Icma.az
close
up
RU
DÇ heyətindən kənarda qalan ulduzlar İngiltərədə böyük səs küyə səbəb oldu

DÇ heyətindən kənarda qalan ulduzlar İngiltərədə böyük səs küyə səbəb oldu

Icma.az bildirir, sport24.az portalına istinadən.

Tomas Tuxel İngiltərə millisinin Dünya Çempionatı üçün yekun heyətini bəyan edib. Sport24.az xəbər verir ki, almaniyalı mütəxəssisin seçimi ölkədə böyük səs-küyə və müzakirələrə səbəb olub. Belə ki, komandaya dəvət almayan ulduzların siyahısı gələnlərdən daha çox diqqət çəkib.
​Baş məşqçi Fil Foden, Harri Maquayr, Koul Palmer və Trent Aleksander-Arnold kimi ulduzları kənarda qoyub. Bundan başqa, bu mövsüm Premyer Liqada 14 qolla ən məhsuldar ingilis futbolçu olan Morqan Gibbs-Uayt, həmçinin Adam Uarton, Luis Hall, Luk Şou, Levi Kolvill, Konor Qallaxer və Cerrod Bouen də heyətdən kənarda qalıb.
Heyətdə cəmi 8 futbolçu – Pikford, Rays, Stounz, Henderson, Keyn, Reşford, Saka və Bellingem 2022-ci ildə Qatarda keçirilən turnirdən sonra yerini qoruya bilib. Cek Spens ("Tottenhem"), Carrell Kuansa ("Bayer") və Tino Livramentonun ("Nyukasl") dəvət alması isə sürpriz addım hesab olunur.
Tuxel mətbuata açıqlamasında bu addımlarını komandadakı daxili ab-hava ilə əlaqələndirib:
"Burada əsas prioritet qrup və komandadır. Beynəlxalq futbolda ən vacib amil oyunçular arasındakı kimyadır. Çempionluqları komandalar qazanır. Hər kəsi məmnun etmək çətindir. Çox çətin qərarlar verməli olduq. İndi tam komandaya güvənirik".
Qeyd edək ki, L qrupunda mübarizə aparacaq ingilislər iyunun 17-də Xorvatiya, iyunun 23-də Qana, iyunun 27-də isə Panama ilə qarşılaşacaqlar.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:199
embedMənbə:https://sport24.az
archiveBu xəbər 22 May 2026 16:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see396

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see383

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see377

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see374

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see354

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see353

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see335

Azərbaycanla tərəfdaşlıq yeni inkişaf perspektivləri açır

21 Noyabr 2026 20:18see335

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see315

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see313

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see308

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see297

Qazax şəhərində beşinci İdman Festivalının açılış mərasimi keçirilib FOTO

20 Noyabr 2026 21:35see267

Parisdə bugünkü etirazlara 21 mindən çox şəxs qatılıb

21 Noyabr 2026 21:24see229

Dünya iqtisadiyyatı təhlükə qarşısındadır KİV

22 Noyabr 2026 07:02see222

Azərbaycanda regional tədris mərkəzinin yaradılması Dünya Bankı ilə müzakirə edilib

21 Noyabr 2026 15:42see220

BOKT nin rəhbərliyinə təyinat olub

21 Noyabr 2026 14:31see209

Ekspert: Dövlət idarəçiliyinin rəqəmsallaşdırılması Azərbaycan iqtisadiyyatının rəqabət qabiliyyətini artırır

21 Noyabr 2026 17:24see207

La Liqa: Derbidə “sülh”

22 Noyabr 2026 00:06see207

Dərmanlar da icbari tibbi sığortaya daxil edilir Kimlər faydalanacaq?

20 Noyabr 2026 22:21see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri