“Dəniz”in içindəki məşhur bəlli oldu FOTO/VİDEO
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Maska” şousunun növbəti buraxılışı tamaşaçılara təqdim olunub və proqram yenə maraqlı anlarla yadda qalıb.
Moderator.az xəbər verir ki, bu dəfə səhnəyə çıxan maskalı iştirakçılar həm performansları, həm də münsiflər heyətinin fərziyyələri ilə diqqət çəkiblər.
Gecənin sonunda isə layihə ilə vidalaşan iştirakçının kimliyi açıqlanıb.
Belə ki, səsvermənin nəticələrinə əsasən, “Dəniz” maskası şounu tərk edib. Münsiflər heyəti uzun müzakirələrdən sonra müxtəlif ehtimallar səsləndirsə də, maska açıldıqda hər kəs üçün maraqlı sürpriz yaşanıb.
Məlum olub ki, “Dəniz” maskasının arxasında “Vətəndaş A” serialında “Almaz müəllimə” obrazı ilə geniş tamaşaçı rəğbəti qazanan aktrisa Günəş Tegin dayanır.
Onun ifası həm münsiflər, həm də izləyicilər tərəfindən maraqla qarşılanıb. Aktrisa layihədə iştirakının onun üçün fərqli təcrübə olduğunu bildirib və tamaşaçılara dəstəyə görə təşəkkür edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:154
Bu xəbər 13 Aprel 2026 14:23 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















