Icma.az
close
up
RU
Daxili və xarici siyasətimizin aydın təsəvvür tablosu: Ölkə başçısı son müsahibəsində hansı nüanslara toxundu?

Daxili və xarici siyasətimizin aydın təsəvvür tablosu: Ölkə başçısı son müsahibəsində hansı nüanslara toxundu?

Icma.az, Yeniazerbaycan portalına istinadən məlumat verir.

Elçin Quliyev

YAP Nərimanov Rayon Təşkilatının sədri

Ölkə başçısı cənab İlham Əliyevin yerli telekanallara son müsahibəsi Azərbaycanın daxili və xarici siyasətinin ən yaxın keçmişi və sabahı ilə bağlı son dərəcə aydın təsəvvür tablosudur. Eyni zamanda, ölkəmizin başçısı bu müsahibədə Azərbaycanın daxili və xarici siyasətinin gələcək istiqamətləri barədə ölkə ictimaiyyətinə önəmli informasiyaları çatdırmaqla hər bir Azərbaycan vətəndaşı üçün ən yaxın gələcəkdə daxili və xarici siyasi xəttimizin "Yol Xəritəsi"nin nədən ibarət olmasını akademik səviyyədə göstərmiş oldu.

Hazırda Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsi dünya mediasının diqqət mərkəzindədir.

Nüfuzlu “Reuters” agentliyinin, ABŞ-ın “US News”, “The Straitstimes”, “Econotimes” qəzetlərinin, “Global Banking and Finance” internet resursunun, habelə beynəlxalq analitik portal olan “Al-Monotor”un dərc etdiyi “Azərbaycan Qəzzaya sülhməramlı kontingent göndərməyəcək” sərlövhəli xəbərlərdə qeyd olunur ki, Prezident İlham Əliyev Azərbaycan hərbçilərinin ölkənin hüdudlarından kənarda heç bir hərbi əməliyyatlarda iştirak etmədiyini və bunun gələcəkdə də nəzərdə tutulmadığını bildirib.

Materialda bununla bağlı yanlış məlumatları təkzib edən dövlətimizin başçısının sözləri sitat gətirilir: “Biz 20 sualdan ibarət müraciət tərtib etdik və onu Amerika tərəfinə çatdırdıq. Bu məsələlərə aydınlıq gətirilməyincə, Azərbaycanın hər hansı missiyada heç bir iştirakı nəzərdə tutulmur”.

Digər tərəfdən, Prezident İlham Əliyev yerli televiziya kanallarına müsahibəsində “Azadlığa Dəstək Aktı” barədə və ABŞ-Azərbaycan münasibətlərinə dair fikir bildirib. O, müxtəlif dövrlərdə ABŞ administrasiyaları tərəfindən 907-ci düzəlişin Azərbaycana təzyiq vasitəsi kimi istifadə edildiyini və bu düzəlişin tamamilə ləğvinin labüdlüyünü əsaslandırıb.

Torpaqlarımızın Ermənistan tərəfindən işğalının davam etdiyi bir dövrdə ABŞ Konqresi Azərbaycanın guya Ermənistana "blokada" tətbiq etməsini bəhanə kimi göstərərək, Azərbaycana ABŞ-dan dövlət yardımının göstərilməsini qadağan edən düzəlişi təsdiqləyib.

Aktın 907-ci maddəsi Birinci Qarabağ müharibəsindən başlayaraq 30 il ərzində müxtəlif dövrlərdə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunub. Dövlətimizin başçısı isə bu prosesdə xüsusi aktiv olan şəxsin o dövrdə senator kimi, sonra vitse-prezident, daha sonra Prezidentliyi dövründə Co Bayden olduğunu bildirib.

Belə ki, Bayden administrasiyası Əfqanıstan əməliyyatlarından sonra nankorcasına 907-ci düzəlişi yenidən canlandırıb, bunu Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışıb. Ancaq Azərbaycan Əfqanıstan missiyasına erkən qoşulan, hərbi kontingent göndərən və onu artıran, eyni zamanda, ABŞ üçün həyati əhəmiyyət daşıyan nəqliyyat-logistika dəstəyini təmin edən etibarlı tərəfdaş olub. Buna baxmayaq, ABŞ qoşunları Əfqanıstanı tərk etdikdə Azərbaycanın dəstəyi heç olmamış kimi unudulub. Aktın 907-ci düzəlişinin, sonrakı dövrlərdə dərin ikili standartlarla Azərbaycana qarşı görülən tədbirlər və təşəbbüslərin həmmüəllifləri arasında ermənipərəst Senator Bob Memendez və Frank Peloni kimi şəxslər də olub.

Onlar müxtəlif dövrlərdə 907-ci düzəlişin dayandırılması və ləğvinin Prezident səlahiyyətlərindən çıxarılmasına çalışıblar. Bob Menendez, həmçinin uzun illər ərzində Azərbaycan haqqında mənfi narrativlərin formalaşdırılmasında mərkəzi rol oynayıb. ABŞ Senatının Xarici Əlaqələr Komitəsinin sədri kimi o, ABŞ–Azərbaycan əməkdaşlığına ardıcıl şəkildə qarşı çıxıb, 907-ci düzəlişlə bağlı məhdudiyyətləri qətiyyətlə dəstəkləyib, açıq şəkildə Azərbaycanı insan hüquqlarının pozulmasında və aqressiyada ittiham edib. Amma həqiqət öz yerini 30 il sonra tapdı və bu bədnam düzəliş Tramp administrasiyası dönəmində donduruldu. Bu, prezidentimizin və diplomatiyamızın şanlı qələbələrindən biridir.

B.Menendez sonradan federal səviyyədə rüşvət və korrupsiya ittihamları ilə məhkum edilib və siyasi etibarlılığını birdəfəlik itirib.

Frank Peloni də ABŞ Konqresində, xüsusilə də qanunvericilik müstəvisində, Azərbaycanla bağlı mənfi siyasi narrativin formalaşdırılmasında ən fəal fiqurlardan biri olub. Ermənipərəst konqres üzvü kimi tanınan F.Peloni erməni diasporu səbəbindən daim birtərəfli qaydada Azərbaycana qarşı lobbi aparıb. 2020-ci il Vətən müharibəsi zamanı və sonrakı mərhələlərdə Azərbaycanın əleyhinə sərt mövqedən çıxış edib.

Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsində çox vacib mesajlar yer alır. Dövlətimizin başçısı, ilk növbədə, 44 günlük Vətən müharibəsində qazandığımız böyük Qələbədən sonra yaranmış yeni təhlükəsizlik mühitinə diqqət çəkdi. Prezidentin də bəyan etdiyi kimi, məhz ötən il – 2025-ci ildə Ermənistan–Azərbaycan müharibəsinə siyasi nöqteyi-nəzərdən son qoyuldu və artıq biz bir neçə aydır ki, sülh şəraitində yaşayırıq.

Sülhün təşəbbüskarı Azərbaycandır və ötən il Vaşinqtonda əldə olunan razılaşma əsasında tərəflər sülh istiqamətində çox vacib addımlar atdı. Dövlətimizin başçısının da söylədiyi kimi, “Biz artıq cəmi beş ay bu şəraitdə yaşamağımıza baxmayaraq, bunun bəhrəsini görürük - həm siyasi, həm iqtisadi müstəvidə”. Bu, sabitliyə və təhlükəsizliyə olan inamın artması fonunda irəliyə addımlamağa və ölkə qarşısında duran bütün vəzifələri bundan sonra da həll etməyə imkan verir.

Müsahibədə, həmçinin ölkədə həyata keçirilən sosial islahatlar, iqtisadi dayanıqlıq və idarəetmədə effektivlik, enerji və nəqliyyat layihələrinin əhəmiyyəti, həmçinin beynəlxalq tərəfdaşlarla əməkdaşlıq perspektivlərinə xüsusi diqqət yetirilir, gələcəyəyönəlik inkişaf strategiyalarına dair mesajlar üstünlük təşkil edir.

Digər tərəgdən, 2025-ci il Azərbaycanla bağlı bir çox əlamətdar hadisələrlə yadda qaldı. Ölkəmizin Prezidenti yerli televiziya kanallarına geniş müsahibəsində Azərbaycanın rolu, maraqları, həmçinin bir sıra beynəlxalq və regional məsələlərdə mövqeyi ilə bağlı bir çox sualları cavablandırıb.

Bunlara avqustun 8-də Ağ Evdə ABŞ ilə müvafiq memorandumun imzalanması, ərazilərimizin işğaldan azad edilməsindən sonra qonşu dövlətlə münasibətlərdə mühüm mərhələ olan Ermənistanla sazişin paraflanması və qlobal siyasətdə əsas aktorlardan biri olan Çin Xalq Respublikası ilə münasibətlər daxildir.

Ölkəmizin bağladığı sazişlər, həyata keçirilən səfərlər və strateji əməkdaşlıq müqavilələri ikitərəfli münasibətlərin möhkəmləndirilməsində, habelə regionumuzda planlaşdırılan və artıq həyata keçirilən irimiqyaslı layihələrin həyata keçirilməsində mühüm rol oynayır.

Azərbaycan müsəlman dövlətlərindən ibarət və beynəlxalq münasibətlərdə mühüm rol oynayan D8 təşkilatının tamhüquqlu üzvü olub. Bütün bu ilkin şərtlər, atılan müsbət addımlar göstərir ki, biz düzgün yoldayıq və 2026-cı ildə bu dövlətlərlə əməkdaşlığımızı inkişaf etdirəcək, həmçinin diplomatiya sahəsində Azərbaycanın maraqlarına xidmət edəcək və dövlətçiliyimizi gücləndirəcək daha mühüm addımlar atacağıq.

Eyni zamanda, Prezident İlham Əliyevin ötən gün jurnalistlərə verdiyi müsahibədə “dünyada beynəlxalq hüququn olmadığını” vurğulaması, əslində, qlobal sistemdə illərdir formalaşmış dərin paradoksun açıq ifadəsidir. Bu, Azərbaycanın tarixi təcrübəsindən və yaşadığı real hadisələrdən irəli gələn nəticədir.

Son müsahibəsində cənab Prezident İlham Əliyevin Azərbaycan dili ilə bağlı səsləndirdiyi fikirlər isə dili sadəcə ünsiyyət vasitəsi kimi deyil, cəmiyyətin bütövlüyünü təmin edən əsas faktor kimi təqdim edir. Dövlət başçısı bu mövqeyi çox aydın şəkildə ifadə edir: “Dil insanları birləşdirir, əhalini birləşdirir”.

Bu yanaşma göstərir ki, dil təkcə ünsiyyət vasitəsi deyil, ictimai münasibətlərin formalaşmasında və sosial inteqrasiyada həlledici rol oynayan əsas amildir. Dil insanların düşüncə tərzini, davranış qaydalarını və ortaq mədəni normaları uyğunlaşdırır, beləliklə, cəmiyyətdə vahid dəyərlər sistemi meydana çıxır.

Beləliklə, dil həm mədəni, həm sosial, həm də siyasi inteqrasiya mexanizmi kimi çıxış edir, millətin birliyinin və davamlılığının əsas dayağına çevrilir.

Bir sözlə, ölkə başçısının yerli telekanallara son müsahibəsi cənab prezidentin bütün sahə və istiqamətləri hər zaman şəxsi nəzər-diqqətində saxladığının aydın şəkildə göstəricisi və mücəssəməsidir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:81
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 07 Yanvar 2026 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see222

İordaniya Azərbaycan üçün Yaxın Şərqdə qapıdır ŞƏRH

07 Yanvar 2026 15:00see201

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see186

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see181

Türkiyə MN: Dəməşqə dəstək verməyə hazırıq

08 Yanvar 2026 13:29see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see170

KİV: İsveçrədə yanğın baş verən barın sahibi Fransada insan alverində təqsirli bilinib

06 Yanvar 2026 20:17see169

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see155

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see155

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see155

Bağına ciddi ziyan dəyən fermer sığortasını ala bilmir VİDEO

08 Yanvar 2026 09:40see151

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see149

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see142

Azərbaycan ACWA Power ilə elektrik enerjisinin ötürülməsini müzakirə edib

07 Yanvar 2026 14:03see138

Prezidentin bu gün təltif etdiyi Sevinc Kərimova vəfat edib

07 Yanvar 2026 23:44see137

23 il qarajda toz basan avtomobil beş milyon avroya satılır

08 Yanvar 2026 05:13see136

Kollecə direktor müavini və icraçısı təyin olunub

07 Yanvar 2026 09:33see133

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see133

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see130

Bakıda dələduzluq edən SMM saxlanıldı

08 Yanvar 2026 12:17see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri