Depressiya simptomlarını azaltmağın sadə yolu
Bakivaxti saytına istinadən Icma.az xəbər verir.
Yuxusuzluq müalicəsi yuxu keyfiyyətini yaxşılaşdırmaqla yanaşı, depressiv simptomları da azalda bilər.
Bakıvaxtı.az "Lenta.ru"ya istinadən xəbər verir ki, bu, Davranış Tədqiqatları və Terapiyası (BRT) jurnalında dərc olunub.
Qərbi Avstraliya Universitetinin tədqiqatçılarına görə, eyni vaxtda depressiv simptomlardan və yuxu pozğunluqlarından əziyyət çəkən 88 nəfər üzərində araşdırma aparılıb. Bütün iştirakçılar normal yuxuya mane olan vərdişləri və düşüncələri dəyişdirməyə yönəlmiş yuxusuzluq üçün dörd həftəlik koqnitiv davranış terapiyası kursunu tamamlayıblar.
Müalicədən sonra iştirakçılar təkcə yuxularının yaxşılaşmasını deyil, həm də mənfi düşüncələrin və narahatlığın şiddətinin azaldığını bildiriblər. Onlar yuxu problemləri ilə bağlı daha az narahat olmağa və gündəlik fəaliyyətlərlə daha çox məşğul olmağa başlayıblar.
Alimlərə görə, depressiyadan əziyyət çəkən insanların 90 faizi yuxu pozğunluğu yaşayırlar. Bundan əlavə, xroniki yuxu çatışmazlığı depressiv simptomları daha da ağırlaşdıra, müalicənin effektivliyini azalda və residiv ehtimalını artıra bilər.
Gülşən Şərif
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:87
Bu xəbər 13 Oktyabr 2026 16:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















