Icma.az
close
up
RU
Dayanıqlı memarlıq, yaxud müasir ev necə olmalıdır? ekspertlə söhbət

Dayanıqlı memarlıq, yaxud müasir ev necə olmalıdır? ekspertlə söhbət

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 25 aprel, Adbulla Suvar, AZƏRTAC

Evi əbəs yerə ailənin ən mühüm sosial ehtiyacı hesab etmirlər. Çünki ev təkcə daşdan və betondan ibarət bir məkan deyil, həm də hər kəsin rahatlıq və dinclik tapdığı bir ünvandır. Ömrümüzün ən xoş və unudulmaz anları da çox vaxt evlə bağlı olur.

Müasir dövrdə həyat tərzinə və ehtiyaclara uyğun çoxsaylı ev layihələri mövcuddur. Hər bir ev öz sahibinə xasdır və bir-birindən fərqlənir. Şübhəsiz ki, ev nə qədər geniş, təmirli və estetik baxımdan cəlbedici olsa, bir o qədər doğmalıq hissi və rahatlıq bəxş edir. Lakin evin gözəlliyi və funksionallığı ilk növbədə onun layihələndirilməsi və tikilişindən asılıdır. Əlbəttə, burada maddi imkanlar da böyük rol oynayır.

Son illər dəyişən memarlıq trendləri, ekoloji və enerji səmərəli yanaşmalar yeni suallar doğurur. Bu suallara cavab tapmaq üçün Azərbaycan Memarlar İttifaqının “Dayanıqlı Memarlıq” üzrə yaradıcılıq komissiyasının sədri, təcrübəli memar Fəxrəddin Verdiyevlə söhbətləşdik.AZƏRTAC müsahibəni təqdim edir.

– Fəxrəddin müəllim, əvvəlcə oxucularımıza özünüzü təqdim edin.

– Mən 2002-ci ildə Azərbaycan Memarlıq və İnşaat Universitetini bitirmişəm. 23 ildir bu sahədə fəaliyyət göstərirəm. Bir çox mühüm dövlət layihələrinin memarı olmuşam. Son illərdə əsas diqqətimi ekologiya baxımından dayanıqlı memarlığa yönəltmişəm və bu istiqamətdə bir sıra sertifikatlar əldə etmişəm.

– Dayanıqlı memarlıq ideyası necə formalaşıb?

– Bu anlayış ilk dəfə 1987-ci ildə BMT-nin hesabatında yer aldı. 2015-ci ildə isə BMT-nin müəyyən etdiyi 17 Dayanıqlı İnkişaf Məqsədi qəbul edildi. Dayanıqlı memarlıq həm insana, həm də təbiətə uyğun həyat şəraitinin qurulmasıdır. Bu sahədə əsas prinsiplər ekoloji, iqtisadi və sosial dayanıqlıqdır.

– Memarlığı dayanıqlı edən nədir?

-Əvvəla, bu, resurslardan rasional istifadədir, resurslar isə son nəticədə pul deməkdir. Məsələn, temperaturu saxlamayan bir ev tikmisinizsə, qışda divarlarınız və damınız vasitəsilə istilik yalnız evi deyil, həm də küçəni isidəcək. Buna görə də, belə bir evi qızdırmaq üçün daha çox enerji və pul lazımdır. Ekoloji cəhətdən dayanıqlı bir ev minimal enerji sərfiyyatı ilə isti və rahat olacaq. Eyni durum kondisioner, havalandırma, işıqlandırma kimi amillərə də aiddir. Təbii ki, istilik izolyasiyası dayanıqlığın tərkib hissələrindən biridir. Bütövlükdə, bu, günəş trayektoriyası, külək istiqaməti və bir çox digər amillər nəzərə alınmaqla, enerji və iqlim təhlilinə əsaslanan kifayət qədər mürəkkəb layihədir. Son məqsəd karbon neytral, yəni ətraf mühitə zərər verməyən binalar inşa etməkdir.

– Müasir texnologiyalar memarlığa necə təsir göstərir?

– Texnologiyalar bizə istənilən şəraitdə rahat evlər qurmaq imkanı verir. Lakin biz bu zaman ənənəvi üsulları unutmamalıyıq. Keçmişdə insanlar kondisionersiz də rahat yaşaya bilirdilər, çünki evlər düzgün istiqamətə yönəldilmişdi, havalandırma nəzərə alınmışdı.

– Müasir ev necə inşa olunmalıdır?

– Ev yerləşdiyi yerin iqlim şəraitinə uyğun olmalıdır. Rütubət, günəş, külək, səs-küy və toz kimi amillər nəzərə alınmalı, daha sonra texnologiyalar – sensorlar, avtomatlaşdırılmış sistemlər tətbiq olunmalıdır.

– Rahat və səssiz ev inşa etmək mümkündürmü?

