Icma.az
close
up
RU
Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək layihəsi davam etdirilir Fotolar

Daşkəsən və Göygöldə aqrar inkişafa dəstək layihəsi davam etdirilir Fotolar

Qafqazinfo saytından alınan məlumata görə, Icma.az bildirir.

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) təşəbbüsü, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin (AXA) dəstəyi ilə “Daşkəsən və Göygöl rayonlarında aqrar inkişafa dəstək” layihəsi uğurla davam etdirilir.

“Qafqazinfo” xəbər verir ki, layihə çərçivəsində 2025-ci ilin may-oktyabr ayları ərzində Aqrar Xidmətlər Agentliyinin və “AzerGold” QSC-nin əməkdaşlarının iştirakı ilə AXA-nın mütəxəssisləri tərəfindən Daşkəsən rayonunun Çovdar, Çaykənd, Quşçu (Şadax ərazisi daxil olmaqla) və Bayan kəndlərində, həmçinin Göygöl rayonunun Tülallar və Zurnabad kəndlərində kənd təsərrüfatı sahəsində monitorinqlər aparılıb, yerli əhali ilə görüşlər təşkil olunub.

Aparılan monitorinqlərin nəticələrinə əsasən, Agentliyin Heyvan Sağlamlığı və Baytarlıq Xidmətləri Mərkəzi tərəfindən görülmüş profilaktik tədbirlərin icra vəziyyəti yoxlanılıb, 140 baş iribuynuzlu, 145 baş xırdabuynuzlu heyvan və 63 arı ailəsi üzrə ümumi klinik müayinələr həyata keçirilib. Bundan əlavə, 7 293 m³ ərazi profilaktik dezinfeksiya olunub, mövsümi xəstəliklərin aşkarlanması məqsədilə 65 baş heyvandan qan nümunələri götürülərək müvafiq təhlillər aparılıb.

Laboratoriya Ekspertiza və Sertifikatlaşdırma Mərkəzinin mütəxəssisləri tərəfindən əkin sahələri və örüş yerlərindən götürülmüş 51 torpaq nümunəsi, 8 suvarma suyu nümunəsi və 4 bitki nümunəsi analiz edilib.

Bitki Mühafizə və Fumiqasiya Mərkəzinin əməkdaşları tərəfindən layihə çərçivəsində ev təsərrüfatlarında fitosanitar vəziyyət qiymətləndirilib, zərərli orqanizmlərin təsirinə məruz qalmış bitkilərdə monitorinqlər aparılıb. Həyətyanı sahələrdən ümumilikdə 366 bitki nümunəsi götürülərək laborator müayinəyə təqdim edilib. Təhlil nəticələrinə əsasən 79 bitki nümunəsində xəstəlik və zərərvericilər aşkarlanıb. Zərərvericilərlə mübarizə üsulları və bu istiqamətdə profilaktik tədbirlərin aparılması ilə bağlı 184 fermerə dəstək göstərilib.

Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən yerli icmalar arasında 53 sorğu keçirilib, 31 təlim təşkil edilib. Təlimlərdə iştirak edən fermerlərə maarifləndirici kitabçalar və bukletlər paylanılaraq, zəruri məsləhətlər verilib.

Qeyd edək ki, layihənin məqsədi “AzerGold” QSC-nin fəaliyyət göstərdiyi regionlarda yerli icmalarla əməkdaşlığın gücləndirilməsi, kəndli-fermer təsərrüfatlarının daha da inkişaf etdirilməsinə əlavə töhfələr verməkdir.









Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:97
embedMənbə:https://qafqazinfo.az
archiveBu xəbər 25 Noyabr 2025 12:25 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Nostaljinin aldadıcı mükəmməlliyi Məryəm Bağırova yazır

08 Yanvar 2026 12:13see764

İranda polis zabiti öldürüldü

07 Yanvar 2026 23:45see230

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see199

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see198

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see173

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see171

Elnarə Abdullayevaya ağır itki ÜZ VERDİ KONKRET

08 Yanvar 2026 00:03see159

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see158

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see155

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see154

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see146

“Kardeş Takımı 3” yalnız CineMastercard da!

08 Yanvar 2026 18:46see145

Hələbdə terrorçuların hücumu nəticəsində 5 nəfər öldü

08 Yanvar 2026 00:56see144

“Bir kişi ilə görüşə gedəndə “Gizli Xidmət”ə məlumat verirəm” Trampın nəvəsi Fotolar

08 Yanvar 2026 06:11see143

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see140

ABŞ də miqrasiya işçiləri onların keçidinə mane olmağa çalışan qadını güllələdi

07 Yanvar 2026 23:46see139

Ordu vaxt verdi: Bir neçə dəqiqəyə başlayacaq KONKRET

08 Yanvar 2026 14:17see139

“O, bizim üçün fundamental oyunçudur” Xabi Alonso Vinisius haqqında

08 Yanvar 2026 00:22see137

Axios: Tramp Qəzza üzrə “Sülh Şurası”nın yaradıldığını elan edə bilər

08 Yanvar 2026 04:37see134

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri