Danimarka 1 milyard dollar dəyərində hava hücumundan müdafiə sistemləri almaq niyyətindədir
Oxumeni.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Danimarka yaxın vaxtlarda qısa mənzilli yerüstü hava hücumundan müdafiə sistemləri almağı planlaşdırır. Onlar Fransa, Almaniya və Norveçdəki istehsalçılardan alınacaq. Bu barədə Danimarkanın müdafiə naziri Troels Lund Poulsen bildirib.
Onun sözlərinə görə, ölkə 6 milyard Danimarka kronundan (919 milyon dollar) çox qiymətə yerüstü hava hücumundan müdafiə sistemləri alacaq. Xüsusilə Almaniyanın Diehl Defence şirkətindən, Fransanın MBDA France və Norveçin Kongsberg-dən hava hücumundan müdafiə sistemlərini icarəyə götürəcək.
Poulsen əlavə edib ki, hava hücumundan müdafiə sistemləri Danimarkanın bütün strateji yerlərində yerləşdiriləcək. Onlar 2026-cı ildə istifadəyə veriləcək.
“Danimarka tez bir zamanda mülki şəxsləri, hərbi obyektləri və mühüm infrastrukturu hava təhdidlərindən qoruya bilən yerüstü hava hücumundan müdafiə sistemi yaratmalıdır”, - ölkənin Müdafiə Nazirliyinin saytında deyilir.
Alınacaq hava hücumundanmüdafiə silahlarına hansı sistemlərin daxil ediləcəyi ilə bağlı qərarın bu ilin sonunda veriləcəyi gözlənilir.
Əziz Mustafa
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 11 İyun 2025 12:34 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















