DÇ 2026 da bombardir yarışı: Üç futbolçu zirvədə
Idman.biz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Futbol üzrə 2026-cı il dünya çempionatında bombardir yarışı davam edir.
İdman.Biz xəbər verir ki, 21 iyun tarixinə ən sərrast futbolçular siyahısında üç oyunçu liderdir. Argentina millisinin hücumçusu Lionel Messi, Kanada yığmasının forvardı Conatan Devid və Almaniya millisinin hücumçusu Deniz Undav hərəyə üç qol vurublar.
Növbəti oyun günündə mundialda dörd qarşılaşma keçirilib. Niderland İsveçi 5:1 hesabı ilə darmadağın edib, Almaniya Kot-d'İvuarı 2:1 məğlub edib, Ekvador Kürasao ilə qolsuz heç-heçə edib, Yaponiya isə Tunisi 4:0 hesabı ilə üstələyib.
Qeyd edək ki, pley-offa hər qrupdan ilk iki yeri tutan komandalar, həmçinin üçüncü yerdə qərarlaşan ən yaxşı səkkiz yığma çıxacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:142
Bu xəbər 21 İyun 2026 10:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















