Icma.az
close
up
RU
Delfinlərlə insanları birləşdirən ən vacib dəyər KONKRET

Delfinlərlə insanları birləşdirən ən vacib dəyər KONKRET

Icma.az, Konkret.az portalına istinadən məlumat yayır.

Elmin acı resepti…

1963-cü ildə NASA delfinlərə insanlar kimi danışmağı öyrətməyə çalışdı və bunun əvəzinə çox daha narahatedici bir həqiqət kəşf etdi.

Sent-Tomas adasında hovuzu olan bir laboratoriyada Marqaret Lovatt adlı gənc bir tədqiqatçı üç delfinlə gecə-gündüz birlikdə yaşamağa könüllü razı oldu.

Növbə yox, fasilə yox. Sadəcə tam bir bütövləşmə vardı — insan və heyvan eyni məkanı, eyni gündəlik rutini, eyni səssizliyi paylaşırdı.

Marqaret nə şöhrət, nə də maliyyə axtarırdı. O, bir sualın ardınca gedirdi: Görəsən canlılar arasında ünsiyyət növlərini və sərhədləri aradan qaldıra bilərikmi?

Delfinlərdən biri digərlərindən seçilirdi. Ona Peter adı verildi, çünki o daha gənc, maraqlı və emosional cəhətdən daha həssas idi. Aylarla davam edən izolyasiya və təkrarlanan səslər nəticəsində, təkcə məlumat və ya təcrübə çərçivəsini aşan bir bağ yarandı. Ortaya çıxan nəticə bir dil deyildi, insanla canlı arasında dərin bir bağlılıq yaranmışdı.

Hadisələr NASA-nın istədiyi kimi inkişaf etmədiyi üçün maliyyələşmə dayandırıldı.

Delfinləri başqa yerə köçürməli oldular. Gənc Marqaretə isə delfin Peterlə vidalaşmağa icazə verilmədi. Qısa müddət sonra balaca delfin Peter nəfəs almağı dayandırdı və öldü.
Sən demə, delfinlər nəfəsi şüurlu şəkildə alırlar. Vaz keçdiklərində isə sadəcə… bir daha nəfəs almırlar. Marqaret bir ay ərzində gəlmədikdən sonra Peter dostunun yoxluğuna bu şəkildə son verdi.

Laboratoriyanın rəhbəri sonradan Peterin ayrılığa dözə bilmədiyini dedi. Onun üçün bu bağ çox dəyərli idi. Ona görə də bağın, ünsiyyətin qopduğunu görən delfinin yaşamaq istəyi də sona çatdı.

İllər sonra Marqaret bu dövr barədə ehtiyatla danışdı: “Mənim Peterlə qurduğum bağ heç vaxt romantik deyildi” — dedi.
“Bu, etibar və sevgi ilə bağlı idi. Elm emosional sərhədləri görməzlikdən gəldikdə nə baş verdiyini hamınız gördünüz”.

Təcrübə növlərarası ünsiyyəti araşdırmaq üçün başlamışdı və bir xəbərdarlıqla sona çatdı. Çünki zəka yalnız sözləri öyrənməkdən ibarət deyil. Empati olmadan irəliləyiş isə elmin heç vaxt açmamalı olduğu yaralar buraxa bilər. Çünki elmdə duyğusallıq yoxdur.

KONKRET.az

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://konkret.az
archiveBu xəbər 17 Dekabr 2025 14:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri