Icma.az
close
up
RU
Dəfinə tapan şəxs ona sahib ola bilərmi?

Dəfinə tapan şəxs ona sahib ola bilərmi?

Icma.az, Moderator.az portalına istinadən məlumat yayır.

“Roma hüququnun qədim hüquqi təsisatlarından olan dəfinə institutu mülkiyyət hüququnun əldə edilməsinin ilkin üsullarından biridir. Hələ Qədim Romada dəfinə anlayışı “thesaurus” termini ilə ifadə olunurdu. Bu söz çoxdan bəri hər hansı bir yerdə gizləşdilmiş istənilən qiymətli əşyanı ifadə edirdi. Dəfinə xüsusiyyəti belə xarakterizə edilirdi ki, o, aşkar edildikdə, onun mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmurdu”.

Bu sözləri Moderator.az-a hüquqşünas Yunis Xəlilov deyib.

Hüquqşünas qeyd edib ki, məlum olmayan niyyətlərə və səbəblərə görə öz sərvətini torpağa basdıran şəxs bununla da həmin sərvətlərə olan mülkiyyət hüququnu ətrafdakı insanlardan gizlətmiş olur:

“Bu baxımdan bəzən aşkar edilmiş dəfinənin mülkiyyətçisi özü üçün təhlükəli hesab etdiyi dəfinəyə mülkiyyət hüququnu bəyan etməkdən qorxur. Bəzən də uzun müddət ərzində gizlədilmiş əyşanın mülkiyyətçisi vəfat edir, aradan çox vaxt keçir vı dəfinənin mülkiyyətçisinin vərəsələrinin müəyyən edilməsi də imkansız olur.

Qeyd edək ki, dəfinə mülki hüquq institutudur və ölkəmizdə onun hüquqi rejimi Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 187-ci maddəsi ilə nizama salınır. Analoji müddəalar xarici dövlətlərin mülki qanunveriviliyində də vardır. Məsələn, İsveçrə Mülki Məcəlləsi dəfinəni mülkiyyət hüququnun yaranmasının əsas üsullarından biri sayır. Yaponiya mülki qanunvericiliyinə görə dəfinəyə mülkiyyət hüququ tapıntıya mülkiyyət hüququnun əmələ gəldiyi eyni qaydada əldə olunur. İtaliya Mülki Məcəlləsinə əsasən isə dəfinə dedikdə, gizlədilmiş və ya torpağa basdırılmış elə qiymətli əşya başa düşülür ki, heç kəs bu əşyaya olan hüquqularını sübut edə bilmir. Dəfinə onun aşkar edildiyi daşınmaz əmlakın mülkiyyətçisinə aid edilir. Əgər dəfinə şəxsin sahəsində təsadüfən aşkar edilərsə, onda dəfinə onu tapanla dəfinənin müəyyən edildiyi sahəsinin mülkiyyətçisi arasında bərabər qaydada bölünür.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinə gəlincə, onun 187-ci maddəsinin birinci hissəsində deyilir ki, “Dəfinə, yəni torpağa basdırılmış və ya başqa üsulla gizlədilmiş pul və ya digər əşya bunların mülkiyyətçisini müəyyənləşdirmək mümkün olmadıqda, dəfinənin gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxsin mülkiyyətinə, həm də, əgər onların razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bərabər paylar şəklində daxil olur”.

Buradan birmənalı şəkildə aydın olur ki, bilə-bilə qəsdən gizlədilən hər hansı əmlak dəfinə hesab edilmir. Sual yaranır: Dəfinənin predmeti nə ola bilər? Mülki qanunvericiliyə görə pul və ya digər əşya. Bu müddanı bir qədər şərh edək. Pul, yəni qızıl və ya gümüş sikkələr, Azərbaycan Respublikasının milli valyutası və xarici valyuta, eləcə də qiymətli predmetlər, yəni külcə, məmulat və parça halında olan qiymətli daşlar, təbii daş-qaşlar (məsələn, almaz, yaqut, zümrüd və s.), mirvari, metallar (məsələn, qızıl, gümüş, platin və s.)”.

