Icma.az
close
up
RU
DAŞDƏMİR ƏJDƏROĞLU, ONUN İKİNCİ ADI SƏMİMİYYƏT

DAŞDƏMİR ƏJDƏROĞLU, ONUN İKİNCİ ADI SƏMİMİYYƏT

Adelet.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Biz mətbuat işçiləri söz adamıyıq. Nəyimiz olmasa da, bazamız sözlə doludur, zəngindir. İstənilən mövzuya  dürlü-dtürlü söz yağdıran biriyik. Amma bu gün nədənsə mənimçün çox əziz olan, yaxından tanıdığım birinin haqqında söz yazmaqda çətinlik çəkirəm.

Azərbaycan mətbuatında öz çəkisi, öz yeri olduğu halda, çoxlarının onu "mətbuatın cəfakeşi", bəzilərinin hətta "mətbuatın fəhləsi" adlandırdığı, illərdir jurnalistikamızdakı fəaliyyətindən iş yoldaşı kimi xəbərim olduğu halda belə, yenə də çətinlik çəkirəm, bilirsiniz niyə?!

Çünki onun kimliyini təsdiq edən iki vəsiqəsi var: birində jurnalist Daşdəmir Əjdəroğlu Tağıyevdir. O Daşdəmir ki, həmkarları, qələm dostları hamısı onu tanıyır. Bilirlər ki, Daşdəmir ölkəmizin əsrarəngiz bir diyarında - İsmayıllı rayonunun Basqal qəsəbəsində anadan olub.  Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinİ bitirib.

Jurnalistika ilə bağlı əmək fəaliyyətinə o vaxtlar yenicə işıq üzü görən “Ədalət” qəzetində başlayıb. "Ədalət" qəzetində məsul katib kimi işlədiyi dövrdən bu günədək qələmini yerə qoymayıb.  Minlərlə publisistik məqaləsi çap olunub. O, təkcə öz yazıları üçün deyil, bir çox həmkarının yazıb-yaratması üçün də əlindən gələn köməyi əsirgəməyib. Onlarca qəzetin işıq üzü görməsində əməyi olub, onlarla əməkdaşlıq edib. Daşdəmir Tağıyev 20-yə yaxın kitabın redaktorudur. Yüzdən çox kitaba rəy və ön söz yazıb. “Xatirələrə sığmayan ömür” isə ilk  kitabıdır. “Yarımçıq qalan ömür”, “Basqalın Miryavər abidəsi” və neçə-neçə kitabın müəllifidir.

D. Tağıyev hazırda Milli Məclisin orqanı olan rəsmi dövlət qəzeti “Azərbaycan”da  çalışır, qəzetin məsul katibinin müavinidir. Onun çalışdığı bu illər, mətbuat sahəsindəki əməyi və xidməti Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən yüksək qiymətləndirilib. 2013-cü ildə jurnalistlər üçün inşa edilmiş binadan ona da mənzil verilib. Bundan başqa müxtəlif ictimai qurumlar tərəfindən “Peşəkar jurnalist”, “Vicdanlı qələm”, “Qızıl qələm” media mükafatlarına layiq görülüb.

Daşdəmir Əjdəroğlunun xidmətləri, hətta yazdığı məqalələri haqqında bir-bir geniş söz aça bilərəm. Çünki "dostum - kardeşim" dediyim bu insanla illərdir bir yerdə çalışırıq. Əvvəl "Qarabağ" qəzetində, redaksiyamızda Qarabağ mövzusunda, qanlı savaşın ağrı-acıları, eyni zamanda, ölkəmizə qarşı ədalətsizlikləri ifşa edən dəyərli məqalələrin müəllifi kimi  "ən yaxşı qarabağlı" adını qazanmışdı, sonra isə 18 ildir ki, "Azərbaycan" qəzetində çiyindaşıq. Neçə gündür ki, Daşdəmir müəllimin haqqında qəzetlərdə, saytlarda, sosial şəbəkələrdə həmkarlarımızın yazdığı bir-birindən dəyərli məqalələrinə rast gəlirəm və oxuduqca qəlbimi iftixar hissi bürüyür. Öz-özümə deyirəm, axı mən də tanıyıram Daşdəmir Əjdəroğlunu, özü də çoxlarından daha dəqiq. Hələ 1994-cü ildə adını bilmədiyim bir oğlanın “Azərbaycan” nəşriyyatında dayanacaqda avtobusdan düşən bütün qadınların yol pulunu verdiyi vaxtdan... Nəşriyyatda az qala xeyriyyəçi kimi tanınan və bəzilərinin onun bu səxavətindən, ürəyitəmizliyindən hər mənada  istifadə etdiklərini gördüyüm vaxtdan...

Daşdəmirin bütün məziyyətlərini bildiyim halda, bəs niyə çətinlik çəkirəm onun haqqında məqalə yazmağa?!

Çünki yuxarıda qeyd etdiyim kimi, Daşdəmirin iki vəsiqəsi var, birincisindən saatlarla danışa bilərəm. İkincisindən isə danışmağa ehtiyat edirəm. Daşdəmirin ikinci adı səmimiyyətdir. Ona görə ehtiyat edirəm. Gərək söylədiyim hər kəlmə onun boyuna biçilsin. Nə ölçüsündən  böyük, nə də kiçik olsun. Əslində Daşdəmirin peşə fəaliyyəti haqqında hələ az yazılıb, az deyilib. Amma mənim fikrimcə bütün peşələrin ustası, peşəkarı olmaq mümkündür  və bu, o qədər də özəllik deyil. Əsl özəllik insanlığın peşəkarı olmaqdır, yəni bilik vacibdi, lakin insan olmaq ondan da vacibdi...

Mən insanlığın peşəkarı olan Daşdəmirdən yazmaq istəyirəm. İllərdir "dostum, kardaşim" dediyim Daşdəmir Əjdəroğlundan. Daşdəmir əsl ziyalıdır, sadədir, səmimidir. Fərqli biridir.

Etiraf edək ki, çoxlarımız bəzən iş yerlərimizi, bəzən də guya nüfuzumuzu qorumaq üçün kraxmallanmış, ütülənmiş kimi görünməyə çalışırıq. Daşdəmirin xoşbəxtliyi ondadır ki, harada olmasından, hansı mövqedə dayanmasından asılı olmayaraq dəyişməzdir, özüdür. Xeyirxah, mərhəmətli, yaxşılıqdan zövq alan, iş vaxtı məsuliyyətli, zəhmətkeş,  yaxşıya-pisə fərq qoymadan tikəsini hamıyla bölüşəndi Daşdəmir... Hər adamın işi deyil, 60 il yaşayıb özü üçün yaşamamaq, başqaları üçün yaşamaq. Hər adamın işi deyil, taleyi üzünə gülməyəndə belə, dünyanı gözəl görmək, insanları sevməyi bacarmaq, xeyirxahlıq niyyətlərini itirməmək...

 O qədər safdır, o qədər sadədir ki, Daşdəmir Əjdəroğlu - bəzən bununçün ona irad tutanlar da olur. Amma o kəslər anlamırlar ki, onun sadəliyi əsl əsalətdir. Düşünürəm nə yaxşı ki, belə bir səmimi insanla bir yerdə çalışıram. O, bizim iş yoldaşımızdır...

Amma yenə deyirəm səmimi insanlar haqqında söz yazmaq çox çətindir, çətin olduğu qədər də xoşdur,  gözəldir...

Əziz iş yoldaşım, dostum-kardeşim, 60-ın yüzə gedən yolları üzünə açıq olsun. Sənə hər yaşında müvəffəqiyyət arzulayıram və bir də üzünə nur gətirən xoş niyyətlərinin heç vaxt əskik olmamasını...

Hörmətlə : Zəkurə QULİYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:141
embedMənbə:https://adalet.az
archiveBu xəbər 07 İyul 2025 13:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1156

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see349

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see333

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see332

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see330

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see324

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see286

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see260

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see231

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see203

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see201

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see201

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see199

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see198

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see194

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see194

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see186

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see180

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see171

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see162
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri