Danimarkanın baş nazirinin əri Zelenski barəsində film çəkəcək
Icma.az xəbər verir, Oxu.az saytına əsaslanaraq.
Danimarkanın Baş naziri Mette Frederiksenin əri Bo Tenqberq Ukrayna Prezidenti Volodimir Zelenski haqqında film çəkəcək.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Ekstra Bladet" nəşri məlumat verib.
Məlumata görə, Tenqberqin "Seabird Production" şirkəti dövlət tərəfindən maliyyələşdirilir.
Baş nazirin ərinin şirkəti ötən il Danimarka Film İnstitutundan, təxminən, 25 min avrodan çox pul alıb.
Qeyd edilir ki, Tenqberq həyat yoldaşı sayəsində həm Ukraynada, həm də Danimarkada keçirilən rəsmi tədbirlər zamanı Zelenski ilə yaxın münasibət qurub.
Baxış sayı:32
Bu xəbər 11 Oktyabr 2025 16:29 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