Y.Xəlilov vurğulayıb ki, göründüyü kimi predmet spesifikliyi dəfinəni tapıntıdan fərqləndirən birinci əlamətdir:

“Yəni dəfinənin predmeti məhdud olsa da, tapıntının predmeti istənilən əşya ola bilər.  Digər fərqləndirici əlamət isə dəfinənin tapıntıdan fərqli olaraq mülkiyyətçisinin olmamasıdır. Bundan başqa, tapıntı mülkiyyətçisinin iradəsindən asılı olmayan səbəbə görə onun sahibliyindən çıxır. Dəfinə isə pulun və ya digər əşyanın bilərəkdən müstəlif yerlərdə (torpaqda, evin divarı arasına qoyub hörməklə, ağaz oyuğunda və s.) gizlədilməsi deməkdir.

Qeyd edək ki, dəfinə ilə bağlı münasibətlər ölkəmizin əvvəlki, yəni 1964-cü il tarixli Mülki Məcəlləsinin 140-cı maddəsi ilə də tənzimlənirdi. Müqayisə etsək görürük ki, keçmiş mülki qanunvericiliyə görə dəfinə dövlət mülkiyyətinə daxil olurdusa, yeni mülki qanunvericilik dəfinənin iki qrup şəxsin bərabər payda mülkiyyətinə keçməsi qaydasını müəyyən edir. Başqa sözlə, yuxarıda qeyd etdiyimiz kimi dəfinə onun gizlədildiyi əmlakın (torpaq sahəsinin, tikilinin və s.) mənsub olduğu şəxslə dəfinəni aşkar etmiş şəxs arasında bərabər qaydada (əgər onların razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə) bölünür. Analoji tənzimləmə digər dövlətlərin qanunvericiliyində də vardır. Məsələn, Yaponiya Mülki Məcəlləsinin 241-ci maddəsində  deyilir ki, əgər dəfinə başqa şəxsin mülkiyyətində olan əmlakda aşkar olunarsa, ondan dəfinəyə mülkiyyət hüququnu mülkiyyətçi və dəfinəni aşkar edən şəxs bərabər paylarda əldə edirlər. 

Göründüyü kimi bu norma şəxslərin iradəvi sərbəstliyinə bağlıdır. Yəni dəfinənin bölünməsi barədə onlar fərqli razılaşma edə bilərlər. Tutaq ki, razılaşa bilərlər ki, dəfinənin 60 faizi mülkiyyətçiyə, 40 faizi onu tapan şəxsə verilsin və ya əksinə.

Mülki Məcəllənin 187-ci maddəsinin ikinci hissəsinə görə “Dəfinə onun gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, həmin torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisinə verilməlidir”.

Məcəllənin sözügedən maddəsinin üçüncü hissəsinə əsasən isə “Aşkar edilən dəfinə tarix və ya mədəniyyət abidələrinə aid, elmi dəyərli əmlak olduqda, dövlət mülkiyyətinə verilməlidir. Bu zaman dəfinənin gizlədildiyi torpaq sahəsinin və ya digər əmlakın mülkiyyətçisi və dəfinəni aşkar etmiş şəxs birlikdə dəfinənin dəyərinin əlli faizi miqdarında bəxşiş almaq hüququna malikdirlər. Bu şəxslərin razılaşması ilə ayrı qayda müəyyənləşdirilməyibsə, bəxşiş onların arasında bərabər bölünür”.

Dərhal qeyd edək ki, “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikası Qanununun dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələrin müqəddəratını nizama salan 15-ci maddəsində də təsbit edilir ki, “Dəfinələrdə aşkar edilmiş və ya tapılmış abidələr dövlətə təhvil verilməlidir. Dövlətə təhvil verilmiş abidələrə görə dəfinəni aşkar etmiş və əşyanı tapmış şəxsə Azərbaycan Respublikasının mülki qanunvericiliyində nəzərdə tutulmuş qaydada mükafat verilir”.

