Icma.az
close
up
RU
Daxili xaos, boş xəzinə və iflas: Müharibə İranın çıxış yolu yoxsa, intiharı

Daxili xaos, boş xəzinə və iflas: Müharibə İranın çıxış yolu yoxsa, intiharı

Olke.az saytına istinadən Icma.az xəbər verir.

İranda davam edən etiraz aksiyaları və dərinləşən sosial-iqtisadi böhran fonunda Tehran–Vaşinqton qarşıdurmasının hərbi mərhələyə keçməsi ehtimalı yenidən gündəmə gətirilir. Xüsusilə regionda artan gərginlik, İsrail amili və İranın daxili zəiflikləri bu ssenarini müzakirə mövzusuna çevirib. Lakin məsələni emosional deyil, rasional və strateji çərçivədə təhlil etdikdə İran–ABŞ müharibəsinin nə qədər real olduğu aydın şəkildə görünür.

2025-ci ilin yayında baş vermiş və cəmi 12 gün davam edən İsrail–İran qarşıdurması Tehranın real hərbi potensialını açıq şəkildə ortaya qoydu. Bu müharibə göstərdi ki, İran nə texnoloji baxımdan, nə maliyyə resursları baxımından, nə də uzunmüddətli əməliyyatlar aparmaq imkanları etibarilə böyük güclə, xüsusilə də  ABŞ-la birbaşa müharibə aparmaq iqtidarında deyil.

ABŞ-la mümkün müharibə qısamüddətli deyil, çoxşaxəli, hava, dəniz, kiber və iqtisadi müstəviləri əhatə edən ağır bir qarşıdurma deməkdir. Belə bir savaş isə yalnız hərbi güc yox, dayanıqlı iqtisadiyyat, güclü logistika və ictimai dəstək tələb edir. İran isə hazırda bu üç əsas sütunun heç birinə malik deyil.
İran iqtisadiyyatı sanksiyalar, korrupsiya, struktur problemləri və yanlış idarəetmə səbəbindən faktiki iflas həddinə çatıb. Milli valyutanın kəskin ucuzlaşması, inflyasiyanın nəzarətdən çıxması və əhalinin alıcılıq qabiliyyətinin çökməsi ölkə daxilində narazılığı daha da artırıb. Etiraz aksiyalarının və xaosun əsas səbəbi də məhz budur.

Bu şəraitdə genişmiqyaslı müharibə aparmaq üçün tələb olunan maliyyə resurslarının mövcudluğundan söhbət gedə bilməz. Müharibə İran üçün problemi ört-basdır edən vasitə yox, mövcud böhranı sürətlə dərinləşdirən katalizator rolunu oynayar.
Tehran rejimi tarixən daxili narazılığı “xarici düşmən” obrazı üzərindən neytrallaşdırmağa çalışmaq istər. Nəzəri olaraq müharibə daxili çəkişməni kənara yönəltmək üçün istifadə etmək istər. Lakin hazırkı mərhələdə bu taktika artıq işləmir. Çünki cəmiyyətin əsas tələbi ideoloji yox, sosial-iqtisadi xarakter daşıyır.

Üstəlik, müharibə aparmaq üçün yalnız ideoloji çağırış kifayət deyil. Canlı qüvvə məsələsi də ciddi problemdir. Sosial narazılığın pik həddə olduğu bir ölkədə kütləvi səfərbərlik aparmaq və uzunmüddətli müharibə üçün insan resursu toplamaq demək olar ki, mümkünsüzdür.
Tehran ən yaxşı halda ABŞ və müttəfiqlərinə qarşı dolayı və ya uzaqmənzilli vasitələrdən, xüsusən də raket hücumlarından, proksi qüvvələr və asimmetrik taktikadan istifadə edə bilər. Lakin bu da İran üçün ciddi maliyyə itkisi deməkdir. Hər bir raket buraxılışı onsuz da zəif olan büdcəyə ağır yükdür və strateji nəticə etibarilə balansı dəyişmir.
Birbaşa ABŞ-la hərbi toqquşma isə İran üçün fəlakət ssenarisi olar. Bu, rejimin zəifləməsi deyil, tam çökməsi ilə nəticələnə bilər.

İstisna edilmir ki, ABŞ və İsrail İranı tam zəiflətmək və ya sistemli şəkildə çökdürmək üçün məhdudmiqyaslı hərbi planları gündəmdə saxlasın. Lakin belə bir ssenari də Tehran üçün çıxış yolu deyil, rejimin sonunu sürətləndirən amil olar.
Eyni zamanda genişmiqyaslı müharibə region üçün də son dərəcə təhlükəlidir. Yaxın Şərqdə destabilizasiya dərinləşər, enerji təhlükəsizliyi risk altına düşər və bəzi regional və qlobal güclər bu xaosdan öz maraqları naminə istifadə etməyə çalışar.

Maliyyə, sosial və iqtisadi böhran içərisində olan İranın ABŞ-la müharibə aparması nə praktik, nə də nəzəri baxımdan mümkün görünür. Belə bir müharibə Tehran üçün çıxış yolu deyil, sonun başlanğıcı olar. Buna görə də İranın real strategiyası açıq müharibədən qaçmaq, sərt ritorika və təhdidedici bəyanatlar daha çox psixoloji təsir və daxili auditoriyanı sakitləşdirmək üçün istifadə etmək üzərində qurulub.

İndiki şəraitdə İran siyasi-hərbi elitası üçün əsas prioritet rejimin davamlılığıdır. Tehranda onu da yaxşı bilirlər ki, bu cür addım rejimin mövcudluğunu birbaşa sual altına qoyar.
Nəticə etibarilə, Tehran ABŞ-la müharibənin onun üçün fəlakət olacağının fərqindədir və bu səbəbdən istənilən genişmiqyaslı təxribata getmək niyyətində deyil. 

Mürtəza

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:84
embedMənbə:https://olke.az
archiveBu xəbər 13 Yanvar 2026 18:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see187

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see152

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see146

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see140

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see134

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri