Icma.az
close
up
RU
Dəhlizin tikintisi 2025ci ildə yekunlaşacaq: Azərbaycan sərhəddə çıxır

Dəhlizin tikintisi 2025ci ildə yekunlaşacaq: Azərbaycan sərhəddə çıxır

Teleqraf.com portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Milli Məclisin deputatı, siyasi şərhçi Rasim Musabəyov Teleqraf.com-un suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nikol Paşinyanın Qarabağla bağlı etirafları ölkə daxilində ona qarşı olan müxalifətin yenidən hücumları ilə nəticələnib. Bu cür etirafların danışıqlar prosesinə təsiri haqqında nə demək olar?

- Əslində, bu kimi açıqlamalar Paşinyanın ənənəvi davranışlarından biridir. Çünki o bu gün bir, sabah ayrı məsələdən danışır. Ermənistanda seçkiöncəsi Azərbaycanla sülh razılaşması imzalamasını o özü üçün riskli hesab edir. Düşünür ki, belə olan halda Ermənistan daxilində onun əleyhinə olan qüvvələr üzərinə gələcək. Deyəcəklər ki, “Qarabağı Azərbaycana təhvil verdin” və s. Ona görə də Paşinyan indi deməyə çalışır ki, bütün bu məsələlər elə 30 il öncə də bəlli idi. O indi deyir ki, “səhf edib, gərək erməni cəmiyyətinə bu danışardı”. Hər halda, o öz səhvini indi etiraf edib. Sadəcə olaraq, rəqibləri bu məsələdən ona qarşı sona kimi istifadə etməyə çalışacaq.

- Azərbaycanla Ermənistan arasında sülh mətni üzərində 15 müddəanın razılaşdırıldığı bəyan edildi. Bu halda gələn il digər məsələləri razılaşdırıb sülh müqaviləsini imzalamaq nə dərəcədə real görünür?

- Sözsüz ki, sülh razılaşmasını əldə etmək mümkündür. Amma buna baxmayaraq, Azərbaycanı bu məsələdə tələsdirən heç nə yoxdur. Azərbaycanın sülhlə bağlı konkret tələbləri var. Bu tələblər yerinə yetirilməlidir. İndi Paşinyanın get-gəlləri isə məsələnin həll deyil. O ermənisayağı formada qarşısına qoyulan tələblərin icrasından yayınmağa can atır. Ya da elə bir addım atmaq istəyir ki, daxildə çox da onun üzərinə gəlməsinlər.

- Sülhlə bağlı tərəfləri tələsdirənlərin məqsədi nədir?

- Azərbaycan addım-addım öz məqsədlərinə çatır. Amma bütün bunlara baxmayaraq, sülhlə bağlı tez-tələsik qərar vermək doğru deyil. İndi iki ölkə arasında sabitlikdir, tərəflər arasında toqquşma yoxdur, qan tökülmür. Dünyada bu gün başqa probelemlər var. Azərbaycan özü Ermənistanla bu məsələni həll edəcək. 2025-ci ilin əvvəli və ya sonu sülh sazişinin imzalanacağı ehtimalı böyükdür. Burada faciəvi heç nə yoxdur.

- Azərbaycanla Ermənistan arasında sülh razılaşması olmadan da regional kommunikasiya xəttlərinin və digər münasibətlərin qurulması ehtimalı varmı?

- Bu mümkündür. Azərbaycanın əsas istəyi öz maraqlarının təmin olunması ilə bağlıdır. Ermənistandan Bakının istəyi Zəngəzur dəhlizinin açılmasıdır. Sərhədlərin dəqiqləşməsi isə uzun müddət davam edə bilər. Gürcüstanla Azərbaycan arasında sərhəd məsələsi hələ tam həll edilməyib. Rusiya ilə bu məsələ 10 ilə həll olundu. Ona görə də prosesi addım-addım irəliyə aparmaq lazımdır. Əslində Zəngəzur dəhlizinin açılması hər kəsə sərf edir. Hazırda Azərbaycan dəhlizin tikintisi ilə bağlı öz ərazisində vacib işləri yekunlaşdırır. 2025-ci ilin axırına kimi Azərbaycan öz sərhədinə qədər dəhlizin tikinti işlərini sona çatdıracaq.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:304
embedMənbə:https://teleqraf.com
archiveBu xəbər 26 Dekabr 2024 09:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see347

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see331

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see273

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see265

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see243

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see234

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see222

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see214

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see213

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see210

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see206

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see206

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see202

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see188

Piylənmədən əziyyət çəkən insanlarda şəkər riski artıq olur

12 Noyabr 2026 01:42see188

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see182

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see177

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see176

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see168

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri