Dayısı atası general olan bacısı oğlu ilə bağlı paylaşım etdi 21 yaşında vəfat etmişdi FOTOlar
News24 saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
"Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Fərhad Qaraşov bir neçə gün əvvəl vəfat edən bacısı oğlu 21 yaşlı Ayxan Qasımovla bağlı paylaşım edib.
News24.az qafqazinfo.az-a istinadən xəbər verir ki, F. Qaraşov instaqram hesabında yazıb:
"Dayısının kişi balası, ürəyim, dostum... Həyatımızın ən gözəl hissəsi idin. Mələyimiz, sən həmişə bizimləsən...
Ağsaqqal idin, cəmi 21 ilə sərhədsiz sevgilər, hörmət, dəyərlər və çox yaxşı xatirələr qazandın və yaratdın. Mənim gözəl, nur üzlü balam! Sən məni çox istəyirdin, mən də səni. Ağıllı, tərbiyəli, mədəni, qayğıkeş, yanımcıl balam... Başqa oğul idin! Sözlər aciz və yetərsiz..."
Qeyd edək ki, Ayxan Qasımov Penitensiar Xidmətin rəis müavini general-mayor Orxan Qasımovun oğlu, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin keçmiş rəisi Arif Qaraşovun nəvəsidir.
Onun xəstəlik səbəbindən dünyasını dəyişdiyi bildirilir.



Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 26 Fevral 2025 23:48 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















