Icma.az
close
up
RU
Deputat: Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir

Deputat: Avrasiyanın enerji xəritəsinin yenidən cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir

Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.

Bakı, 24 may, AZƏRTAC

Mərkəzi və Şərqi Avropa ölkələri, o cümlədən Macarıstanla ikitərəfli və çoxtərəfli əməkdaşlığın inkişaf etdirilməsi Azərbaycanın əsas xarici siyasət istiqamətlərindən biridir. Eyni zamanda Azərbaycan-Macarıstan münasibətləri qarşılıqlı hörmət və etimada əsaslanaraq hər zaman yüksək səviyyədə olub və müsbət dinamikası ilə seçilib. Hazırda ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb. Macarıstan Azərbaycanın strateji tərəfdaşı və Avropa İttifaqında ən etibarlı tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin mayın 20-də Macarıstanın Baş naziri Viktor Orbanın dəvəti ilə dost ölkəyə işgüzar səfəri də bunun bariz nümunəsidir. Səfər çərçivəsində keçirilmiş görüşlər və verilən bəyanatlar hər iki dövlətin ortaq dəyərlərə və strateji məqsədlərə əsaslanan səmimi və sabit münasibətlərinin dərinləşdiyini bir daha sübut edir.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov söyləyib.

Azərbaycan-Macarıstan münasibətlərinin tarixinə nəzər salan deputat iki ölkə arasında münasibətlərin hər zaman yüksək səviyyədə olduğunu və müsbət dinamikası ilə seçildiyini deyib: “Ölkələrimiz arasında diplomatik münasibətlər 1992-ci il aprelin 27-də qurulub. 2022-ci ildə diplomatik münasibətlərimizin qurulmasının 30 illiyi qeyd edilib. 2004-cü ildə Azərbaycanın Macarıstanda, 2009-cu ildə isə Macarıstanın ölkəmizdə səfirliyi təsis olunub. İki ölkə arasında parlamentlərarası münasibətlər də yüksək səviyyədə inkişaf edir. Milli Məclisdə Azərbaycan-Macarıstan parlamentlərarası əlaqələr üzrə işçi qrupu, Macarıstan parlamentində Macarıstan-Azərbaycan dostluq qrupu fəaliyyət göstərir. Ötən müddət ərzində qarşılıqlı hörmət və etimad üzərində qurulmuş Azərbaycan-Macarıstan əlaqələri siyasi, iqtisadi, enerji, mədəni və digər sahələrdə dinamik şəkildə inkişaf edib və ölkələrimiz arasında səmərəli əməkdaşlıq formalaşıb”.

Azərbaycan-Macarıstan münasibətlərində enerji sahəsinin də xüsusi yer tutduğunu qeyd edən A.Məmmədov Macarıstan şirkətlərinin ölkəmizin əsas neft və qaz layihələrində – “Azəri-Çıraq-Günəşli” və “Şahdəniz”də iştirak etdiyini bildirib.

Onun sözlərinə görə, gələn ilin əvvəlində isə daha bir yeni kontraktın imzalanması gözlənilir. Bununla yanaşı, Azərbaycan artıq Macarıstana təbii qaz ixracına başlayıb və bu sahədə əməkdaşlıq sürətlə genişlənməkdədir. Enerji təhlükəsizliyi məsələlərinin Avropa gündəmində prioritet təşkil etdiyi bir dövrdə Azərbaycanın etibarlı və uzunmüddətli enerji tərəfdaşı kimi çıxış etməsi Macarıstan üçün strateji əhəmiyyət daşıyır. Rəsmi Bakı qaz təchizatında şaxələndirməni təşviq edir və bu istiqamətdə Macarıslanla əməkdaşlığın daha da genişləndirilməsində maraqlıdır. Ölkəmizin zəngin karbohidrogen ehtiyatları, güclü nəqliyyat infrastrukturu və geniş beynəlxalq enerji şəbəkəsinə inteqrasiyası Macarıstana təbii qaz ixracının həcmini tədricən artırmağa real imkanlar yaradır. Həmçinin bu əməkdaşlıq Cənub Qaz Dəhlizinin Avropa üçün strateji rolunu bir daha təsdiqləyir və dövlətimizin enerji strategiyasının əsas elementlərindən biri kimi Avropa bazarlarında iştirakını möhkəmləndirir. Beləliklə, enerji sahəsindəki bu əməkdaşlıq yalnız iqtisadi deyil, eyni zamanda siyasi və geostrateji baxımdan da xüsusi önəm daşıyır.

Ölkələrimiz arasında iqtisadi əlaqələrdə də davamlı inkişaf müşahidə olunur. Azərbaycan və Macarıstan geniş iqtisadi potensiala malik ölkələrdir. İki ölkə arasında imzalanmış strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə, habelə iqtisadi sahəni əhatə edən bir sıra digər sənədlər iqtisadi əməkdaşlığın daha da genişlənməsində əhəmiyyətli baza rolunu oynayır. Azərbaycanda Macarıstan investisiyalı şirkətlər əsasən kənd təsərrüfatı, nəqliyyat, ticarət, xidmət sahələrində fəaliyyət göstərir.

“Bütün bunları nəzərə alaraq deməliyik ki, Azərbaycan Prezidentinin Macarıstana səfəri ölkələr arasındakı münasibətlərdə yeni səhifə açacaq. Bütövlükdə, ölkəmizin Mərkəzi və Şərqi Avropanın enerji təhlükəsizliyinin formalaşmasındakı rolu daha da artmaqdadır. Bu, Azərbaycanın strateji mövqeyini daha da möhkəmləndirir. Azərbaycanın enerji sahəsində həyata keçirdiyi siyasət bir çox ölkələr üçün nümunədir. Dünyanın bir çox ölkələri Azərbaycanın enerji diplomatiyasından çox şey öyrənir. Azərbaycan bu sahədə meqalayihələrin uğurla icra olunduğu ölkə kimi dünya böyük nüfuza və gücə malikdir. Neft meqalayihələrindən tutmuş, hazırda qaz, sonra yaşıl hidrogenə qədər layihələr var. Bütün bunlardan əlavə, güclü ötürmə xətləri olacaq və bu, tamamilə yeni vəziyyət yaradacaq. Bir sözlə, Avrasiyanın enerji xəritəsi yenidən cızılır. Bu xəritənin cızılmasında Azərbaycan ən mühüm aktorlardan biridir”, - deyə Anar Məmmədov fikirlərini yekunlaşdırıb.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:146
embedMənbə:https://azertag.az
archiveBu xəbər 24 May 2025 07:53 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see299

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see197

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see173

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see170

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see169

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see168

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see167

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see157

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see157

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see156

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see149

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see148

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see144

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see143

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see143

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see142

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see138

Sabah qar yağacaq, şaxta olacaq 19.01.2026

18 Yanvar 2026 13:17see134

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see133

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri