqəm daha çox artacaq.
Bunu AZƏRTAC-a müsahibəsində Qırğızıstanın Rəqəmsal İnkişaf Nazirliyinin tabeliyində olan “İnfocom” dövlət müəssisəsinin direktor müavini Daniel Eshmatov deyib.
Azərbaycanda keçirilən COP29-un təşkilinin yüksək səviyyədə olduğuna diqqət çəkən iştirakçı bildirib ki, bu, ölkəmizə ilk səfəridir: “Bakı şəhəri, xüsusilə gecə mənzərələri və işıqları ilə məni valeh etdi. Dünən biz “Alov qülləsi”nə baxdıq, həqiqətən əladır. Mən bu şəhərə aşiq oldum. Şəhəriniz çox təmizdir. Digər ölkələrin zibillə bağlı çoxlu problemi var, amma sizin ölkəniz, şəhəriniz təmizdir. Düşünürəm ki, Bakı şəhərini bu səviyyədə saxlamaq üçün çox çalışırsınız”.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:125
Bu xəbər 15 Noyabr 2024 19:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















