DÇ: Millimiz Yaponiyaya məğlub olub YENİLƏNİB
Icma.az bildirir, Apasport portalına istinadən.
Bakıda keçirilən cüdo üzrə böyüklər arasında dünya çempionatının son günündə Azərbaycan millisi qarışıq komanda yarışında mübarizəni dayandırıb.
Apasport.az xəbər verir ki, yığmamız 1/8 final mərhələsində Yaponiya ilə qarşılaşıb və 1:4 hesabı ilə məğlub olub.
Bununla da cüdoçularımız komanda yarışında mübarizəni başa vurublar. Azərbaycan millisi 1/16 finalda Avstriyaya 4:0 hesabı ilə qalib gəlmişdi.
Qadınlardan ibarət komandada Gültac Məmmədəliyeva və Xədicə Qədəşova (hər ikisi 57 kq), Südabə Ağayeva və Hanna Zaytseva (hər ikisi 70 kq), eləcə də Madina Kaisinova (+70 kq) yer alıblar.
Kişilərdən isə Rəşid Məmmədəliyev və Ruslan Paşayev (hər ikisi 73 kq), Zelim Tçkayev və Süleyman Şükürov (hər ikisi 90 kq), həmçinin Zelim Kotsoyev və Uşanqi Kokauri (+90 kq) komandanın heyətinə daxil ediliblər.
Milli Gimnastika Arenasında keçirilən səkkizinci yarış günündə 18 ölkədən 192 cüdoçu komanda yarışında mübarizə aparıb.
Qeyd edək ki, Azərbaycan millisi fərdi yarışları rekord nəticə ilə – 7 medalla başa vurub. Əhməd Yusifov (60 kq) dünya çempionu olub. Zelim Tçkayev (81 kq) və Uşanqi Kokauri (+100 kq) gümüş, Rəşid Məmmədəliyev (73 kq), Ömər Rəcəbli (81 kq), Murad Fətiyev (90 kq) və Kənan Nəsibov (+100 kq) isə bürünc medal qazanıblar.
Madina Kaisinova mundialla erkən vidalaşdı Dünya çempionatı: 4 cüdoçumuz tatamiyə çıxacaq Olimpiya çempionumuz mundialla vidalaşdı - YENİLƏNİB Murad Fətiyev bürünc medal qazanıb - YENİLƏNİB Elcan Hacıyev dünya çempionatında 1/8 finalda dayandı - YENİLƏNİB
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:153
Bu xəbər 11 Oktyabr 2026 12:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















