Icma.az
close
up
RU
Davos Forumu Azərbaycanın regionda və dünya siyasətində böyük rola malik olduğunu təsdiqlədi ŞƏRH

Davos Forumu Azərbaycanın regionda və dünya siyasətində böyük rola malik olduğunu təsdiqlədi ŞƏRH

Azertag portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Bakı, 27 yanvar, AZƏRTAC

Yanvarın 20-24-də İsveçrənin Davos şəhərində Dünya İqtisadi Forumunun sayca 55-ci toplantısı keçirildi. Forum işini başa çatdırsa da, əhəmiyyəti bu gün ölkə və dünya mətbuatında geniş müzakirə edilməkdədir. Dünya İqtisadi Forumu builki toplantısında “Ağıllı əsr üçün əməkdaşlıq” çağırışını etdi. Forumda beş əsas istiqamət müzakirə edildi ki, bunlardan biri dayanıqlı və güclü iqtisadiyyatların qurulması üçün yeni inkişaf mənbələrinin necə müəyyən edilməsi oldu. Günümüzün reallığı budur ki, Azərbaycan dünyaya təkmil iqtisadi inkişaf modelini təqdim edir. Hər dövrün çağırışının yüksək səviyyədə yerinə yetirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafında özünün aydın ifadəsini tapır. Ümummilli Lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları göz qabağındadır. Azərbaycanın öz təbii resurslarından səmərəli istifadə etmək məqsədilə iştirakçısı və təşəbbüsçüsü olduğu enerji layihələrinin uğurlu icrası ölkələri, xalqları daha da sıx birləşdirir, yeni körpülərin qurulmasını şərtləndirir. Dünyanın enerji xəritəsini yenidən tərtib edən bu layihələr regional əməkdaşlığın coğrafiyasının genişləndirilərək beynəlxalq miqyas alması ilə müşayiət olunur. Azərbaycanın iqtisadi müstəqilliyinin təmin edilməsi siyasi mövqeyinin möhkəmlənməsini, etibarlı tərəfdaş kimi nüfuz qazanmasını şərtləndirir. İqtisadiyyatını düzgün əsaslar üzərində quran Azərbaycan hazırda davamlı inkişafa ilə diqqətdədir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Malik Həsənov bildirib.

Malik Həsənov vurğulayıb ki, 2003-cü ildən Prezident İlham Əliyevin uğurla həyata keçirdiyi iqtisadiyyatın şaxələndirilməsi siyasəti beynəlxalq aləmdə təqdir edilir: “Dünya İqtisadi Forumunun hesabatlarında Azərbaycanın rəqabətqabiliyyətli iqtisadiyyata malik ölkə kimi liderliyini qoruması da bunun bariz nümunəsidir. Dünya İqtisadi Forumu Azərbaycan reallıqlarını beynəlxalq ictimaiyyətə təqdim etmək üçün gözəl bir platforma olmaqla yanaşı, dünyada baş verən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə imkan yaradır. Bu, islahatları davamlı şəkildə aparmağa, ölkəyə xarici investisiyaları cəlb etməyə yol açır. Son 21 ildə ölkə iqtisadiyyatına 310 milyard dollar investisiya yatırılıb ki, bunun 200 milyard dolları qeyri-neft sektorunun payına düşür. Hazırkı dövrün əsas çağırışı yaşıl enerjiyə keçiddir. Bərpaolunan enerji mənbələrinə investisiyaların yatırılması hədəfi yeni əməkdaşlıq formatlarının yaradılmasını zərurətə çevirdi. Dünya İqtisadi Forumunun 55-ci toplantısı bütün bu məqamlara işıq saldı”.

Deputat qeyd edib ki, Dünya İqtisadi Forumu siyasətçiləri, biznes adamlarını və ictimai təşkilatları bir araya gətirən, dünyada baş verən iqtisadi proseslərin, dünyanın iqtisadi gündəliyinin, habelə ictimai-siyasi proseslərin müzakirə olunduğu ən böyük platformalardan biridir: “Forum dünyada gedən iqtisadi meyillər haqqında dolğun məlumat əldə etməyə geniş imkanlar yaradır. Dünya İqtisadi Forumu ilə fəal və səmərəli əlaqələri yüksək qiymətləndirən Azərbaycan bu platformada əməkdaşlığın inkişaf etdirilməsini, daha da irəli aparılması üçün göstərilən səyləri dəstəkləyir. Forum çərçivəsində İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında keçirdiyi görüşlərin say tərkibinə diqqət yetirmək kifayətdir. Dövlətimizin başçısı Azərbaycan həqiqətlərini, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən mühüm regional nəqliyyat, enerji layihələrinin əhəmiyyətini dünya liderlərinin, ictimaiyyətinin diqqətinə çatdırdı. Təbii ki, son dörd ildə işğaldan azad edilmiş ərazilərdə aparılan genişmiqyaslı bərpa-quruculuq işləri, bu ərazilərin malik olduğu iqtisadi imkanlar, gələcəkdə onlardan səmərəli istifadə nəticəsində ölkə iqtisadiyyatının dayanıqlı inkişafına veriləcək töhfələr də diqqət yönəldilən məsələlər sırasında oldu. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təmin edilməsində etibarlı və dayanıqlı tərəfdaş kimi artan rolu əsaslı şəkildə qeyd edildi”.