– Əlbəttə! Bunun üçün keyfiyyətli materiallar və düzgün ventilyasiya sistemləri vacibdir. Yüksək keyfiyyətli havanı və evdə kif və rütubətin olmamasını təmin etmək üçün rütubətin yalnız küçədən gəlmədiyini başa düşməliyik. Mətbəxdə yeməyin bişirilməsi, vanna otağından istifadə edilməsi və hətta nəfəs almağımız da nəm mənbəyidir. Buna görə də, evlərdə ventilyasiya şaxtalarından istifadə etmək çox vacibdir ki, təbii havaçəkmə sayəsində evdə havanın hərəkət istiqamətini düzgün təmin edərək, evdən isti və işlənmiş nəmli havanı davamlı olaraq xaric etsin. Bu, təmiz hava axını və binaların davamlı ventilyasiyasını təmin edir. Sensorla idarə olunan klapanları ventilyasiya şaxtalarında yerləşdirsək, qışda isitməyə, yayda isə kondisionerə qənaət edən, evdən yalnız lazımi miqdarda havanı çıxaran çox qənaətcil və ağıllı texnologiyalar əldə edəcəyik. Pəncərələri açaraq evin mütəmadi havalandırılması çox vacibdir. Lakin ventilyasiya sistemindən fərqli olaraq, bunu daimi şəkildə etmək mümkün deyil. Çünki dəyişən hava şəraitinə görə pəncərələri daimi açıq saxlamaq olmur. Küçədən toz, səs-küy və ya güclü küləyin olması pəncərələrin daha az açılmasına və evdəki otaqların kifayət qədər havalandırılmamasına səbəb olur ki, bu da havanın keyfiyyətinin azalmasına gətirib çıxarır və sağlamlığımıza mənfi təsir göstərir. Eyni zamanda, pəncərələrin tez-tez açılması istilik və ya soyuqluğun itkisinə səbəb olur ki, bu da istilik və ya soyutma xərclərini artırır.

– Kiçik sahədə rahat ev tikmək üçün nələrə diqqət etməliyik?

– Təəssüf ki, biz çox vaxt otaqların pəncərələrini hansı istiqamətə yönəltməyi və evi günəşə nisbətən necə yerləşdirməyi seçə bilmirik. Torpaq sahəsi kiçik olduğuna görə, demək olar ki, əsasən evin yerləşməsi yola və qonşu evlərin yerləşməsinə bağlıdır. Mövcud şəraitə görə, böyük pəncərələrin qərb istiqamətində yerləşməsi qaçılmazdırsa, onların üzərində kölgə yaradan kiçik bir çıxıntı (koziryok) və ya talvar yerləşdirə bilərik. Bu, otağı daha sərin edəcək. Həmçinin, iqlimimizi nəzərə alaraq, ikitərəfli və ya ən azı künc havalandırması imkanını təmin etmək vacibdir. Yan fasadda bir pəncərə yerləşdirmək mümkün deyilsə, kiçik olsa da, əhəmiyyətli bir nəticə verəcək bir havalandırma pəncərəsindən (fortoçka) istifadə etməlisiniz. Şimal və qərb istiqamətində olan divarları və damı mütləq şəkildə istilik izolyasiyası ilə təmin etmək lazımdır. Sahə çox kiçik olsa belə, kürsü ətrafında rütubətə nəzarəti təmin etmək üçün hasarla ev arasında insanın keçə bildiyi qədər boşluq saxlamaq lazımdır ki, ehtiyac olduqda kiçik işlər görməyə imkan olsun.

– Sonda nə demək istərdiniz?

– Rahat və enerji cəhətdən qənaətli ev tikmək üçün mütəxəssislərin birgə işi vacibdir. Layihə internetdən götürülsə belə, onu yerin iqliminə uyğunlaşdırmadan tikmək olmaz.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:229
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Aprel 2025 11:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrında “Çinarənin elçiləri” tamaşasının premyerası keçirilib

27 Oktyabr 2026 14:22see521

“Miqrasiya soydaşlarımız üçün qorxulu görünməməlidir” Deputat

27 Oktyabr 2026 12:01see473

Instagram da yeni funksiya

28 Oktyabr 2026 05:57see367

“Qızıl top” mükafatının saytı eyni vaxtda üç qalib elan etdi

26 Oktyabr 2026 23:52see315

Makron etiraf etdi

27 Oktyabr 2026 00:54see255

Gecə saatlarında əməliyyat “zərərçəkmişlər” xilas olundu VİDEO

27 Oktyabr 2026 12:16see251

Putin yeni hökumət üzvləri ilə ayrıca görüş keçirməyəcək

27 Oktyabr 2026 02:51see232

İlin ən yaxşı gənc futbolçusu seçildi ardıcıl üçüncü dəfə

27 Oktyabr 2026 01:10see231

Bəzi insanlarda şokolad, pomidor, limon və digər turş qidalar reflüks əlamətlərinin artmasına səbəb olur HƏKİM

27 Oktyabr 2026 12:12see227

Naxçıvanda dişi ağrıyan əsgərimiz niyə ölüb?

27 Oktyabr 2026 11:53see222

PSJ “Lion”u məğlub edərək Liqa 1 də liderliyə yüksəldi VİDEO

27 Oktyabr 2026 01:32see217

ABB istiqraz emissiyasının növbəti mərhələsinə start verdi

27 Oktyabr 2026 18:27see207

Ölümdən 2 gün əvvəl bədəndə nə baş verir? 3 mərhələdə gediş

27 Oktyabr 2026 23:48see200

İpoteka ilə mənzil sahibi olmaq nə qədər realdır?

27 Oktyabr 2026 17:28see198

Xərçəng müalicəsində yeni mərhələ: Yeni peyvənd sınaqdan keçirildi

27 Oktyabr 2026 18:04see193

Gizli təzyiqinizin olduğunu necə bilmək olar?

28 Oktyabr 2026 02:06see192

Mbappenin açıqlaması Çində qəzəbə səbəb oldu

28 Oktyabr 2026 02:46see186

Bolsonaro Braziliyanı tərk etdi

28 Oktyabr 2026 01:16see181

Sərnişinlərə şad xəbər: ADY bəzi istiqamətlərdə sərnişindaşımaları bərpa edir

27 Oktyabr 2026 20:22see178

Nazir onu bu quruma rəis təyin etdi

27 Oktyabr 2026 20:30see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri