Dəfələrlə xəbərdar olunur, amma nəticə yoxdur Nəqliyyat eksperti
Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
“Paytaxtda skuterləri hərəkəti üçün hər cür şərait yaradılıb. Amma skuter sürənlərin özbaşınalığı, yol hərəkəti qaydalarına riayət edilməməsi onlara qarşı sərt qaydaların tətbiq olunmasına gətirib çıxaracaq”,
Bunu 525.az-a nəqliyyat eksperti Elməddin Muradlı deyib. Ekspertin sözlərinə görə, onlar üçün bu qədər imkan, şərait yaradılıb, amma onun qarşılığında belə davranış xoş deyil:
“Düşünürəm ki, bu sahədə ciddi nəzarət mexanizmi qurulmalıdır. Bunun üçün qanunvericilik səviyyəsində məsələyə bir daha baxmaq lazımdır. Dəfələrlə xəbərdar olunur, amma görürük ki, nəticə yoxdur. Deməli, bu, deyilməklə düzələsi məsələ deyil. Nəzarət mexanizmi gücləndirilməlidir, bunun başqa yolu yoxdur. Bir çox ölkələr bu problemi yaşayıblar. Bu problemdən çıxış yolunu daha sərt cəzalarda görən ölkələr də var. Bəzi ölkələr isə ümumiyyətlə skuterlərin hərəkətini qadağan edir. Mən istəməzdim proses o səviyyəyə gəlib çatsın, amma bəzən görürsən ki, insanlar buna özləri şərait yaradırlar ki, belə olsun. Sözlə, xəbərdarlıqla artıq alınmır. Bu qədər sözün, məsləhət və xəbərdarlığın qarşılığında nəticə dəyişmirsə, sərt addımların atılması qaçılmazdır”.
Sevinc Qarayeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 30 İyul 2026 10:04 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