Hüquqşünas diqqətə çatıdırıb ki, təsadüfən aşkar edilmiş abidələrin mülkiyyətçisi və ya istifadəçisi abidə haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) məlumat verməlidir:

 “Təsadüfən aşkar edilmiş abidə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən dövlət qeydiyyatına alınmalı və abidənin elmi sənədləşdirilməsi təmin edilməlidir. Bu maddədə müvafiq icra hakimiyyəti orqanı dedikdə, Azərbaycan Respublikasının Prezidenti başa düşülməlidir.

Mülki Məcəllənin 187-ci maddəsinin dördüncü hissəsində bildirilir ki, “Belə dəfinə onun gizlədildiyi əmlakın mülkiyyətçisinin razılığı olmadan qazıntı aparan və ya sərvət axtaran şəxs tərəfindən aşkar edildikdə, bəxşiş bütünlüklə əmlakın mülkiyyətçisinə verilir”.

Əgər dəfinə aşkar etmək üçün qiymətli şeylərin qazıntısı və ya axtarışı şəxsin əmək və ya qulluq vəzifələrinə aid edilərsə, belə halda aşkar edilmiş dəfinə həmin şəxsin mülkiyyətinə keçmir. Tutaq ki, arxeoloji ekspedisiya iştirakçısı dəfinə aşkar edərsə, dəfinənin bir hissəsi onun mülkiyyətinə keçə bilməz. Çünki Mülki Məcəllənin adıçəkilən maddəsinin dördüncü hissəsinə görə həmin maddənin qaydaları dəfinə aşkar etmək üçün qazıntı və axtarış aparılması əmək və ya qulluq vəzifələrinə aid olan şəxslərə tətbiq edilmir.

Bəs, dəfinə ilə bağlı mübahisələr yaranarsa, bu hansı qaydada həll edilməlidir? Ümumiyyətlə, dəfinənin qiymətləndirilməsi, mülkiyyətçi ilə dəfinəni aşkar edən şəxs arasında bölüşdürülməsi və digər bu kimi xarakterli məsələlərdən yaranan mübahisələr mülki hüquqi xarakterə malikdir və belə mübahisələrə məhkəmələr qaydasında baxılaraq həll edilir.

Beləliklə, dəfinə ilə bağlı mülki hüquq münasibətlərini tənzimləyən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 187-ci maddəsi ilə tənzimlənən məsələlərə aydınlıq gətirilməyə çalışıldı”.

Mehin Mehmanqızı

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:310
embedMənbə:https://moderator.az
archiveBu xəbər 22 Oktyabr 2025 08:30 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see569

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see410

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see293

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see292

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see286

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see264

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see258

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see231

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see226

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see214

Azərbaycan Türkiyədən polad idxalına çəkdiyi xərci 14 % dən çox artırıb

09 Noyabr 2026 10:18see213

Ərdoğanın Azərbaycana səfəri müttəfiqliyin geostrateji əhəmiyyətini bir daha nümayiş etdirdi

09 Noyabr 2026 19:51see210

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see208

Rusiya bankları maliyyə “bombası”nın üzərindədir...

08 Noyabr 2026 19:50see205

Əhalinin gəlirlərinin yarısını ərzağa xərcləyir Səbəb nədir?

09 Noyabr 2026 17:10see202

Siyahıda hamı var, Arda Gülər yoxdur

10 Noyabr 2026 03:04see199

Natavan Həbibi tanınmaz halda (Foto)

09 Noyabr 2026 18:07see197

Qüds patriarxı Ukraynaya səfər edəcək

09 Noyabr 2026 06:45see192

Bu xəsəliyi var imiş

09 Noyabr 2026 14:44see181

ABŞ də demokratlar hərəkətə keçir: Stiven Miller araşdırılmalıdır

10 Noyabr 2026 00:41see180
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri