Zəngəzur dəhlizi açılır: Avropaya illik 12 15 milyon ton yük çıxacaq TƏHLİL
Sherg.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Avropa Birliyi və Azərbaycan, AB-nin Qlobal Dəhliz (Global Gateway) təşəbbüsü və bu yaxınlarda təqdim edilmiş Regionlararası Bağlantılar Proqramı çərçivəsində tərəfdaşlıqlarını gücləndirmək barədə razılığa gəliblər.
Bu barədə AB-nin Azərbaycandakı Nümayəndəliyi məlumat yayıb. Məlumata görə, tərəflər birlikdə nəqliyyat, rəqəmsal, enerji və ticarət sahələrində davamlı və sabit əlaqələr sayəsində yeni iqtisadi imkanlar açmaq, uzun müddətdə ortaq rifah, əməkdaşlıq və sülh təşviq etmək məqsədi güdürlər.
Bu çərçivədə AB və Azərbaycan AYİB ilə birlikdə Naxçıvan dəmir yolu layihəsinin hazırlanması üçün texniki-iqtisadi əsaslandırma işlərinə başlamaq barədə razılığa gəliblər.
Bu, Azərbaycanda və daha geniş regionda mobilliyi və iqtisadi axınları yaxşılaşdırmaq baxımından vacib investisiyadır. Bu dəmir yolu 15 günlük planlaşdırılmış tranzit daşınma müddətində Avropa ilə Mərkəzi Asiyanı birləşdirməyi hədəfə alan daha geniş Transxəzər Nəqliyyat Dəhlizinin bir hissəsini təşkil edir.
Avropa və Asiya arasında marşrutların şaxələndirilmiş, etibarlı və sabit olması ortaq strateji maraqlara xidmət edir. Onların verdiyi faydaqarşılıqlı olur və həddən ziyadə asılılıq risklərini azaldır. İkitərəfli və regional dəstək proqramları ilə yanaşı, innovativ maliyyə alətləri vasitəsilə gələcək prioritet layihələr AB ilə Azərbaycan arasında iqtisadi əlaqələri gücləndirəcək.
Onlar həmçinin Azərbaycanın iqtisadiyyatını şaxələndirmək, regional bağlantıları gücləndirmək, ölkə daxilində səriştə və iş imkanları yaratmaq, kənd yerlərinin inklüziv və davamlı inkişafını təşviq etmək istiqamətində göstərdiyi səyləri dəstəkləyəcək.
AB–Azərbaycan əməkdaşlığının Global Gateway və Regionlararası Bağlantılar Proqramı çərçivəsində güclənməsini şərh edən ekspertlər hesab edir ki, Bakının geosiyasi və geoiqtisadi mövqeyinə təsirlərini artıraraq şəhərin regional tranzit və enerji mərkəzi kimi rolunu gücləndirir, investisiya cəlbediciliyini yüksəldir və Avropa ilə inteqrasiyanı dərinləşdirir.
İndiyədək Aİ ilə Azərbaycanın əməkdaşlığının əsasını əsasən təbii qaz tədarükü və enerji təhlükisizliyi təşkil edib. Naxçıvan dəmiryolu layihəsi isə logistika, yükdaşımalar və təchizat zəncirlərinin təhlükəsizliyi kimi sahələri ön plana çıxarır.
Mövzunu şərh edən İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin şöbə müdiri, iqtisad elmləri doktoru Aqil Əsədov “Sherg.az”a bildirib ki, Avrasiyanın aparıcı nəqliyyat-tranzit qovşağına çevrilən Azərbaycan bu gün Avropanın 2021-ci ildən etibarən reallaşdırmağa başladığı “Qlobal Qapılar” (Global Gateway) layihəsində də əhəmiyyətli rol almaqdadır:
“Qeyd etmək istərdim ki, 2021-ci ildə Avropa Komissiyası və Avropa İttifaqının Ali Nümayəndəsi rəqəmsal, enerji və nəqliyyat sektorlarında ağıllı, təmiz və təhlükəsiz əlaqələri gücləndirməyə, eyni zamanda bütün dünyada səhiyyə, təhsil və tədqiqat sistemlərini möhkəmləndirməyə yönəlmiş yeni Avropa strategiyasını - Qlobal Qapılar (Global Gate-way) təşəbbüsünü irəli sürüb. Həmin ildən etibarən, Avropa komandası (Team Europe) tərəfdaş ölkələrin ehtiyaclarına cavab verən, yerli icmalar üçün uzunmüddətli faydalar təmin edən dayanıqlı və yüksək keyfiyyətli layihələri dəstəkləmək məqsədilə 306 milyard avrodan çox investisiya səfərbər edib.
Azərbaycan Avropa ilə Asiya arasında Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin kəsişməsində yerləşir. Xüsusilə Orta Dəhliz – Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Avropanın Asiya bazarlarına çıxışında mühüm alternativ yol kimi ön plana çıxır. Bu dəhlizin inkişafı Avropanın ticarət və logistika imkanlarını genişləndirməklə yanaşı, regionda iqtisadi əməkdaşlığın güclənməsinə də xidmət edir. Yaxın gələcəkdə isə, Zəngəzur dəhlizinin açılması, ölkəmizə əlavə olaraq 12-15 milyon ton illik yükaşırma imkanı yaradacaqdır. Dəhliz Azərbaycanın əsas hissəsini onun ayrılmaz tərkib hissəsi olan Naxçıvanla birləşdirməklə, Naxçıvan üzərindən Türkiyəyə, oradan da Avropaya çıxış imkanlarını daha da genişləndirəcəkdir. Eyni zamanda, Zəngəzur dəhlizi boyunca elektrik enerjisinin ixracı da nəzərdə tutulur ki, bu da Azərbaycanın Avropa ilə gələcək əməkdaşlıq imkanlarını daha da artırır”.
A. Əsədov qeyd edib ki, enerji sahəsində əməkdaşlıq da “Qlobal Qapılar” təşəbbüsünün əsas istiqamətlə-rindən biridir:
“Azərbaycan uzun illərdir Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınır. Cənub Qaz Dəhlizi Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında strateji əhəmiyyət daşıyır. Eyni zamanda, bərpa olunan enerji sahəsində həyata keçirilən layi-hələr Azərbaycanın Avropanın yaşıl enerji gündəliyinə verdiyi töhfəni daha da artırır. Ümumiyyəytlə, bərpaolunan enerji mənbələrinin inkişafı Azərbaycanın enerji strategiyasının mühüm komponentlərindən biridir. Xüsusilə işğaldan azad olunmuş ərazilərin “yaşıl enerji zonası” kimi inkişaf etdirilməsi bu strategiyanın uzunmüddətli xarakter daşıdığını göstərir.
Bu gün daha geniş regionda elektrik enerjisi üzrə əlavə imkanı olan yeganə ölkə Azərbaycandır. Bizim təkcə külək enerjisi potensialımız 150 giqavatdan çoxdur. O cümlədən, Günəş enerjisi ilə bağlı uzunmüddətli potensial mövcuddur. Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətidir, hansı ki, birinci Günəş elektrik stansiyasını inşa edib, 230 meqavat gücündə. İkinci stansiya 8 yanvar 2026-da istismara verilən Xızı-Abşeron Külək Elektrik Stansiyasıdır. Burada da investor Səudiyyə Ərəbistanının “ACWA Power” şirkətidir. O da 240 meqavat gücündə olan stansiyadır. Üçüncü böyük stansiyanı bp şirkəti Cəbrayıl rayonunda inşa etməyə başlayıb, o da 240 meqavatdır. Mövcud planlara görə, 2030-cu ilə qədər 6 geqavat, 2032-ci ilə qədər isə 8 geqavat Günəş, külək və su enerjisi əldə ediləcək ki, bunun da 70%-dən çoxu ixrac ediləcəkdir”.
Mərkəzin şöbə müdiri hesab edir ki, Azərbaycanın “Qlobal Qapılar” çərçivəsindəki rolunu şərtləndirən vacib amillərdən biri də rəqəmsal bağlantıların gücləndirilməsidir: “Rəqəmsal infrastrukturun inkişafı, fiber-optik kabel layihələri və regionlararası məlumat axınının təmin olunması Avropa ilə Asiya arasında rəqəmsal körpünün formalaşmasına imkan yaradır. Bütün bunların nəticəsində isə Azərbaycanın, “Qlobal Qapılar” çərçivəsində Avropa İttifaqının Mərkəzi Asiya ilə quru və dəniz əlaqələrini möhkəmləndirərək, ticarət həcmini artırmaq və regional əməkdaşlığı gücləndirmək imkanları artacaqdır.
Bütün bunlar Avropa ilə Azərbaycan arasında əlaqələrin yeni mərhələyə yüksəlməsinə, regional inteqrasiyanın dərinləşməsinə, investisiya cəlbediciliyinə və qarşılıqlı faydalı tərəfdaşlığın inkişafına töhfə verə bilər”.
Baxış sayı:84
Bu xəbər 29 Yanvar 2026 16:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















