Icma.az
close
up
RU
Davosdan verilən mesaj: Azərbaycan yeni reallıqda söz sahibidir

Davosdan verilən mesaj: Azərbaycan yeni reallıqda söz sahibidir

Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Prezident İlham Əliyevin xarici televiziya kanallarına və nüfuzlu informasiya agentliklərinə verdiyi müsahibələr hər zaman həm ölkə daxilində, həm də beynəlxalq ictimaiyyət tərəfindən böyük maraqla qarşılanır. 

Bu müsahibələr dövlət siyasətinin mahiyyətinin, Azərbaycanın milli maraqlarının və regional proseslərə baxışının qlobal auditoriyaya dolğun və dəqiq şəkildə çatdırılması baxımından mühüm rol oynayır. Davos İqtisadi Forumu çərçivəsində “Euronews” televiziyasına verilən son müsahibə də məhz bu xüsusiyyətləri ilə diqqəti cəlb edir.

Bu sözləri Milli Məclisin deputatı Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, dövlət başçısı müsahibəsində beynəlxalq münasibətlər sistemində Azərbaycanın tutduğu mövqeyi, postmünaqişə dövründə ölkəmizin prioritetlərini və Cənubi Qafqazda formalaşan yeni reallıqları ardıcıl və prinsipial şəkildə təqdim edib:

“Prezident İlham Əliyev milli maraqlarımızı beynəlxalq aktorlara açıq və qətiyyətli formada çatdıraraq Azərbaycanın sülhpərvər, lakin qətiyyətli mövqeyini bir daha nümayiş etdirdi. Prezident müsahibəsində Ermənistanla Azərbaycan arasında sülh prosesi ilə bağlı Azərbaycanın mövqeyini bir daha konkret olaraq ifadə etdi. 

Dövlətimizin başçısı qeyd etdi ki, “bu gün Cənubi Qafqaz, həmçinin yeni inkişaf mərhələsinə daxil olur. Biz beş-altı aydır sülh şəraitində yaşayırıq. Buna öyrəşirik. Öz müstəqillik tariximizdə heç zaman sülh şəraitində yaşamamışıq. Xüsusi hissdir və əlbəttə ki, böyük fürsətdir”. 

Prezidentin açıqlamaları Azərbaycanın Ermənistanla münasibətlərində ciddi dönüş nöqtəsinin yaşandığını göstərir. Tarixən konflikt və gərginliklə səciyyələnən bölgə indi sülh və əməkdaşlıq imkanları ilə yeni mərhələyə qədəm qoyur. 

Bu fikirlər Azərbaycanın regionda uzunmüddətli sülh və sabitliyin təmin olunmasında oynadığı aparıcı rolu aydın şəkildə ortaya qoyur. Tarixən münaqişə və gərginliklə müşayiət olunan Cənubi Qafqaz bu gün Azərbaycanın təşəbbüsləri və siyasi iradəsi sayəsində sülh, əməkdaşlıq və inkişaf imkanlarının formalaşdığı bir məkana çevrilməkdədir. 

Prezident İlham Əliyevin müsahibədə səsləndirdiyi mesajlar bir daha təsdiqləyir ki, Azərbaycan postmünaqişə dövründə yalnız milli maraqlarına əsaslanan, beynəlxalq hüquqa söykənən və regionun gələcəyini hədəfləyən siyasət yürüdür. 

Davosdan verilən bu müsahibə ölkəmizin qlobal platformalarda artan siyasi çəkisinin, formalaşan yeni reallıqlarda söz sahibi olmasının bariz nümunəsidir”.

Deputat bildirib ki, Prezidentin müsahibəsində əsas diqqətçəkən məqamlardan biri də Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyasının Azərbaycana qarşı uzun illərdir sərgilədiyi ədalətsiz mövqe və açıq ikili standartlarla bağlıdır:

“Dövlətimizin başçısı haqlı olaraq vurğuladı ki, “artıq uzun illərdir biz Avropa Parlamenti və Avropa Şurasının Parlament Assambleyası ilə istənilən əməkdaşlığı dayandırmışıq”. Bu qərar təsadüfi xarakter daşımır. 

Çünki Azərbaycanla bağlı obyektivlikdən uzaq, əsassız və siyasi sifariş xarakteri daşıyan qətnamələr, birtərəfli və qərəzli yanaşmalar həmin qurumlarla münasibətlərə ciddi zərbə vurub. Bununla yanaşı, Prezident İlham Əliyev onu da diqqətə çatdırdı ki, Azərbaycan Avropa Komissiyası ilə əməkdaşlığı davam etdirir. 

Bu fakt bir daha sübut edir ki, rəsmi Bakı dialoqa açıqdır, lakin ədalətsizliyə, ikili standartlara və siyasi təzyiqlərə güzəştə getmək niyyətində deyil. Xüsusilə diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanın özünün belə Azərbaycanla münasibətlərin normallaşdırılmasını və əlaqələrin qurulmasını müsbət qiymətləndirdiyi bir vaxtda Avropa Parlamentinin ölkəmizi heç vaxt etmədiyi addımlarda, o cümlədən “təcavüzkar mövqedə” ittiham etməsi açıq-aşkar absurddur. 

Bu cür yanaşma Avropa Parlamentinin özünü gülünc və dərin ziddiyyətli vəziyyətə salmasından başqa bir məna daşımır. Reallıq ondan ibarətdir ki, ötən ilin avqustunda Ağ Evdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin paraflanması regionda davamlı sülh və sabitliyə doğru atılmış mühüm addımdır. Bu fakt Azərbaycanın sülhə sadiqliyini, konstruktiv və məsuliyyətli mövqe nümayiş etdirdiyini bir daha təsdiqləyir. Belə bir şəraitdə Avropa Parlamentinin qərəzli mövqeyi nə regionda baş verən real proseslərlə, nə də beynəlxalq hüququn fundamental prinsipləri ilə uzlaşır”.

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:124
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 21 Yanvar 2026 12:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see298

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see262

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see248

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see248

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see240

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see238

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see234

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see224

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see222

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see221

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see218

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see215

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see208

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see207

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see206

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see204

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see201

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see198

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see195

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri