De Paul və Tini fanatları heyrətləndirdi: münasibət artıq gizlədilmir FOTO
Idman.biz portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Argentina millisinin və “İnter Mayami”nin yarımmüdafiəçisi Rodrigo De Paul və məşhur müğənni Tini Stoessel münasibətlərində yeni və olduqca şəxsi bir mərhələni ictimailəşdiriblər.
İdman.Biz xəbər verir ki, De Paul sosial şəbəkə hesabında gündəlik həyatından bir neçə görüntü paylaşsa da, diqqət əsasən iki konkret epizoda yönəlib.
Birinci fotoda Tini əli ilə futbolçunun qarın nahiyəsində kiçik qırmızı ürəklər çəkir. Sadə, amma emosional baxımdan güclü olan bu jest dərhal fanatların reaksiyasına səbəb olub. Paylaşımda yer alan qısa videoda isə həmin ürəklərin artıq döymə şəklində De Paulun dərisinə həkk edildiyi görünür. Bu, əvvəlki romantik anın sadəcə jest olaraq qalmadığını, qalıcı bir qərara çevrildiyini göstərir.
Bu paylaşım Tinının son dövrlər sosial mediada futbolçu ilə daha açıq və şəxsi məqamlarını paylaşdığı silsilənin davamı kimi qiymətləndirilir.
Ürək fotosu və döymə videosu ilə De Paul və Tini münasibətlərinin xüsusi bir mərhələdə olduğunu, artıq sadəcə yaxınlıq yox, açıq bağlılıq nümayiş etdirdiklərini ortaya qoyublar.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:50
Bu xəbər 13 Yanvar 2026 15:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