Malik Həsənov bu mühüm məqamı xüsusi vurğulayıb ki, Azərbaycan hər zaman Dünya İqtisadi Forumunun keçirilən toplantılarında diqqət mərkəzində olur: “Təbii ki, buna əsas verən Azərbaycanın daim liderliyini qoruması, sözünün imzası qədər əhəmiyyətini artırması, hər bir sahədə zəngin təcrübəyə malik olması, qlobal problemlərin həllində birgə səylərə çağırışlar edərək yeni əməkdaşlıq formatlarının müəllifi kimi tanınması və sair kimi mühüm amillərdir. İqtisadi xarakter daşımasına baxmayaraq, Davos Forumu dünya siyasətinə, beynəlxalq münasibətlərə ciddi təsirə malikdir. Forum iqtisadi güc mərkəzlərinin bir-biri ilə dialoqu və dünya ictimaiyyətinə hesabat xarakteri daşıyır. 55-ci Dünya İqtisadi Forumu da Azərbaycan üçün səmərəli oldu. Prezident İlham Əliyevin qarşı tərəflərin müraciətləri əsasında bir çox ölkələrin dövlət və hökumət başçıları, tanınmış şirkətlərin rəhbərləri ilə görüşlərində ölkələr arasında əlaqələrin inkişafında əsas faktorlardan olan iqtisadi amilə xüsusi diqqət yönəldilərək əməkdaşlığın daha da dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu diqqətə çatdırıldı. Dünya İqtisadi Forumu bir daha Azərbaycanın hazırda regionda və dünya siyasətində böyük rola malik olduğunu təsdiqlədi. Prezident İlham Əliyevə göstərilən böyük etimad, hər bir məsələdə mövqeyinə verilən önəm səsləndirilən fikirlərdə özünün aydın ifadəsini tapdı”.

Deputat bildirib ki, hər bir toplantı Azərbaycan-Dünya İqtisadi Forumu əlaqələrində yeni səhifənin başlanğıcıdır: “Prezident İlham Əliyevin hər il Forumun toplantıları çərçivəsində keçirilən görüşlərdə əminliklə səsləndirdiyi fikir bu olur ki, gələcək daha uğurlu olacaq. Bir mühüm məqamı da qeyd edək ki, Azərbaycan 2013-cü ildə Dünya İqtisadi Forumuna ev sahibliyi etməklə iqtisadi mərkəz kimi nüfuzunu artırdı. Bakıda “Cənubi Qafqazın və Mərkəzi Asiyanın gələcəyi ilə bağlı strateji dialoq” mövzusunda keçirilən Forumun dünyanın iqtisadi vəziyyətini proqnozlaşdıran tanınmış iqtisadçıları, ekspertləri, dövlət və hökumət nümayəndələrini bir araya gətirməsi ölkəmizin böyük uğuru kimi dəyərləndirildi. Dövlətimizin başçısı İlham Əliyev həmin Forumdakı çıxışında bu çağırışı səsləndirmişdir ki, Xəzər regionu, Mərkəzi Asiya və bu regionda Azərbaycan gələcəyi sıx münasibətlərdə və əməkdaşlıqda, xalqlarımız üçün daha yaxşı həyatı, ölkələrimiz üçün uğurlu gələcəyi təmin etmək məqsədilə səylərimizin inteqrasiyasında və birləşdirilməsində görür. Əminik ki, region daha sabit olacaq.

İndi bu hədəflər reallığa çevrilib. Azərbaycan tarixi Zəfəri ilə yeni reallıqlar yaratdı. Bu reallıqlar regionda dayanıqlı sülhün, təhlükəsizliyin təmin edilməsini şərtləndirir. Azərbaycan sülh gündəliyinin, yeni əməkdaşlıq formatlarının müəllifidir. 55-ci Dünya İqtisadi Forumu Azərbaycanın yaratdığı yeni reallıqları bir daha dünyaya çatdırdı”.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:93
embedMənbə:https://azertag.az
archiveBu xəbər 28 Yanvar 2025 08:41 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see262

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see228

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see214

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see210

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see182

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see181

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see170

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see160

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see155

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see150

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see149

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see148

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see148

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see147

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see145

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see142

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see138

Azərbaycanda orta aylıq əməkhaqqı artdı KONKRET

16 Yanvar 2026 12:19see134

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri