Icma.az
close
up
RU
Davos 2026 Azərbaycanı qlobal siyasətdə yeni mərhələyə daşıdığını göstərdi ŞƏRH EDİLDİ

Davos 2026 Azərbaycanı qlobal siyasətdə yeni mərhələyə daşıdığını göstərdi ŞƏRH EDİLDİ

Sia Az saytından alınan məlumata görə, Icma.az bildirir.

"2026-cı il Dünya İqtisadi qlobal miqyasda artan geosiyasi gərginliklər, qarşıdurmalar və etimadsızlıq şəraitində xüsusi siyasi məna kəsb edir. Məhz belə bir kontekstdə Azərbaycan Prezidenti İlham Əliyevin forumda fəal iştirakı ölkənin beynəlxalq sistemdə tutduğu mövqenin keyfiyyətcə yeni mərhələyə keçdiyini göstərir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Rəşad Bayramov deyib.

Onun sözlərinə görə, əgər əvvəlki illərdə Davos platforması Bakı üçün əsasən post-münaqişə reallıqlarının izahı və Qarabağ zəfərinin qəbul etdirilməsi məqsədi daşıyırdısa, Davos 2026 artıq bu mərhələnin arxada qaldığını və Azərbaycanın yeni siyasi gündəmlə çıxış etdiyini nümayiş etdirdi: "Forum çərçivəsində Prezident İlham Əliyevin Avropa ölkələri, Yaxın Şərq dövlətləri, qlobal maliyyə institutları və transmilli şirkətlərin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər Azərbaycanın qlobal siyasi-iqtisadi proseslərin fəal iştirakçısı kimi qəbul olunduğunu göstərdi. Qarabağ mövzusunun fövqəladə gündəm kimi önə çıxmaması Azərbaycanın mövqelərinin beynəlxalq səviyyədə normallaşdığını və bu məsələnin qlobal elita üçün bağlanmış səhifə olduğunu təsdiqləyir. Davos 2026-da Azərbaycanın İsrail, Qətər, İraq Kürdüstanı kimi fərqli siyasi aktorlarla eyni vaxtda təmas qurması balanslı və praqmatik xarici siyasət kursunun bariz nümunəsi kimi çıxış etdi. Bakı nə müəyyən blokun üzvü, nə də qarşıdurmaların tərəfi kimi, əksinə, müxtəlif siyasi və iqtisadi mərkəzləri birləşdirən etibarlı regional platforma kimi təqdim olundu. Parçalanmış beynəlxalq sistem fonunda bu yanaşma Azərbaycanın manevr imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir.
Enerji təhlükəsizliyi, nəqliyyat-logistika dəhlizləri, yaşıl keçid və infrastruktur layihələri üzrə aparılan müzakirələr Azərbaycanın yalnız iqtisadi deyil, eyni zamanda siyasi etibarlılıq aktoru kimi qəbul edildiyini göstərir. Qlobal maliyyə institutları ilə təmaslar Qərbin Azərbaycanla münasibətlərdə ideoloji yanaşmadan daha çox maraq və praqmatizmə üstünlük verdiyini ortaya qoyur. Davos 2026 Azərbaycan üçün siyasi inteqrasiya, təşəbbüskar mövqe və gələcəyə hesablanmış xarici siyasət xəttinin nümayişi oldu".

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:255
embedMənbə:https://sia.az
archiveBu xəbər 26 Yanvar 2026 14:44 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see311

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see276

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see267

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see264

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see257

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see255

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see253

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see238

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see233

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see228

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see222

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see222

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see221

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see219

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see216

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see214

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see209

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see195

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see184

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see181
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri